Qar xəttinin aşağı sərhədi 2014-cü ildə orta hesabla 2179 m hündürlükdən keçirdisə, bu il 1728 m hündürlükdən keçib. Lakin, mart ayının ayrı-ayrı günlərində havanın maksimal temperaturunun dağlıq və dağətəyi rayonlarda 18-20 dərəcəyə yüksəlməsi, eyni zamanda yağan yağışlar dağlıq ərazilərdə qarın tədricən əriməsinə və qar örtüyünün azalmasına səbəb olub. Bu il çay hövzələrində aparılan qarölçmə işlərinin nəticəsinə görə Böyük və Kiçik Qafqazın bölgələrinə düşən qar ümumilikdə çoxillik normaya yaxın olsa da, keçən il ilə müqayisədə çox olub.
Kür çayından Şəmkir su anbarına axımın normanın 63-80, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 57-85, Araz çayından Araz su anbarına axımın isə normanın 27-47 faizini təşkil edəcəyi gözlənilir.
Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında sululuğun normanın 76-109, şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında normanın 77-106, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl) çaylarında 53-82, Naxçıvan MR çaylarında 36-77, Lənkəran-Astara bölgəsi çaylarında isə 42-78 faizini təşkil edəcəyi gözlənilir.
Bu il qar ehtiyatının normaya yaxın, yaz (aprel-may-iyun) yağıntılarının isə normaya yaxın və bir qədər az gözlənilməsinə baxmayaraq gursululuq dövründə, xüsusən də may və iyun aylarının ayrı-ayrı günlərində gözlənilən leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın cənub-qərb yamacının (Balakənçay, Talaçay, Kürmükçay, Şinçay, Kişçay), şimal-şərq yamacının (Qusarçay, Qudyalçay, Vəlvələçay), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Şəmkirçay, Qoşqarçay) və Naxçıvan MR-nın (Naxçıvançay, Gilançay, Əlincəçay) çaylarından qısamüddətli daşqınların keçəcəyi gözlənilir.
Bu il respublikanın daxili çay hövzələri ilə yanaşı Gürcüstan (Kür və Qanıx hövzələri) və Türkiyə (Kür və Araz hövzələri) ərazisində də suvermə qabiliyyətinə malik qar su ehtiyatı çoxillik normaya yaxın, 2014-cü ilə nisbətən isə çoxdur;
Keçən il ilə müqayisədə bu ilin qışında yağıntıların normaya yaxın və keçən ilə nisbətən çox düşdüyünə baxmayaraq, yaz (aprel-may-iyun) yağıntılarının normaya yaxın və bir qədər az olacağı gözlənilir.
Qeyd olunanları nəzərə alaraq əldə olunan məlumatlara, aparılan hesablamalara və kompleks məlumatların təhlilinə əsasən qeyd etmək olar ki, bu ilin gursululuq dövründə respublikanın daxili çaylarında - Böyük Qafqazın çaylarında sululuğun çoxillik normaya yaxın və bir qədər az, Kiçik Qafqaz və Lənkəran-Astara bölgəsi çaylarında normadan az, iri tranzit çaylarda isə çoxillik normadan əsasən az olacağı gözlənilir. Bu ilin gursululuq dövrünün axımının keçən ilin gursululuq dövrünün axımına nisbətən bir qədər çox olacağı gözlənilir.
Mənbə: ANS PRESS

XƏBƏR LENTİ
Moda dünyasına pis xəbər
Azərbaycanda ən çox bu xəstəlikdən ölürlər - Həkim
Gözəllik salonlarının iş qrafiki ilə bağlı DİN-dən açıqlama
Evi təmir etdi, 17 milyona satışa çıxardı - FOTO
Murat Boz Aslını sildi
Qadın.Net-lilərin ilk körpə həyəcanı (SON)
Manatın məzənnəsi
Ağdərənin 9 kəndinin işğalından 22 il ötür
Detoks təsiri yaradan ərzaqlar
Jan-Klod Brisso vəfat etdi-FOTO
Xəyallarınızdakı insanı tapmağın 3 yolu
Altıaylıqsan?.. İşbilməz! - MÜZAKİRƏ
Putindən müharibə əmri
Azərbaycan Avro-4 standartına keçir
Sağlam arıqlamaq üçün pəhriz
Uşağınıza kitab oxumağı sevdirin
Hava haqqında
Gülməli heyvanlar (son)
Boşanmalar ən çox hansı yaşda qeydə alınır?
Əhval-ruhiyyəni yüksəldən təmizlik işləri
Hər iki Qarabağ Müharibəsinin şahidləri: “Özünü mina üstünə atanlar da oldu, tank üstünə atanlar da” - VİDEO
İlham Əliyev Dövlət Agentliyini ləğv etdi
Mayasız peraşki (foto resept)
Azərbaycana məxsus PUA-nın səsinə məhəl qoymayan erməni polkovnik-leytenant həbs olundu
İlin ən uzun gecəsinə hazırsınız?
Məşhur aktrisa yeni sevgilisi ilə görüntüləndi
Paylaşmaq istədiyim əl işlərim
MN: "Ermənistan 60-70 yaşı olan qocaları döyüşə göndərir"
“Dirilişin" Ərtoğrulu tamamilə fərqli obrazda - FOTO
Məleykə Abbaszadə test imtahanlarının taleyindən danışdı
Coli ruhi xəstəxanaya yerləşdirilib
Eminin geyimi diqqət çəkdi-FOTO
İdman motivasiyasını artıran üsullar
Danışan idman ayaqqabıları
İrandan Azərbaycana gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi
Azərbaycan məktəblərinə soyuqla gələn problem
Erməni silahlı bölmələri atəşkəsi yenə pozdu - 27 dəfə
Fransız qadınlarının gözəllik trendləri
Rus dili - Р–Р¶
Seçim paradoksu
Geyimlərdəki sarı ləkələrdən xilas olmaq üçün ...
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
İmicini dəyişən aktrisanı tanımaq olmadı
Tünd rəngli divar boyasınından necə istifadə etməli?
Dünyada işsizlərin sayı rekord həddə çatıb - 192,7 milyon
Kliçko: "Bu böyük səhv idi"
Məhəmməd peyğəmbərin qızına verdiyi cehiz - ARAŞDIRMA
Dünya universitetlərinin növbəti reytinq cədvəli açıqlandı
İstidə südü bu cür saxlayın
Beren qayınanasını sildi

- ŞƏRHLƏR