
Ayran xeyirli içki sayılsa da, saxlanma şəraitinə bağlı olaraq təhlükəli içkiyə də çevrilə bilər
Ayran sərinləşdirici içkilər arasında həmişə liderliyini qoruyub saxlayır. Qazsız olması, sərinləşdirici effekt verməsi, qiymət baxımından münasib və eyni zamanda xeyirli ağartı məhsulu sayılan qatıqdan hazırlanması ayranı daha da diqqət mərkəzində edir.
Bütün həkimlər və sağlam qida üzrə mütəxəssislər bu fikirdədirlər ki, ayran digər sərinləşdirici içkilərlə müqayisə olunmayacaq qədər faydalıdır və yaşından asılı olmayaraq hər kəs ayranı istədiyi miqdarda içə bilər. Düzdür, xeyri qədər ziyanının olduğu aşkar bilinən bu sərinləşdirici içkiyə elə ölkəmizdə də maraq böyükdür və münasib qiymətə təklif olunması ayaqüstü qidalanan insanlar üçün əvəzsiz bir ləzzət hesab olunur.
Ayran sevərlər üçün ayran 3 halda təklif olunur. Birinci halda istifadəçi qatığı alıb ev şəraitində istədiyi kimi ayran hazıraya bilir. İkinci halda hazır satışda olan və kiçik qablaşdırılmalar ilə alıcılara təklif olunan qutu ayranlar. Üçüncü halda isə hər hansı bir ayaqüstü qidalanma yerlərində təklif olunan stəkanda ayranlar. İlk baxışdan hər 3-ü ayran sevərlər üçün eyni görünsə də əslində bir-birindən sağlıq baxımından olduqca fərqlənən bu üsulların elə ən məsləhətlisi ev üsulu ayranın hazırlanmasıdır. Ev üsulu ilə hazırlanan ayranın faydaları alınma və ya stəkan ayranlarla müqayisədə olduqca çoxdur. Qutu ayranlar nə qədər insan əli dəymədən hazırlansa da bu cür ayranların tərkibində qatqı maddələrinin olmaması qeyri-mümkündür. Uzun müddət qablaşdırılmış halda saxlanılan ayranın tərkibinin dəyişməməsi üçün tərkibinə vurulan maddələr faydalı içki sayılan ayranın xeyrini də şübhə altında qoyur. Lakin bir məqam var ki, açıq şəkildə satılan və tərkibinin ümumiyyətlə, bəlli olmadığı ayranlarla müqayisədə qutu şəklində satılan ayranlar daha etibarlı sayılır.
Bakı sakini Elxan Həsənov nahar fasiləsi zamanı iş yerinin yaxınlığındakı ayaqüstü yemək məkanında qidalandığını deyir. Onun sözlərinə görə, bu cür məkanlar hər nə qədər xalqa xidmət etsə də bəzən gigiyenik baxımdan təmizliyə riayət edilmir və bu da ora gələn müştərilər üçün xoş olmayan görüntü yaradır: "2 ilə yaxın eyni məkanda nahar yeməyi yemişəm və bu müddət ərzində yeməklə birlikdə ayran da sifariş etmişəm. Ayranın tərkibinin nə olması ilə maraqlanmamışam, çünki ayran deyildikdə insanın ağlına su və qatıqdan başqa heç nə gəlmir. Bu yaxınlarda gördüyüm mənzərə isə məni tamamilə şoka saldı. Alıcılara verilən ayran iri qablaşdırılmış tanınmış firmanın ayranıdır, lakin stəkanın üçdə biri qədər süzülən ayrana əlavə olaraq çiy su və bol duz qatılır. Süfrəyə gələn ayran təmiz, bəyaz görüntülü, xoş dadlı olur, amma heç kim əslində olduqca qatı və daha dadlı ayranın çiy su ilə qarışdırıldığının fərqində olmur. Kafedə kiçik qablaşdırılmış ayranlar 60 qəpik olduğu halda iri stəkanlarda təklif olunan və qutu ayrandan belə çox olan ayran 40 qəpiyə verilir. Ona görə ki, qutu ayranlara müdaxilə etmək olmur, təbii ki, ilk ayranı müştəri açmadığı müddətcə".
Müsahibimiz qutu ayranların da açılaraq müştəriyə təklif edilməsinə qarşıdır. Onun fikrincə, bu cür ayranlara müdaxilə etmək mümkündür. Məkandan asılı olmayaraq ayranı əgər qablaşdırılmış formada alırıqsa, mütləq qutusunun bağlı olmasına fikir vermək lazımdır.
Lakin bu bir faktdir ki, ev şəraitində hazırlanan ayranlar bəzən müştəriyə keyfiyyətli qida təklif edən yeməkxanalarla müqayisədə elə də ləzzətli olmaz. Dadlı ayran hazırlamaq üçün nə qədər çalışılsa da nəticədə satışda olan ayranın dadı daha fərqli və dadlı olur. Aşpaz Elmir Məmməd deyir ki, bu cür ayranların dadlı olmasının səbəbi mikserlə çalınmaları və qatıqdan qaymağının ayrılmamasıdır: "Mikserlə 20 dəqiqə müddətində çalınan ayranın tərkibində iri zərrə, stəkan dibində çöküntü olmaz. Bu cür ayranlar qablaşdırılmış suyla hazırlanar və orijinal dad almaq üçün duz da qatılmaz. Qatıq miqdarı nə qatı olacaq qədər çox, nə də tamamilə su olacaq qədər az vurulmaz. Nəticədə süfrəyə bəyaz və duru kremə oxşayan ayran gələr. Ev şəraitində isə maksimum 2 dəqiqə çalınıb üstünə qaynadılmış su və duz əlavə etməklə dadlı ayran əldə etmək mümkün deyil. Çalınan ayran hədsiz köpük yaradırsa, eyni zamanda mikserin izləri qalırsa, bu, düzgün hazırlanmamış ayranın göstəriciləridir".
Açıq şəkildə satılan ayranın hazırlanma üsulu ilə yanaşı satılma və saxlanma şəraitinə də fikir vermək lazımdır. Ayran nə qədər xeyirli içki sayılsa da saxlanma şəraitinə bağlı olaraq olduqca təhlükəli bir içkiyə də çevrilə bilər.
Həkim-pediatr Xatirə İsayevanın sözlərinə gbrə, açıq şəkildə satılan və stəkanlarla müştəriyə təqdim edilən ayran bağırsaq infeksiyalarının yaranması üçün əla şərait yaradır. Havaların sərinləşməsi ilə əlaqədar olaraq soyuduculara qoyulmayan, çöl temperaturunda saxlanılan ayranın uzun müddət istifadə olunmaması onun tərkibin dəyişməsinə də səbəb ola bilir: "Təmiz qatıqdan hazırlanan ayranın tərkibi dəyişməz. İçində mikrob yaranmaz və mədə-bağırsaq üçün təmizləyici effekt verər. Kalsium və maqnezium ilə zəngin olan təmiz ayran zərərli bakteriyaların yaranmasının qarşısını alar. Amma biz əmin deyilik ki, açıq şəkildə satılan ayranın tərkibi nədir. Bu səbəbdən belə ayranın alınmasından imtina etmək lazımdır. Tərkibi sırf qatıq olan ayran keyfiyyətini itirməz və sağlamlıq üçün ziyanlı olmaz. Hər hansı bir qatqı maddəsi qatılan, eyni zamanda təmiz qatıqdan istifadə olunmayan ayrana bu aid deyil".
XƏBƏR LENTİ
"Prezidentlik müddətinin 7 il olması qanunauyğundur"
HAVA necə olacaq?
WhatsApp-da maraqlı yenilik
Qədim dövrlərdə istifadə olunan gözəllik üsulları
Hind toyuğu qızartması (foto resept)
Hava haqqında - 20.09.2013
Ən pis dizayn nümunələri
AMEA-da “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı monoqrafiya nəşr olunub
I Avropa Oyunlarının məşəli sabah paytaxta çatdırılacaq
Avropa ondan imtina edir
Magistraturaya ərizə qəbulunun müddəti uzadıldı
Ankara və Bakı energetika sahəsində bəzi vacib məsələləri müzakirə edəcəklər
Gülben Ergen 1 aya 5 kq arıqladı-FOTO
Bosniya Azərbaycanla viza rejimini ləğv etdi
Məşhur cütlüyün toyunda vacib qadağa
Dadlı yeməyə qonaq olaq (foto resept)
Sərbəst güləş komandamız dünya çempionatında 3-cü yerə yüksəldi
Cəbhədən son xəbər
Müğənni səhnədə pərt oldu-SƏBƏB-FOTO
Bu gün Xudu Məmmədovun anım günüdür
Üzüm pəhrizi
Polina Qaqarina FOTO paylaşdı tənqid olundu
Sizə hansı vitaminlər lazımdır?
Bu günün hava proqnozu - 08.11.2013
Doğulmağın, yaşamağın çətin - getməyin asan olduğu bədbəxt ölkə
1,3 milyon dollarlıq ətir
Azərbaycanda hava kəsin dəyişəcək
Orucu düzgün tutmağın qaydaları
Evdə paltar qurutmayın - XƏBƏRDARLIQ
Astroloq Kazanovadan 2018-ci il üçün - Proqnoz
Apteklərdə dərman qiymətləri ilə bağlı AÇIQLAMA
Uşaqların sosial-psixoloji inkişafı-20
"Çiçək" piroqu (foto resept)
Yaxın iki həftə ərzində İçərişəhərə avtomobillərin girişi məhdudlaşdırılacaq
Türkiyə mətbuatı şəhidlərimizdən yazdı
Pazllar ("Fiksiklər")
Gürcü sərhədçiləri Ermənistana qanunsuz silah daşınmasının qarşısını alıblar - FOTO/VİDEO
"Gərəksiz" uşaqlar qəbristanlığı
Sevgili tapmağın 30 üsulu
Ev üsulu pilinq
Xərçəngin müalicəsi tapıldı - Türk alimdən İNQİLABİ ADDIM
Azərbaycanda güclü istilər gözlənilir
Günün ulduz falı - 22.02.2014
Obama Cənubi Sudana qoşun göndərdi
Karamelli keks (foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
İdmançımızın Ermənistan himni səslənəndə oturmasının səbəbi açıqlandı
Ermənistana Qarabağdan silah-sursat daşınır - VİDEO
Riyazi məntiq. Fəsillər
Kolbasada ölümcül təhlükə















- ŞƏRHLƏR