“Onu da bildirməliyəm ki, uzun illər ərzində - 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu”.
Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
Prezidentin sözlərinə görə, Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir:
“Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı.
İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox. Misal üçün, əgər Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarına baxsaq, orada daha çox hərbi hissələr yerləşirdi. Çünki orada bütün evlər, binalar mənfur düşmən tərəfindən dağıdılmışdı. Orada hərbçilər, onların ailə üzvləri yaşayırdı və çox az sayda mülki əhali yaşayırdı. Xaricdən gətirilən ermənilər oraya göndərilmirdi”.
“Laçın rayonu isə artıq Ermənistan tərəfindən çox ciddi dərəcədə nəzarətə alınmışdı və orada çox böyük məskunlaşma proqramı icra edilmişdi. Orada minlərlə insan yaşayırdı və bəzi məlumatlara görə, bəlkə də, 10 minə yaxın insan yaşayırdı.
Yəni Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmamışdır. Biz Laçın dəhlizi haqqında danışıqlar zamanı mövzulara toxunarkən həmişə həm Ermənistan, həm də onun havadarları qeyd edirdilər ki, yox, Laçın rayonu ayrı mövzudur. Birbaşa bizə deyilməsə də, belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır.
Danışıqlar prosesi ilə əlaqədar onu da bildirməliyəm, - istəyirəm Azərbaycan xalqı bu məlumatı məndən eşitsin, - təsadüfi deyil ki, işğalda olan rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim mövqeyimiz idi. Ancaq burada da mərhələli həll nəzərdə tutulurdu. Biz də bunun tərəfdarı idik.
Birinci mərhələdə beş rayonun Azərbaycana qaytarılması, ikinci mərhələdə isə Laçın dəhlizi istisna olmaq şərti ilə Kəlbəcər və Laçın rayonunun Azərbaycana qaytarılması. Ermənistan tərəfi hər dəfə məsələ qaldırırdı ki, əgər bu yeddi rayon Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda öz həllini tapmalıdır, - deyə İ.Əliyev qeyd edib.
Dövlət başçısı əlavə edib ki, o başqa məsələdir ki, Ermənistan, sadəcə olaraq, danışıqlarda iştirak edərək imitasiya ilə məşğul idi və heç bir rayonu bizə qaytarmaq fikrində deyildi:
“Ancaq istənilən halda onların mövqeyi belə idi ki, beş rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalıdır, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır, səsvermə üçün tarix müəyyən edilməlidir.
Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilməmişdi. Bax, bu idi danışıqlar masasında olan məsələlər”.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Şahzadə Harri və Meqan Marklın oxşarları işsiz qalıb
Sabahın HAVAsı
Taun xəstəliyinin Azərbaycanda yayılma təhlükəsi varmı? - AÇIQLAMA
Ömür yolu
Azərbaycan dili YouTube-da
Kitabların düzaynı
Arıqlamaq istəyənlərə xüsusi ŞORBA RESEPTİ
Azərbaycan və Türkiyə bayraqları təhqir edildi!
5 ay sonra yenidən barışdılar-FOTO
Ayaqqabı ipi bağlamağın 13 yolu
Azərbaycanda təhlükəli virus
JLo öz bədən quruluşu ilə HEYRƏTLƏNDİRDİ
Siqareti atmağa kömək edən “ağıllı” alışqan yaradıldı
Beyonsenin tətil xərci dodaq uçuqladır-FOTO
Windows 10 satışlarına start verildi
Sumqayıtdakı evlərin yeni qiyməti
Sevgilisi İrem Derici haqqında bunları dedi-FOTO
Gözəl sinə üçün yoqa (Fotolarla)
Günün ulduz falı
Livandan Ermənistana terrorçu daşıyan təyyarə ifşa olundu
1 günə 20 min qazandı-FOTO/VİDEO
“Ağıllı” zibil qabı təqdim edildi
İstirahət gününün HAVAsı
Borc məhkəməyə qədər necə ödənilə bilər?
Müəllim olmaq istəyən abituriyentlərə müjdəli xəbər
Alimlər suni yağış yaradırlar
“Bilik günü”ndə valideynlər məktəb binasına buraxılacaq? - AÇIQLAMA
BÜRCLƏR bizə nə vəd edir?-4 Fevral
"Gül çələngi" piroqu (foto resept)
Ayaqqabı dünyası
Paşinyan: “Müdafiə xəttimiz dağıdıldı və bu fəlakətlə nəticələndi”
İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
"Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi"
Fransızsayağı ət (foto resept)
Google istifadəçiləri üçün xəbərimiz var
Onların sayı 70,4 milyona çatacaq
Qaymaqlı-qarağatlı keks (foto resept)
Ancelina Coli yeni filmə çəkilir
Təbii ağrıkəsici olan 5 qida
Gəlin əlcəkləri
Bu gün Milli Teatr Günüdür
Obamadan Cennifer Lopesə MƏSLƏHƏT - FOTO
Rahat doğuş üçün nəfəs məşqləri
Bakı Şərqlə Qərbin qapısı sayılır
“Kitab oxuyan sərnişinlərdən gediş haqqı alınmayacaq”
Keçmiş birinci xanım konsert verəcək
Okeana atılan plastik qablar hara yox olur? - ARAŞDIRMA
"13" və "666" rəqəmlərinin sirri nədədir?
İntiharların 15 ümumi səbəbi (1)
Şaxta baba ilə 11 il














