Azərbaycan Güləş Federasiyası (AGF) 2014-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirib.ANS PRESS-in federasiyadan aldığı məlumata görə, mərasimdə AGF rəsmiləri, yığma komandaların üzvləri, idmançılar və məşqçilərlə yanaşı, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, eləcə də KİV nümayəndələri iştirak ediblər.Mərasimdə çıxış edən AGF-nin baş katibi Əjdər Cəfərov güləşçilərimizin 2014-cü ili uğurla başa vurduqlarını bildirib: “Güləşçilərimizin bu il qazandığı nailiyyətlərə nəzər saldıqda medalların keyfiyyətində nəzərəçarpacaq artım müşahidə edilir. Belə ki, əgər güləşçilərimizin ötən il qazandığı medallardan 92-si qızıl idisə, bu il qızıl medalların sayı 102-yə yüksəlib. Qarşıda bizi I Avropa Oyunları, Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı kimi ciddi sınaqlar gözləyir. Güləşçilərimizin hazırlığı üçün Federasiya rəhbərliyi tərəfindən hər bir şərait yaradılıb. Çalışacağıq ki, yığma komandalarımız bu mötəbər yarışlarda ölkəmizi uğurla təmsil etsin, bayrağımızı yüksəldib himnimizi səsləndirsin”.
Sonra il ərzində qazandığı nailiyyətlərə görə “İlin ən yaxşı idmançısı”, “İlin ən yaxşı məşqçisi” və “İlin ən yaxşı hakimi” nominasiyalarında qaliblərin adları açıqlanıb.
İlin ən yaxşı idmançısı
Sərbəst güləş üzrə - Hacı Əliyev (böyüklər arasında dünya və Avropa çempionu)
Yunan-Roma güləşi üzrə - İslam Abbasov (gənclər arasında dünya və Avropa çempionu)
Qadın güləşi üzrə - Səbirə Əliyeva (gənclər arasında dünya çempionu)
İlin ən yaxşı məşqçisiSərbəst güləş üzrə - Əsgərxan Novruzov (gənclərdən ibarət yığma komandanın böyük məşqçisi)
Yunan-Roma güləşi üzrə - Şaban Donat (gənclərdən ibarət yığma komandanın böyük məşqçisi)
İlin ən yaxşı hakimi
Beynəlxalq dərəcəli hakim - Sədi Quliyev (Yeniyetmələrin II Olimpiya Oyunları)Yığma komandalarımızın üzvləri 2014-cü ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda 27 qızıl, 22 gümüş, 16 bürünc – toplam 65 medal qazanıblar.Bunların 28-i yeniyetmə güləşçilərin payına düşür. Yeniyetmə güləşçilərimiz Avropa və dünya çempionatlarında, II Olimpiya Oyunlarında 13 qızıl, 9 gümüş, 6 bürünc medal qazanaraq güləşimizin gələcəyinin etibarlı əllərdə olduğunu nümayiş etdiriblər. Bu nəticə medalların həm kəmiyyətinə, həm də keyfiyyətinə görə ötənilki nəticədən üstündür.Gənc güləşçilərimizin də rəsmi yarışlarda iştirakı onların uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, gənclərimiz Avropa və dünya çempionatında 10 qızıl, 5 gümüş, 5 bürünc medal qazanmaqla ötən ildəki uğurlu nəticələrini davam etdiriblər. Gənc güləşçilərin nailiyyətində builki qızıl medalların sayında müşahidə edilən ikiqat artım xüsusilə diqqəti cəlb edir.Böyüklərdən ibarət yığma komandalarımız isə 4-ü qızıl, 8-i gümüş, 5-i bürünc olmaqla 17 medal qazanıblar.Bundan başqa, yığma komandalarımız artıq ənənəyə çevrilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsi də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 229 medal qazanıblar. Bu medalların 75-nin əyarı qızıl, 59-u gümüş və 95-nin əyarı isə bürünc olub.Ümumilikdə güləşçilərimiz bu il 102 qızıl, 81 gümüş və 111 bürünc medal qazanıblar.
Qarşıdan gələn 2015-ci il idmançılarımız üçün böyük əhəmiyyət kəsb edən çox məsuliyyətli bir təqvim ilidir. Çünki qarşıdan gələn ildə tarixdə ilk dəfə keçiriləcək, həm də ölkəmizdə baş tutacaq I Avropa Oyunları, eyni zamanda, Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı kimi mühüm əhəmiyyətli yarışlarda güləşçilərimizi ciddi sınaq gözləyir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Səkinə İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi
Qış üçün 8 milyonluq maşın aldı-FOTO
İnstaqramda yeni funksiya
"Azərbaycanın yaraşıqlı kişi siması-necə olmalıdır?!"
Yunanıstanda 6,7 ballıq zəlzələ
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
Turistlər üçün ən ucuz Avropa şəhərləri
450 min avroluq Mercedes
Azərbaycanda daha 10 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Bahalı rəsm əsərləri
Koronavirus yayda niyə zəifləmədi? - Tanınmış professor açıqladı
Qırmızı banan olduğunu bilirdinizmi?
Sağlam arıqlamaq üçün pəhriz
Onun doğru insan olmadığını göstərən 5 işarə
Kokos yağının möcüzəvi faydaları
Kenan Kalavın acı taleyi
Donmuş mayaklar
Güldürən heyvanlar
Ən böyük brilliant satıldı
Yumşaq robotlar məsafədən idarə olunacaq
Uşaqlarda burun qanaması
Bu gün Azərbaycanda 588 nəfər koronavirusa yoluxub, yeddi nəfər ölüb - VİDEO
İranın Milli İnkişaf Fondu Azərbaycana sərmayə yatırmağa hazırdır.
Günün qoroskopu: bu gün tələsiklik tələb edən işlər alınmayacaq
"İlin qadını" oldu - FOTO
İdman edərək yaddaşınızı gücləndirin.
Optimizm Polyannaçılıq deyildir
Conni Deppin keçmiş xanımından ETİRAF
İrem Derici 20 kq kökəlib-FOTO
Günün qoroskopu: insanlara fikir verin
Blinçikli dadlı qəlyanaltı (foto resept)
Məktəbin yaxınlığında iki metr uzunluğunda piton ələ keçdi – FOTO/VİDEO
Sosiskalı peraşki (foto resept)
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
"Rəhbərlərin xanımları": Stalinin arvadı Bakıda dəfn olunub?
46 dəqiqəyə 3 kiloqram kökələrək rekord qırdı-FOTO
Uşaqların sosial-psixoloji inkişafı-16
Pis hava şəraitinə baxmayaraq axtarışlar davam edəcək!
Kişilər üçün idman tərzi
Dünyanın ən böyük şousu başlandı
Oruc tutanlar - EHTİYATLI OLUN!
Souslu makaron (foto resept)
Paolo Dibala koronavirusa yoluxdu
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
Qida əlavələri ilə bağlı MƏHDUDİYYƏTLƏR olacaq
Qurbanlıq haqqında ən çox verilən suallar
Estoniya - Azərbaycan oyununun başlanma vaxtı bilindi
Senia Şeyma Subaşını sevindirdi
- ŞƏRHLƏR