
Milli.Az Azər Tac-a istinadən bildirir ki, dekabrın 4-də Parisin qış sirkində Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşü keçirilib Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə yanaşı, yoldaşlıq görüşünü izləyənlər arasında Fransanın idman üzrə dövlət katibi Tiyeri Brayar, Beynəlxalq Güləş Federasiyasının prezidenti Nenad Laloviç, Fransa hökumətinin, parlamentinin üzvləri, idman ictimaiyyətinin nümayəndələri də vardı.
Parisin qış sirkinin fasadında güləş üzrə Azərbaycan və Fransa komandaları arasında yoldaşlıq görüşündən, ölkəmizin idman həyatından, gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarından bəhs edən məlumat tabloları yerləşdirilmişdi.
Mərasim Azərbaycan və Fransanın dövlət himnlərinin səslənməsi ilə başladı.Olimpiya test turniri adlandırılan bu yoldaşlıq görüşünün açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblı nümunəvi proqramla çıxış etdi.
Sonra tamaşaçılar ölkəmizin idman nailiyyətləri, birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişindən bəhs edən filmə baxdılar.
1600-dək tamaşaçının izlədiyi görüşdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə 10 çəki dərəcəsində yarışlar keçirildi. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Azərbaycan komandası elə ilk dəqiqələrdən üstünlüyü ələ aldı. Böyük tarixi və ənənələri olan Azərbaycan güləşinin yetirmələri ölkəmizin idman şərəfini bu yoldaşlıq görüşündə də layiqincə qorudular. Azərbaycan komandası rəqibinə 9-1 hesabı ilə qalib gəldi.
Ölkəmizdə çox populyar olan güləş idman növündə Azərbaycan həmişə fərqlənib. Beynəlxalq yarışlarda güləşçilərimizin qazandığı uğurlar yeniyetmə idmançılar üçün hər zaman stimul olub. Təsadüfi deyil ki, müstəqillik illərində təmsil olunduğumuz bütün Yay Olimpiya Oyunlarında güləşçilərimiz böyük nailiyyətlər qazanıb, Vətənə qızıl medallarla qayıdıblar. Onu da deyək ki, Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşünün keçirilməsi bu ilin may ayında Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun Fransa Güləş Federasiyasının prezidenti Alən Bertolonla Parisdə keçirilən görüşündə razılaşdırılıb.
Oyunlar başa çatdıqdan sonra Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşü münasibətilə ziyafət təşkil olundu. Ziyafətdə çıxış edən Fransa Güləş Federasiyasının prezidenti Alən Bertolon mərasimdə iştirakına və tədbirin təşkilinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür etdi. Alən Bertolon hər iki ölkə güləşçilərini göstərdikləri əzmkarlığa görə təbrik edərək Azərbaycan idmançılarının dünya reytinq cədvəllərində həmişə yüksək pillələrdə dayandığını vurğuladı. Fransa Güləş Federasiyasının prezidenti gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarında güləş idman növünün yüksək səviyyədə təmsil olunacağına əminliyini bildirdi.Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov isə ölkəmizdə güclü idman ənənələrinin olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük idman infrastrukturunun yaradıldığını, respublikamızın Olimpiya hərəkatında fəal iştirak etdiyini diqqətə çatdırdı. Fazil Məmmədov gələn il ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işlərinin görüldüyünü vurğuladı.Mərasimdə ölkəmizdə idmanın, o cümlədən güləşin inkişafından bəhs edən film nümayiş etdirildi.
Sonda Beynəlxalq Güləş Federasiyası ilə “ATA Holdinq” ASC arasında əməkdaşlığa dair protokol imzalandı.Mərasimdə Azərbaycanın incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdi.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Hacıqabulda qaz xəttində yanğın - YENİLƏNİB + VİDEO
"Arka Sokaklar"ın Zeynəbi evini satdı-SƏBƏB
Azərbaycanda ödəmə terminallarında bank kartlarından istifadə mümkün olacaq
90-ci illərin trend olan saç düzümləri
Tatlısəsdən duyğusal paylaşım-FOTO
Yadplanetlilərin Antarktidadakı bazası - VİDEO - FOTO
Ozan Güvən hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Olmayan intim həyat ölümcüldür
Çerkez mantısı ( foto resept)
Günün qoroskopu: Təxəyyülü işə salın!
Daha bir türk serialı başlayır
Baharı xatırladan aksesuarlar
Qadın omba əməliyyatında öldü-FOTO
Mehriban Əliyeva Zirədə "Dalğa" yay düşərgəsinin açılışında iştirak edib
Orta məktəblər pullu olacaq? - RƏSMİ AÇIQLAMA
DiKaprio özündən 21 yaş kiçik sevgilisi ilə tətildə - FOTO
Müdafiə Nazirliyi: “Əməliyyat şəraiti tam olaraq ordumuzun nəzarətindədir”
Dəmirdən heykəllər
Monika Belluççi hər kəsi təəccübləndirdi-FOTO
Uşaqları maska taxmağa necə razı salmalıyıq?
Bürclər hansı aksesuarları sevər?
Diş çəkdirərkən öldü, tabutda dirildi
Ən yaxşı ağardıcı maskalar
Riyaziyyat bəyi şoka saldı
Brad Pitt hansı qadınlara aşiq olur?
Koronavirusa görə çəkilən sosial VİDEO izlənmə rekordu qırır
15 ay işlədi – 58 milyon qazandı
Azərbaycanda koronaviruslu xəstələrin müalicəsində növbəti dəfə EKMO aparatından istifadə edilib - FOTO
DİQQƏT: Süni uşaq qidası yalnız həkim reseptləri əsasında verilməlidir
Ruhlar haqqında
2 milyon dollardan ibarət "YOLKA" qurdular-FOTO
Məşhur aktyordan gözlənilməz addım-FOTO
Sabah qar yağacaq
Qışda artıq çəki probleminin həlli
“Nuhun gəmisi” yenidən qurulur
HAVA necə olacaq? 7 İyun
İlker Kaleli və Biran Damlanın sevgisi
Rusiya vətəndaşlığı almaq asanlaşdı
TƏBİB-dən karantinin sərtləşdirilməsinin nəticələri ilə bağlı VACİB AÇIQLAMA
"Ermənilər digər əraziləri də işğal ediblər"
Demetin evini yardılar
Mioplopita-Yunan alma piroqu (foto resept)
Koronavirusdan qorxan gözəllik yarışmasının qalibi saçlarını kəsdi - FOTO
Azərbaycanın daha bir incisi
Serenay “Yasak elma”da rol alacaq?
Evlilikdən sonra kişilər niyə belə olurlar?
Yeni standartlar: taksilər bu rəngdə olmalıdır
Ən gözəl dəvə seçildi
Məşhur aktyor "Feysbuk" səhifəsini bağladı
Bəşəriyyəti lərzəyə salan xəstəlik yoxa çıxmaq üzrədir















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]