Bu gün Bakıda 2014-cü ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib.ANS PRESS-in məlumatına görə, tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, Azərbaycanı beynəlxalq idman yarışlarında layiqincə təmsil edən idmançılarımız və digər qonaqlar iştirak ediblər.Azərbaycan Dövlət himinin səslənməsi ilə başlayan tədbirin əvvəlində 2014-cü ilin idman yekunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.Daha sonra tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov əvvəlcə bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü olduğunu xatırladaraq ölkə başçısını bütün Azərbaycan idmançıları adından təbrik edib və xoş arzularını bildirib.Azərbaycan idmançılarının 2014-cü ildə qazandığı uğurlardan danışan A.Rəhimov bildirib ki, bu il ərzində idmançılarımız 805 medal qazanıblar: "Deyə bilərik ki, hər gün Azərbaycanın bayrağı hansısa ölkədə yüksəklərə qalxır. Qazanılan medallardan 275-i qızıl medal olub və bu da o deməkdir ki, bu il 275 dəfə dünyanın müxtəlif ölkələrində Azərbaycanın Dövlət himni səslənib və bayrağı yüksəyə qalxıb".İdmançıların maddi-texniki bazasının daha da gücləndiyini deyən nazir qeyd edib ki, getdikcə idmançılarımızın da sayı çoxalır: "Bu, gələcək nəslin sağlamlığıdır. Biz bu işləri davam etdirəcəyik və idmanımızı daha yüksək səviyyəyə qaldıracağıq".İlk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyini xatırladan A.Rəhimov bildirib ki, bu tədbir Azərbaycana böyük uğurlar gətirəcək, Bakının simasını dəyişəcək: "Bakıda çoxlu quruculuq işləri görülür. Yarışların başlamasına qədər bütün idman strukturları hazır olacaq və yüksək standartlara cavab verəcək. İnanıram ki, bu yarışmanı yüksək səviyyədə keçirəcəyik".Daha sonra çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bütün idmançıları qazanılan uğurlara görə təbrik edib.Ç.Hüseynzadə bildirib ki, 2014-cü il Azərbaycan idmanı üçün nümunəvi il olub: "İlk dəfə Azərbaycanda ümumdünya idman jurnalistlərinin konqresi keçirilib. Bütün dünyadan gələn idman jurnalistləri Azərbaycandan, Bakıdan çox məmnun ayrılıblar və Azərbaycanda görülən işləri yüksək qiymətləndiriblər. Bundan əlavə, Bakıda Avropa Olimpiya Komitələrinin Baş Assambleyası keçirildi ki, bu da ölkəmiz üçün çox əhəmiyyətli bir hadisə oldu. Bu tədbirin iştirakçıları da ölkəmizdən məmnunluqla ayrıldılar. Bütün bu tədbirlər Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına xidmət edib".Daha sonra Azərbaycanın idman komandaları və idmançıları Gənclər və İdman Nazirliyi tərəfindən təltif edilib.
İlin klubu adına "Qarabağ", yığma komandası adına isə voleybolçu qadınlardan ibarət Azərbaycan millisi layiq görülüb.
İlin ən yaxşı idmançıları adına Hacı Əliyev (sərbəst güləş), Mariya Stadnik (qadın güləşi), Yelena Vıstropova (boks), Xetaq Qazyumov (sərbəst güləş), Radik İsayev (taekvondo), Fərid Mayılov (kunq-fu), Rəsul Çunayev (Yunan-Roma güləşi), Elmar Qasımov (cüdo), Marina Durunda (bədii gimnastika) və Eduard Məmmədov (kikboksing) layiq görülüblər.
Tədbir bədii hissə ilə davam edib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Bakıya qar yağır!
71 yaşlı müğənninin dişləri töküldü - FOTO
Pandemiya dövründə boşananların sayı AÇIQLANDI
Düşmənin KUB zenit-raket kompleksi məhv edilib - VİDEO
Çimərliklərə getmək olar, yoxsa qadağandır? – DİN-dən AÇIQLAMA
"Whatsapp"dan daha həyəcanverici yenilik gəlir
Əllərimiz mikrob mənbəyidir
Qonşular övladlarını oddan xilas etməyə çalşan anaya kömək etdilər – ANBAAN VİDEO
Qarabağda müharibə siqnalı
Bu eynək yorğunluqdan xəbər verir
CeyLo idmana 4,5 milyonluq üzüyü ilə getdi - FOTO
Azərbaycanda iş və istirahət günlərinin yeri dəyişdirildi - RƏSMİ
Sızanaq izləri üçün maskalar
Ağ nöqtələrin yaranma səbəbi və onlardan xilas yolu
Yumurtasız şokoladlı piroq (foto resept)
Günün ulduz falı
Əyləncəli ev heyvanları
Bayramda neçə gün iş olmayacaq?
Azərbaycanda xarici pasport almaq hər kəs üçün "ASAN"laşdı
Kuril adaları yaxınlığında zəlzələ olub
Bütün gün yuxusu gələnlər oxusun
Borcluya cəhənnəm yaşadan Azərbaycan bankları
Yuxusuzluq xəstəliyin xəbərçisidir
Xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq
1-2 yaş dövründə uşaqlarda yemək problemi
2000 illik tarixi olan, yeyilə bilən kərə yağı tapıldı
Toğrul Qurbanovun "beauty-fotosessiya"sı
İlon Mask daha bir neçə milyarderi geridə qoydu
Öldürücü istilər GƏLİR - insanların 74 faizi...
Dünyanın ən nüfuzlu qadını
Prezident xanımı və qızları ilə sərgidə - FOTO
Saxlama müddəti ötmüş mallar aşkarlandı
Vegetarianlar üçün Yenilik!
Azərbaycanlı dəb bloqeri dünya ulduzuna çevrildi
1 həftə çörək yeməsək nələr olar?
Yay aylarında uşaqlarda ishal və qusma hallarının baş verməməsi üçün nə etməli?
Məşhur müğənni məhkəməlik oldu-SƏBƏB
Mbappe Açıqlaması ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
İstirahət gününün havası
Məşhur müğənni ərə gedir
Ailə qurmaq istəyən 209 nəfərdə QİÇS aşkarlandı
Müdafiə Nazirliyi yaralı qadınlarımıza görə qisas alacağına söz verdi
Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başladı
Türk serialları ölkəyə yarım milyard dollara yaxın GƏLİR GƏTİRDİ
27 il Şuşasız...
Tam Günəş tutulması kosmosdan nümayiş olundu - FOTO
100 il əvvəl dünyasını dəyişmiş insanın kimi qalır ki, bu dünyada ona baş çəksin
Minlərlə gənc səfərbərlik üçün qeydiyyata alınır - RƏSMİ
Qeyri-adi tortlar
Baş nazir Mandelaya görə üzr istədi















- ŞƏRHLƏR