Bu gün sərt karantin rejimində yaşayan bir çox vətəndaş çimərlik mövsümünün açılmasını arzulayır.
Bildiyiniz kimi, koronavirus pandemiyası ilə əlaqədar epidemioloji vəziyyətin pisləşməsi səbəbindən Azərbaycanda iyunun 21-dən avqustun 5-dək davam edəcək ikinci dəfə sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax, Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında bu rejim fəaliyyət göstərir.
Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sərt karantin rejiminin yenidən tətbiq olunduğu bölgələrdə çimərliklərə getmək də qadağandır. Operativ Qərargahın son brifinqi zamanı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov qeyd etdi ki, sərtləşdirilmiş karantin rejimi avqustun 5-dən sonra uzadılmayacaq və məhdudiyyətlər tədricən qaldırılacaq.
Lakin bu tarixə qədər çimərliklərin açılacağını gözləmək üçün heç bir əsas yoxdur. Ş.Mövsümovun sözlərinə görə, bu, koronavirusla mübarizə üçün bu günə qədər görülən işləri ləğv edə bilər.
“Buna görə də bu məhdudiyyəti hələ ləğv edə bilmərik. Çimərlikləri açmaq çox risklidir. Burada üç məqamı qeyd etmək lazımdır. Birincisi, insanlar böyük bir izdiham şəraitində sosial məsafə saxlaya bilməyəcəklər və bu yoluxmaların sayının artmasına səbəb olacaq. İkincisi, oradakı insanlar özlərinə yemək və su alıb ümumi əşyalardan istifadə edəcəklər ki, bu da risklidir. Üçüncüsü, şəhərin müxtəlif yerlərindən gələn vətəndaşların eyni çimərliyə yığışmasıdır ki, bu da virusun digər bölgələrin sakinlərinə ötürülməsi riskini artırır”, - deyə Ş.Mövsümov bildirib.
O, bu prosesi planlaşdırmaq və təşkil etmək mümkün olacağı təqdirdə məhdudiyyətin qaldırılacağını qeyd edib: “Təəssüf ki, avqustun 5-dək buna nail olmaq mümkün olmayacaq. Ancaq qəbul edilmiş qaydaların riskləri azaldacağına əmin olsaq, avqustun 5-dən sonra bu məsələyə baxılacaq”.
Ancaq bəzi vətəndaşların çimərliklərə getmələri və dəniz sahilində istirahət etmələri heç kimə sirr deyil. Media.Az bunun mövcud karantin rejiminin pozub-pozmadığını Daxili İşlər Nazirliyi ilə dəqiqləşdirmək qərarına gəlib.
“Sərtləşdirilmiş karantin rejiminin bir hissəsi olaraq ictimai çimərliklərdən istifadə qadağandır. Ancaq bir vətəndaşın evdən çıxmaq icazəsi varsa, dəniz sahili ilə gəzə, təmiz havada ola bilər. Bu, karantin rejiminin pozulması deyil”, - deyə DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov media.az-a bildirib.
O xatırladıb ki, karantin rejimi şəraitində ictimai yerlərdə beş nəfərdən çox adamın toplaşması qadağandır.
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi bu ilin 31 avqustuna qədər uzadılıb.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Koronavirusa təkrar yoluxmadan dünyada ilk ölüm qeydə alınıb
İş görüşməsi üçün necə geyinməli?
Bu ölkə də Aİ-ni tərk edir?
Ən Çox qazanan ulduzlar-SİYAHI
Dünya modasında ilk dəfə - çantaları dronlar göstərdilər
Roma papası Harli Devidson motosikletini satır
Portağallı peçenye (foto resept)
Şimali Koreyada bu gün qurultay keçiriləcək
200 manat almaq üçün sənədlər
Mənim arıqlama sirrim
Yeriş qaçışdan yorucudur
Bu şəkli çəkən azərbaycanlıdır.
Koronavirusla bağlı ŞOK NÜANS: bu xüsusiyyəti 10 qat artıb
Koronavirusla bağlı son STATİSTİKA
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Şahzadə Harri Meqan Markla 1 milyon dollar xərclədi-FOTO
Sabahın HAVAsı
Övladı birinci sinfə gedəcək şəxslərin NƏZƏRİNƏ
Putinin çatışmayan cəhəti
Burak Özçivit serialından 1,3 milyon alacaq
İnsanların ömür müddəti altı il uzanıb
“Arsenal”ın ulduzu İngiltərə kubokunu sındırdı - VİDEO
Qaxda qeyri-adi hadisə olub
Azərbaycan tarixindən yüz şəxsiyyət-83
Televizor, planşet uşaqları lal edə bilər - HƏKİMLƏRDƏN HƏYƏCAN TƏBİLİ
"Uşaq pulu" bərpa edilir? - Nazirlik RƏSMƏN AÇIQLADI
Pomidor souslu kotlet (foto resept)
Dəyişən moda qaydaları
Məşhur aparıcının FOTOsu hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Ayrılmağı Serenay istəyib
Bakı 15 gəzməli şəhərdən biridir
Ağcaqanaddan tamamilə qoruyan geyim hazırlandı
Hava haqqında
Təhsil Nazirliyindən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
Ani Lorak paylaşdığı FOTO ilə HEYRƏTLƏNDİRDİ
Özünü disney qəhrəmanlarına bənzədən qız
Yeni il qabağı Bakıda ucuz kənd təsərrüfatı məhsullarını haradan almaq olar? - SİYAHI
Sağlam yuxu üçün nə etməli?
Qırmızı kürülü suşi (foto resept)
Prezident məktəbdə oldu
Qəbul Müsahibələri apreldən başlanacaq
Bu günün hava proqnozu
Məktəbəhazırlığı Azərbaycan bölməsində oxuyanlar digər dildə təhsil ala bilər?
Əzilmiş maşınları sənət nümunəsinə çevirənlər
Yapon əzgilinin faydaları
Mesut Özil azərbaycanlılara səsləndi:"Qardaşlarım...."
Sentyabradək 6 yaşı tamam olmayan uşaqlar I sinfə götürüləcəklərmi?
Azərbaycanda müəmmalı hadisə: Evdəki əşyalar öz-özünə yanır, azan oxunanda sönür - VİDEO
Sızanaq izlərini yox edən maskalar
ABŞ Ukraynaya 1 milyard dollarlıq hərbi yardım göstərəcək?














