Bahar fəsli təbiətin oyanışı ilə əlaqədar insanın özünü daha yaxşı hiss etdiyi bir dövr hesab edilsə də bu aylarda halsızlıq və yorğunluq daha çox müşahidə olunur. Bu zaman metabolizm və hormonlarda dəyişiklik baş verir.
Milli.Az Publika.Az-a istinadən xəbər verir ki, bu dəyişiklik adətən halsızlıq, yorğunluq, əzələ ağrıları ilə müşahidə olunur. Halsızlıq və yorğunluq təbii olaraq yuxu gətirir. Bəzi vitamin və mineral çatışmazlığı da insanın özünü yorğun hiss etməsinə səbəb olur. Orqanizmi ehtiyacı olduğu vitamin və minerallarla təmin etdikdə insan özünü həm fiziki, həm də ruhən daha yaxşı hiss edir. Yorğunluq hissindən başqa, iştahın azalması, əzələ ağrıları, oynaq ağrıları və qadınlarda menstruasiya nizamsızlığı kimi əlamətlər özünü göstərir. Türkiyəli diyetoloq Oya Yüksək baharı gümrah keçirmək üçün mütəmadi olaraq istifadə etməli olduğumuz qidaların siyahısını açıqlayıb.
Baharı enerjili keçirməyə kömək edən 10 qidanın siyahısını təqdim edirik.
Türkiyəli mütəxəssis bahar aylarında müşahidə olunan halsızlığı meteoroloji təsirlə izah edib. Onun fikrincə, fəsil keçidləri əvvəlcə hormonal sistemə təsir edir: "Bədənin yeni ekoloji dəyişikliklərə alışması və hormonal sistemin yenidən tarazlaşması vaxt tələb edir. Bu vəziyyət ətraf mühitə uyğunlaşmağı çətinləşdirir və yorğunluğa səbəb olur. Qış aylarında hərəkətsiz həyat tərzi sayəsində qazandığımız artıq çəki baharda aktiv həyat tərzinə adaptasiya olmaqda çətinlik yaradır. Çirkli hava, havadakı elektrik yükünün artımı və ion dəyişiklikləri də yorğunluğa səbəb olan amillərdəndir".
1. Kivi
Kivi C vitamini baxımından zəngin meyvədir. Səhərlər və ya gün ərzində bir ədəd kivi yemək metabolizmin fəaliyyətini yaxşılaşdırır, yorğunluq hissini aradan qaldırır.
2. Yerkökü
Vitamin və minerallarla zəngin olan bu tərəvəzi "qızıl mədəninə" bənzədirlər. Bu bitki güclü təmizləyici təsirləri ilə qaraciyəri lazımsız maddələrdən təmizləyir. Onun tərkibində olan beta-karotin A vitamininə çevrilir ki, bu da intellektin yaxşılaşmasına, immun sisteminin möhkəmlənməsinə, sümüklərin və dişlərin güclənməsinə, tiroid vəzində ola biləcək problemlərin aradan qalxmasına və boy artımına kömək edir. Həm də zehni fəaliyyəti gücləndirir. Gündə bir ədəd yerkökü yeməklə halsızlıq və yorğunluq problemini tamamilə həll edə bilərsiniz.
3. Armud
Armud bol miqdarda A, K və C vitamini ehtiva edir. Antioksidant təsirə malik olan armud immun sistemini gücləndirib bədənə enerji verir. Bundan əlavə armudun tərkibindəki faydalı maddələr qanda şəkərin miqdarını tənzimləyir. Baharı enerjili keçirmək istəyirsinzisə, gündə bir ədəd armud yeyin.
4. Cəfəri
Cəfərini şüyüd və çuğundur yarpağı ilə birlikdə istifadə etmək immun sistemini gücləndirir. İmmun sisteminin güclü olması bahar yorğunluğundan daha asan xilas olmaq deməkdir. Üstəlik, cəfəri ödəm problemini də effektli şəkildə yox edir. Cəfərinin istər suyunu içə, istərsə də salatlara əlavə edə bilərsiniz.
5. Qoz
Fındıq, badam və qoz kimi çərəzlər E vitamini ilə zəngindir. E vitamini bədən funksiyaları üçün mühüm rol oynayan maddədir. Qozun tərkibindəki E vitamini orqanizmdə sərbəst radikalların təsirini azaldır. İmmun sistemini gücləndirib yorğunluğu aradan qaldıran bu vitamin saç və dəri baxımı üçün də ən effektli vasitədir. Hər gün 2 ədəd qoz, yaxud 5-6 ədəd fındıq yeyin.
6. Qatıq
Qatıq bağırsaqların fəaliyyətini yaxşılaşdırır, immun sistemini gücləndirir və toxluq hiss verir. Toxluq hissi verən qatıq qanda şəkərin miqdarını da nizamlayır. Beləliklə, gün ərzində gümrah və enerjili oluruq. Gün ərzində 1-2 kasa qatıq yeyin.
7. Qırmızı ət
Dəmir çatışmazlığı qan azlığına səbəb olur. Qan azlığı isə hamıya məlum olduğu kimi halsızlıq və yorğunluq şikayətlərini artırır. Yaz aylarını gümrah keçirmək istəyirsinizsə, həftədə 3 dəfə ət yeməklərinə yer verin.
8. Yulaf əzməsi
Yulaf əzməsi toksinləri və zərərli maddələri orqanizmdən xaric edən faydalı bitkidir. Yulaf əzməsini həftədə 3-4 dəfə səhərlər və günorta saatlarında südə və ya qatığa qarışdırıb yeyin.
9. İspanaq
İspanaq tərkibindəki dəmir duzları və B qrupu vitaminləri sayəsində qan azlığını aradan qaldırır, həmçinin dəri altına piy toplanmasının və sellülitin qarşını alır. İspanaq bağırsağın normal fəaliyyətini təmin edir, qəbizliyin qarşısını alır, karbohidrat mübadiləsini tənzimləyir, qlükozanın toxumalara keçməsini asanlaşdırır və qanda şəkərin səviyyəsini normallaşdırır. Bütün bunlar sayəsində bədən müqaviməti artır. İspanaq həftədə ən az 3 dəfə az bişirilmiş şəkildə yeyilməlidir.
10. Yaşıl çay
Şərqdə yaşıl çay min bir dərdin dərmanı sayılır. İnsan ömrünü uzatdığı deyilən yaşıl çay güclü antioksidant xüsusiyyətlərinə malikdir. Yaşıl çay insanın orqanizmini müxtəlif zərərli maddələrdən (şlaklar, toksinlər, sərbəst radikallar və s.) təmizləyir və nəticədə insanın immun sistemi möhkəmlənir, dolayısı ilə yorğunluğu aradan qalxır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
"İnstaqram"ın işində problemlər yarandı
Qara qızıl qara günlərini yaşayır
Azərbaycan atletləri Avropa birinciliyində medalların sayını 5-ə çatdırıblar
Ozge Ulusoy estetik əməliyyatdan danışdı-FOTO
"Bizim Tarla" Kompot məhsulu – "Ləziz və Əziyyətsiz"
Siqaret zərərlidir, bəs qutusu?
Bakı-2015-də qayda pozan əcnəbilər cəriməni necə ödəyəcək?
Bu gənc həyat yoldaşını ölkədən qovmağa çalışır-SƏBƏB
Avtobus sürən qadın ölkədə məşhurdur
Moskvada daha bir məscid tikiləcək
Avtobuslarda sərnişinlərin ürəyindən olacaq YENİLİK - FOTO
Bunları tozsoranla təmizləməyin
Ronaldo ilə necə tanış olduğunu danışdı-FOTO
Toyuq kroketlər (foto resept)
Gözəllik sirləri
Qadınların əksəriyyəti bu işi görəndə ağızlarını açıq qoyur
YENİ DƏB: Bekhemdən qeyri-adi təklif-FOTO
Sevimli salat (foto resept)
Ana südünü artırmağın təbii yolları
Koronavirusdan sağalanlarda yeni fəsad müşahidə edilib
Günün ulduz falı
"Facebook-da danışmaq günahdır"
Ömrümüzü nə qısaldır?
Sürətli yağ yandıran 2 idman hərəkəti
İnsultdan sonra musiqi sağaldır
Salma Hayekin təbii görünüşü pərəstişkarlarını heyran qoydu
Türkiyədə narahat gecə: Müxtəlif bölgələrdə zəlzələlər oldu
8 yaşlı Qapanlı sakini: "Mən ermənilərdən qorxmuram..."
Kökəlmək istəyən xanımların diqqətinə
Gələn həftə neçə gün evdə qalacağıq? - CAVAB
Ledi Qaqa kökəldi-FOTO
Azərbaycanda nəhəng körpü tikilir
I Avropa Oyunları Azərbaycanı dünyanın idman arenasına çevirəcək
İnstaqram fenomeni olmaq istədi - borca düşdü
Azərbaycanda ən çox yayılan xəstəliklər hansılardır?
Çimərlik çantaları
"Fənərbağça"nın canlı əfsanəsi 1000 nömrə ilə oynadı
"Instagram"da DƏYİŞİKLİK
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Kitab Mərkəzinin açılışında iştirak ediblər - FOTO
Barak Obama və iki baş nazir: "Özümüzü çəkək" qalmaqalı
Maraqlı tortlar
"Oskar" mərasimi - Ən yaxşılar seçildi - FOTO
Keçmiş sevgilisindən amansız qisas-FOTO
Cəbhədə qızğın atışma
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
Kənan İmirzalıoğlu və Sinem Kobalın boşanma xəbərləri yayıldı-FOTO
Təhlükəsizlik prioritetdir
Məşhurların əsl adları
Bu avtobusun hərəkət sxemi dəyişdirildi
İmam Əlidən (ə) mübarək tövsiyələr














