Uzun tələffüz olunan sait səslər
Əlifbamızdakı [`ı`], [`ü`] saitlərindən başqa bütün saitlər uzun tələffüz olunur. Uzun tələffüz olunan saitlərin iştirak etdiyi sözlər, əsasən, ərəb mənşəli sözlərdir. Uzun tələffüz edilən saitlərdən sonra [`:`] işarəsi qoyulur. Uzun tələffüz olunan sait sözün istənilən hecasında ola bilər. Hansı sözdə uzun tələffüz olunan sait varsa, həmin sözdə hərf və səs tərkibində heç bir fərqlilik yaratmır. Gəlin uzun tələffüz olunan saitlərin hər birinə aid nümunələrə baxaq.
[`a:`] - Sabir, Tahir, Nadir, xiyaban və s.
[`o`] - Tofiq və s.
[`u`]- Surət, rütubət, musiqi və s.
[`e`] - Ecazkar, etibar və s.
[`ə`] - Tətil, mədə, tərif və s.
[`i`]- Mədinə, vəsiqə, zinət və s.
[`ö`] - Möcüzə, mötərizə və s.
[`o`] və [`ö`] saitlərinin uzun tələffüzü başqa halda da baş verir. Yəni v və n samitləri tələffüzdə ixtisar olunur və həmin səslər uzun tələffüz edilir. Məsələn, tövlə [`tö:lə`], dovşan [`do:şan`]. Bu tip uzanma zamanı isə sözün deyilişi ilə yazılışı arasında fərq yaranır.
Uzun tələffüz edilən saitlər vurğu qəbul etmir. Amma elə istisna sözlər var ki, orada uzun tələffüz edilən saitlə vurğu eyni hecada olur. Bəzi, bəzən, sonra, yəni, bəli, lakin sözləri bu istisna sözlərdəndir. Bu sözlərdə həm vurğu, həm də uzun tələffüz olunan sait birinci hecadadır. Bu mövzuya xüsusi diqqət etmək lazımdır. Çünki testlərə çox düşür.
Milli sözlərimizdə uzun tələffüz edilən sait yoxdur. Dovğa, ovuşdurmaq, qovurma, qarovul sözləri istisnadır.
Elə sözlər var ki, orada uzun tələffüzə görə sözlərin mənası dəyişir. Məsələn, nərə - [`nə:rə`], bəzən - [`bə:zən`] və s.
Bəzən bir sözdə iki sait uzun tələffüz oluna bilər. Məsələn, taziyanə - [`ta:ziya:nə`], malikanə - [`ma:lika:nə`], dəvətnamə - [`də:vətna:mə`] və s.
Ərəb-fars mənşəli saitlə bitən bir sıra sözlər samitlə başlayan şəkilçi qəbul edəndə söz kökündəki sonuncu sait uzun tələffüz edilir. Məsələn, vəfasız - [`vəfa:sız`], şəfalı - [`şəfa:lı`], mənbədən - [`məmbə:dən`] və s.
Bu iki sözdə isə bir çoxarı saitləri uzadır. Amma əslində bu sözlərdəki saitlər uzanmır: heca, hesab.
Sonu cingiltili samitlə bitən sözlərin yazılışı və tələffüzü
Sonu b, d, g, c samitləri ilə bitən sözlərdə tələffüz zamanı iki fərqli cəhət yaranır.
1) Bu tip bəzi sözlər yazıldığı kimi tələffüz olunur. Bu zaman həmin söz ya saitlə başlayan şəkilçi qəbul edir, ya da özündən sonra gələn söz saitlə başlayır. Məsələn, tüfəngi, kitabı, ağac axtarmaq, kitab alan və s.
2) Həmin samitlərin kar qarşılığı kimi tələffüz olunur. Bu zaman həmin sözlər ya samitlə başlayan şəkilçi qəbul edir, ya da ki, özündən sonra samitlə başlayan söz gəlir. Bu cür sözlər şəkilçisiz işləndikdə də, əsasən, kar tələffüz olunur. Məsələn, bulud topası - [`bulut topası`], buludlu - [`bulutdu`], kitab - [`kitap`] və s.
Əgər sonu c samiti ilə bitən sözlər d, l, t, z, s, n samiti ilə başlayan şəkilçi qəbul edərsə, c samiti [`ş`] kimi tələffüz edilər. Məsələn, əlacsız - [`əlaşsız`] və s.
Sonu z samiti ilə bitən bəzi sözlər də kar tələffüz olunur. Məsələn, palaz - [`palas`], yersiz cavab - [`yersis cavap`], almaz - [`almas`] və s.
Tələffüz zamanı dəyişikliyə uğrayan səs orfaqram adlanır. Məsələn, yuxarıdakı nümunədə verilən almaz sözündəki z hərfi [`s`] səsi kimi tələffüz edildiyi üçün həmin səs orfoqramdır.
Sonu "Q" ilə bitən sözlər
Dilimizdə son səsi [`x`] və ya [`ğ`] kimi tələffüz olunan çoxhecalı sözlər q ilə yazılır. Söz şəkilçisiz tələffüz ediləndə q-x kimi tələffüz edilir. Məsələn, uşaq - [`uşax`], qonaq - [`qonax`] və s. Bu cür sözlərə saitlə başlayan şəkilçi artırıldıqda q-ğ əvəzlənməsi baş verir. Bu, təkcə tələffüzdə deyil, yazılışda da belədir. Məsələn, ocağa, ocağı, qonağın və s. Bu tipli sözlərin hamısı milli sözlərdir. (İstisna: uşağ-ımız).
Sonu q ilə yazılıb [`k`] kimi tələffüz olunan sözlər ərəb mənşəli sözlərdir. O sözlər bunlardır: müttəfiq, ittifaq, nifaq, istintaq, şəfəq, üfüq, hüquq, eşq, əxlaq, vərəq, aşiq, natiq, irq və s. Belə sözlərə saitlə başlayan şəkilçi artırıldıqda heç bir fərq yaranmır. Məsələn, ittifaqımız, şəfəqə. Buraya bəzi Avropa mənşəli sözlər də daxildir. Məsələn, dialoq, monoloq və s.
Sonu q ilə yazılan təkhecalı sözlərə də saitlə başlayan şəkilçi artırıldıqda son samit dəyişmir. Məsələn, xalq - xalqım, irq - irqi və s.
Sonu "K" ilə bitən sözlər
Sonu [`x`] səsi kimi tələffüz olunan çoxhecalı milli sözlər [`ke`] ilə yazılır. Bu cür sözlər şəkilçisiz k ilə yazılır. Məsələn, bilik - [`bilix``], külək - [`küləx`] və s. Belə sözlərə saitlə başlanan şəkilçi artıranda k-y əvəzlənməsi baş verir. Məsələn, biliyi, küləyə, ürəyi və s.
Sonu k ilə bitən təkhecalı və çoxhecalı alınma sözlər saitlə başlanan şəkilçi qəbul edəndə son samit dəyişmir. Məsələn, türkü, ləkin, malikin, iştirakımız, əmlakın, istehlakı və s. (İstisna: mələyin, fələyin və s.)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR