Hər vaxtınız xeyir olsun!
Saytda dərc olunan xəbər axışının bir neçə aylıq müşahidəsindən sonra belə qərara gəldim ki, sizlərlə bir çox məsələləri bir xəbər altında müzakirə edək. İsmarıc qutumuza gələn çoxsaylı sualları cavablamadığımız anlar sizlərə laqeydlik və ya mənfi düşüncə nəticəsi təsiri bağışlamasın. Sadəcə, artıq bəzi məsələlər var ki, onların həll olunmasında istifadəçilərin özlərinin saytda iştirakı ilə yanaşı, həm də inkişafı vacibliyə çevrilib. Sayt dayanmadan inkişaf edir, təbii ki, onun inkişafı ilə kollektiv və istifadəçilər də müsbətə doğru dəyişirlər. Yalnız, bəzi hallar var ki, xüsusən də isitfadəçilərin xəbər seçimi, rubrika və bölmə seçimləri saytın gündəlik, həftəlik, aylıq xəbər paylaşma göstəricində tarazlığın pozulmasına səbəb olub. Bunları aradan qaldırmaq öz əlimizdədir. Təklif edirəm, bu xəbər altında Qadin.Net xəbər müləllifləri öz təcrübələrini yeni gələn istifadəçilərlə bölüşsünlər. Eyni zamanda , hələ də xəbər hazırlanması və sayt qaydaları ilə bağlı çətinliklər yaşayan istifadəçilərimiz rastlaşdıqları problemləri burda işıqlandırsınlar və həllini öyrənsinlər.
İlk əvvəl, artıq çoxlarınızın tanış olduğu ümumi sayt qaydaları daxilində məqalələrin hazırlanması ilə bağlı 5-ci bəndi yenidən gündəmə gətirirəm ki, bu bəndi oxuduqdan sonra şərhlərdə suallarınızı yazasınız.
Sayt qaydalarımızın 5-ci bəndi
5. Məqalələrin hazırlanma qaydaları
Məqalə(bundan sonra xəbər) – araşdırmalar, araşdırma nəticəsində əldə olunmuş statistik məlumatlar, məsləhətlər, konkret mövzu ətrafında, əsas mövzudan uzaqlaşmayaraq faktlara əsaslanan, minimum beş yüz simvoldan ibarət, məsafə və fikirlərin ifadə edilməsi üçün istifadə edilən simvollardan ibarət olan yazılı müəllif məhsuludur.
5.1. Başqa müəllif tərəfindən hazırlanmış, digər Azərbaycan saytlarında yayımlanmış(xüsusi hallar istisna olmaqla), eyni zamanda bu saytda daha əvvəl yayımlanmış başqa müəlliflərə məxsus xəbərlərin yenidən hazırlanaraq göndərilməsi qadağandır!
5.2. Xəbər hazırlanarkən, Rubrika və onun bölmələrinə, eləcə də bölmələrə aid alt bölmələrə diqqət yetirilməsi mütləqdir. Rubrika, bölmə, alt bölməsi düzgün seçilməmiş xəbərlərin silinmə ehtimalı böyükdür.
5.3. Xəbərlərin hazırlanmasına dair bir neçə mühüm qeydlər:
- Xəbərin başlığı qısa və tam mətni xüsusi hallar istisna olmaqla bütövlükdə Azərbaycan dilində yazılmalıdır. Başlıqların seçimi zamanı gülməcələrdən(smayl) istifadə etmək olmaz. Başlıqların bütövlükdə böyük hərflərlə yazılışı qadağandır. Eyni zamanda başlıqlarda, latın əlifbasında olmayan xüsusi simvolların da istifadəsinə icazə verilmir! Başlığın sonunda nöqtə qoyulmamalıdır.
- Xəbərə əlavə ediləcək rəsimlərin görüntü keyfiyyəti yüksək olmalıdır. Rəsimlərin əlavəsi zamanı ölçülərə diqqət yetirilməsi mütləqdir. Kiçik ölçülü, keyfiyyət göstəriciləri aşağı səviyyədə olan rəsimlərin məqaləyə əlavəsi, həmin xəbərin yayımlanması qadağandır. Digər saytların ad və ya loqotipləri əsk olunan rəsimlərdən istifadəyə icazə verilmir. Həmçinin, xəbərə əlavə edilən rəsimlər xüsusi müəllif hüquqlarına sahib olan rəsimlər olmamalıdır. Əks halda, müəllifin icazəsi, razılığı mütləqdir.
- Xəbərlərin mətni hazırlanarkən, elmi-ədəbi dildən istifadə olunması tövsiyyə olunur. Dialekt sözlərdən, senzuradan kənar – qeyri etik ifadələrdən, təhqir formalı fikirlərdən istifadə olunması qadağandır. Həmçinin xəbər mətnlərinin, “loru” dildə, ətrafdakılarla söhbəti xatırladan formada hazırlanmasına icazə verilmir. (xüsusi icazəli bölmələr istisna olmaqla)
- Xəbər hazırlamağa başlamazdan öncə, rubrikalara nəzər salmağınız tövsiyyə olunur. Daha az xəbər olan rubrika üçün hazırlanmış xəbərlər müvafiq olaraq daha tez yayımlanır. Ədəbi guşə, Fotoqalereya kimi bölmələr üçün hazırlanmış xəbərlərin müəllifləri adətən müəyyən vaxt gözləməli olurlar. Səbəb həmin bölmələr üçün çoxlu sayda xəbərlərin göndərilməsidir.
- Tərkib hissəsi yalnız video görüntüdən ibarət olan, heç bir məlumatı özündə əks etdirməyən xəbərlərin yayımlanması qadağandır! Eyni zamanda Mətbəx rubrikası üçün video görüntülü xəbərlər göndərilərkən, xəbərin mühüm detalları, reseptin tərkib hissələri və hazırlanma qaydası yazılı formada mütləq qeyd edilməlidir!
- Hazırlanan xəbərin mətnini ilk öncə Word mətn redaktorunda saxlayın. Qlobal şəbəkədə yarana biləcək nasazlıqlardan sığortalanmağınız üçün bu addımı atmağınız vacibdir.
5.4. Xəbərlərin hazırlanması zamanı yol verilmiş qayda pozuntularına görə, aşağıdakılar tətbiq olunur:
- Xəbərlər haqqında qaydaların 5.1. hissəsinə riyaət olunmadığı zaman müəlifə redaksiya üzvləri tərəfindən xəbərdarlıq edilməklə, hazırlanmış xəbər məlumat bazasından silinir. Əgər qeyd olunan qayda pozuntusu xəbər yayımlandıqdan sonra aşkarlanarsa, xəbər yayımdan çıxarılmaqla, xəbərdarlıq olmadan məlumat bazasından silinir. Eyni müəllif, eyni qayda pozuntusunu (5.1.) üç dəfə təkrar edərsə, həmin istifadəçinin hesabı üç ay müddətində dondurulur.
- Xəbərlər haqqında qaydaların 5.2. hissəsinə riayət olunmadığı zaman, müəllifə lazımı qaydada izahatla birlikdə xəbərdarlıq edilməklə, xəbər aidiyyatı üzrə rubrikada yerləşdirilir. Bu qayda pozuntusu üç dəfədən artıq təkrarlanarsa, müəllifin istifadəçi hesabı bir ay müddətində dondurulur.
- Xəbərlər haqqında qaydaların 5.3. hissəsində qeyd olunan mühüm qeydlərə riayət olunmadığı zaman, eyni zamanda səhvlər sonradan aşkarlanarsa, xəbər yayımdan çıxarılmaqla Ekspertlərin yoxlanışı üçün redaksiyaya göndərilir. Ekspertlərin verdiyi rəy əsasında xəbərlə bağlı növbəti addımlar qaydalar bölümünün 5.1 və ya 5.2 hissələrinə əsasən yerinə yetirilir.
5.5. Məqalələr saytda yayımlandığı andan etibarən, saytın, istifadəçilərin və ümumi statistikanın müəyyən olunmasında mühüm rol oynayır. Məhz bu səbəblərdən, məqalə müəlliflərinin daha sonradan yazının silinməsi ilə bağlı irad və xahişləri qəbul edilmir. Yalnız xüsusi hallarda(ciddi qayda pozuntuları və ya tutarlı sübut, səbəblər), müzakirələrdən sonra veriləcək qərarla məqalənin silinməsi mümkündür. Müəllifin silinmə istəyinə qarşılıq olaraq, yalnız müzakirələr üçün təyin edilmiş şərh sistemi ləğv edilə bilər.
5.6. Məqalələr saytın, layihənin əsas hissələrindən biri təşkil edir. Məhz bu səbəbdən, istifadəçilər tərəfindən göndərilmiş bütün məqalə, yazı və xəbərlər Redaksiya üzvlərinin (Redaktorlar) yoxlanışından, Baş redaktorun təsdiqindən sonra yayımlanır.
Qaydalardakı 5-ci bəndi oxuduqdan sonra şərhlərdə aşağıdakı suallara cavab yazın:
1. Saytımızda ilk xəbəriniz üçün mövzunu necə tapdınız?
2. Silinən xəbərlərinizin səbəbi nə idi?
3. Hazırda redaksiyaya göndərdiyiniz xəbərləri necə seçir və necə tapırsınız?
4. Daha çox hansı rubrika və bölməyə müraciət edirsiniz?
5. Sizə qaydalardan ən çox başa düşülməyən hansı qayda olub?
6. Gələcək xəbər müəlliflərinə arzularınız, təklifləriniz.
XƏBƏR LENTİ
Günün qoroskopu: yaşam arealınızı daha rahat edin
Uşaqlığınız yadınızdadır?
Kıvanç Tatlıtuğ xəstəxanalıq oldu-SƏBƏB
Valideynlərin diqqətinə: körpələrə vurulan peyvəndlər autizm yaradır?
Ermənilərə xəbərdarlıq edildi
Biz bunun gerçək olduğunu düşünmədik!
Sinələrin sallanma səbəbi
Humus (foto resept)
11 yaşlı Gövhər “Mücize 2” filmində rol alacaq
Minlərlə yeni iş yeri açılacaq
Zövqlü ziyafət çantaları
Android üçün olan WhatsApp-da mükəmməl funksiya
Ulduz cütlük koronavirusa yoluxdu
Sosu və Haru
Ağdam rayonunun işğalından 23 il ötür
Valideynlərin yol verdiyi səhvlər
Koronavirus artıq İtaliyadadır
Bakı Metropolitenində yenilik
Üz quruluşuna görə papaq seçimi
Dünyanın ən ağıllı ölkələrinin SİYAHISI
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi
Qadınlarda və kişilərdə cinsi istəyin azalma səbəbləri
Keçən il
Dünyanın o biri tərəfi...
Nazir qadınları təbrik etdi
Barak Obama Yeni ili Havay adalarında qeyd etdi-FOTO
Banandakı qan ləkəsi ilə bağlı analizlərin nəticəsi açıqlandı
Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
Fotosu Şekspir muzeyində saxlanılan azərbaycanlı - FOTO
Tez qırılan saçlar üçün maskalar
"Peşə təhsili haqqında" qanun qəbul oluna bilər
Azərbaycanda koronavirusa yoluxanların yaş qrupu açıqlandı - RƏSMİ
Burun əməliyyatından əvvəl nə etməli?
Matcha çayının faydaları
1-6 aylıq körpənin inkişaf cədvəli
Cəbhədə erməni hərbçilər öldürüldü
Hindistana getmək istəyənlərə ŞAD XƏBƏR
Şirinbiyan haqqında bilmədiklərimiz (2)
“İstanbullu gəlin” böyük UДћURA İMZA ATDI - FOTO
31 Avqust- Qubadlı
Yaraları sarınarkən “Can Qarabağ, ana yurdum” oxuyan əsgərimiz - VİDEO
Rəşid kimi olmayacaq...
Soyuq havanın dəriyə təsiri
XİN rəhbəri: “Danışıqlar yalnız Ermənistan və Azərbaycan arasında aparılacaq”
Gülşən çanta üstündə məhkəməlik oldu
Balalarımızın şirin sözləri
Kağız parçalarından hazırlanmış əl işləri
Ağ dərili model özünü qraltdı - FOTO
Ayrılıq ağrısının yaratdığı fiziki ağrılar
Soyuq havalarda uşaqları necə geyindirməli?
- ŞƏRHLƏR