Qadın.Net saytında hər şeydən, hər kəsdən danışılıb, tək saytın baş redaktoru Ceylan xanımdan başqa. Ceylan Mumoğlu 1976-cı ildə Azərbaycanda doğulub. İlk təhsilini Sümqayıt şəhəri 24 saylı orta məktəbdə alıb. 1997-ci ildə BDU-nun Tarix fakültəsini bitirib. 1997-2006-cı illərdə təhsili üzrə müxtəlif məktəblərdə tarix müəlliməsi kimi çalışıb. Ailə qurması ilə əlaqədar olaraq 2007-ci ildə Türkiyənin İstanbul şəhərinə köçüb. 2009-cu ildən Qadin.Net saytının rəhbər işçilərindən biri, baş redaktorudur.
Azərbaycan qadınının özünəməxsus imici var. Bu imic onu ömür boyu izləyir, istər ailədə, istər karyerada bütün sosial həyatına təsir edir - ya irəli aparır, ya geri... Bu imici korlamadan, ona zidd getmədən, onun boynumuza qoyduğu məsuliyyəti kiçiltmədən, yaratdığı buxov daxilində xəfifcə hərəkət edərək uğur qazanmaq, irəli getmək, özünü təsdiq etmək, stereotipləri qırmaq, gücünü kobud deyil, incə şəkildə göstərmək bu günün tələbidir. Bu tələbin öhdəsindən gəlmək hər qadının işi deyil. Çünki işgüzar qadın olmaq heç də asan deyil. Burada təhsil, peşəkarlıq, kollektivdə işləmək bacarığı və s. böyük rol oynayır. Bunlar əlbəttə, ümumi amillərdir, fərdi bacarıqdan da çox şey aslıdır. Hər işgüzar qadının özünəməxsus “sirləri” var. Bu yazıda mən bu qadınlardan biri və onun “sirləri” haqqında yazacağam.
Hər bir qadın kimi Ceylan xanımın da hədəfi bacarıqlı iş qadını olmazdan əvvəl gözəl ana olmaqdır. Bu öz yerində, lakin qayğıkeş ana, ləyaqətli qadın kimi insanlığın zinəti sayılan saf və ülvi dəyərləri parlaq xarakterində cəmləşdirən, sanballı araşdırmalar aparan Ceylan xanım 6 illik virtual dünya təcrübəsindən qaynaqlanan, bu dünyanın içində qazanıla bilinəcək böyük uğurlardan birini əldə etmişdir.
Bununla da Azərbaycan qadınlari ilə internet fəaliyyəti arasında sağlam körpü yaratmış, onların bilik və fəaliyyəti xəzinəsini daha da zənginləşdirməyə çalışmış və buna nail olmuşdur. Onun yorulmaz fəaliyyəti müasir evdar qadının internetdən istifadə anlayışına yeniliklər gətirmiş, onlara evdə kompüter arxasında oturaraq həm özünə, həm də cəmiyyətə faydalı olmağın yollarını öyrətmişdir. Saytın yaradıcılıqla məşğul olan xanımlarının bəzilərinin elektron kitablarının təşkili ideyası ilə onlara yeni stimul vermiş, özlərini lazımlı və dəyərli hiss etmələrinə şərait yaratmışıdr.
Ceylan xanım geniş yaradıcılıq potensialı ilə yanaşı, həm də təşkilatçılıq bacarığı ilə seçilir. Onun təşkilatçılığı və təşəbbüskarlığı sayəsində saytın xəbər bazası möhkəmlənmiş, mövzuların tədqiqat işlərinin miqyası genişlənmiş, onların nəzəri səviyyəsi yüksəlmişdir. Orijinal düşüncələri, hadisələrə özünəməxsus baxışı, tələbkarlığı və bir o qədər də qayğıkeşliyi onun baş redaktor portretinin ayrılmaz cizgiləridir. Bununla yanaşı, maraqlı qələm sahibi olan Ceylan xanım bir çox saytın köşəsini öz dəyərli yazıları ilə bəzəyir. Qələmə aldığı məqalələr özünün orijinallığı, mövzu müxtəlifliyi və aktuallığı, ensiklopedik səciyyə daşıyaraq bir sıra mətləblərə işıq salması, bir sözlə, yüksək sanbalı ilə diqqəti çəkir. Baş redaktor özünü həm də tərcümə sahəsində sınamış, hərtərəfli işə yarayacaq məlumatların bir sıra nümunələrini dilimizə çevirmişdir. Bu tərcümələri ilə tanışlıq göstərir ki, Ceylan xanım bu işin də incəliklərinə dərindən bələd olmuş, tərcümələrində yüksək poetik ruhu, orijinal dəst-xətti, məna və məzmunu qoruyub saxlaya bilmişdir
Virtual əməkdaşlarını seçmək baxımından püxtələşmiş Ceylan xanım vaxtının hamısını heç də bu işə həsr etmir. Nə qədər gərgin, diqqət və vaxt tələb edən işlə məşğul olsa da, yeni-yeni biliklər əldə etməyi, hər gün yeni məlumatlarla tanış olmağı, müxtəlif mövzularda maraqlı kitablarlı oxuyub dostlarına tövsiyyə etməyi də unutmur. “Hər gün yeni bir şey öyrənməsəm, özümü yaşamış hiss etmərəm” – deyir. Ətrafına “silahdaşlarını” seçərkən onlarda öz xasiyyətindən nəsə axtarır, belə ki, ilk öncə seçdiyi insanlarda dürüstlük, xeyirxahlıq, səmimilik, zəhmətkeşlik, etibarlılıq kimi xüsusiyyətlərə üstünlük verir. Ən əsası, ünsiyyət qurduğu insanlarda İNSANİ xüsusiyyətləri axtarır və əgər onu tapırsa, deməli, onu komandaya almağa dəyər.
Baş redaktorun özünəməxsus tədqiqatçılıq məharəti də var. Müxtəlif saytlardan araşdırmalar edərək xanımlarımız üçün lazımi məlumatları toplayıb onlara təqdim edən baş redaktor ictimai həyatdakı fəallığı ilə də həmişə ucalmış, ümdə insani keyfiyyətləri ilə vəhdət təşkil etmiş, bununla da çoxlarının sevimlisinə çevrilmişdir. Gözəllik, dərin zəka, əməksevərlik, mehribanlıq, qayğıkeşlik, həssaslıq, səmimiyyət, xeyirxahlıq, yüksək əxlaq - bütün bunlar Ceylan xanıma xas olan keyfiyyətlərin toplumunu təşkil edir. Bütün varlığı ilə milli kökə, xalqa bağlı şəxsiyyət olaraq, bütün fəaliyyətində xanımların, gənclərin maariflənməsi, milli yaddaşın qorunması, tərəqqiyə doğru irəliləməsi kimi nəcib niyyətlər daim özünü qabarıq göstərmişdir.
Ceylan xanım dinləməyi bacarır. Yaşından, cinsindən, mövzudan, statusundan aslı olmayaraq onunla danışmaq, dərdini bölüşmək, məsləhət almaq istəyən hər kəsi səbrlə, həvəslə dinləyir, həyat təcrübəsindən qaynaqlanan dəyərli məsləhətlərini əsirgəmir. Müsahibi ilə uzun müddətli dost olmasının və ya yeni tanış olmasının fərqi yoxdur, o, insanlarda inam yaradır. Özünün də dediyi kimi, səbrlə dinləmək bacarığı Tanrının ona verdiyi hədiyyədir.
Ceylan xanımın iş üsulu onun xarakterinin göstəricisidir. Baş redaktor kimi üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətin öhdəsindən gəlmək, hər kəslə onun dilində danışmaq böyük hünər tələb edir. Bunun üçün bir az da gözüaçıq, dünyagörüşlü olmaq lazımdır. Belə ki, baş redaktor hər gün onlarla istifadəçi ilə danışmalı olur, bu özü böyük psixi gərginlik yaradır, böyük diqqət tələb edir. Eyni zamanda efirə gedən bütün xəbərlərə xüsusi nəzarət edilir ki, yanlışlıq olmasın. Bununla yanaşı, hər gün redaksiyaya reytinq məqsədli müxtəlif xəbərlər daxil olur. Bu xəbərlərin içində heç ortalığa çıxası olmayanı da var, ortababı da, lazımsızı da. Sayt qaydalarına uyğun görülmədikdə həmin xəbərlər silinməli olur. Bu da xəbərin müəllifi olan istifadəçiyə psixoloji cəhətdən mənfi təsir bağışlayır. Bunun qarşısını almaq üçün baş redaktor zaman ayırıb həmin istifadəçi ilə söhbət edir, ona alternativ xəbər hazırlamağı təklif edir, hətta tərcümə etməsi üçün ona xəbər mətni də verir. Bu yolla onun incikliyinin qarşısı alınmış olur, istifadəçi yeni fəaliyyətə həvəsləndirilir. Baş redaktor bütün bunlara məcbur olmasa da bu, onun daxilindən gələn gözəl şəxsi keyfiyyətidir. Kollektivdə işləməyin əsas prinsipi kimi ümumi maraqlar, ideyalar və tələbatları önə sürən Ceylan xanım həmişə her şeyin doğru həll olunmasına üstünlük verir.
Ceylan xanım sübut etdi ki, uğur qazanmağı qarşısına məqsəd qoyan qadın bunu ailə daxilində, məişət işləri ilə birlikdə də edə bilər. Onun ən böyük hədəf isə layihəni, saytı beynəlxalq saytlar sırasında görməkdir.
Bizə isə Ceylan xanıma sadəcə uğurlar diləmək düşür. Amma təbii ki, belə bir sual verməkdən özümü saxlaya bilmirəm: o bunu necə bacarır?
XƏBƏR LENTİ
Hava necə olacaq?
Leyla Əliyeva Fransa prezidenti ilə görüşüb
Cəbhədə erməni təxribatı davam edir
Dəbli ayaqqabılar
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Yenidən "Hercai"yə qayıtdı
XII Nar festivalından MARAQLI FOTOLAR
Ufoloqlar Antarktikada UFO aşkar etdilər-FOTO
Elvis Presli əfsanəsi geri qayıdır
Kartoflu rus salatı (foto-resept)
Distant təhsil alan şagirdlərin onurğasını belə qoruyun
Hava haqqında
Toyuq ətindən kabab (foto resept)
Sümük əriməsi boy qısalmasına səbəb ola bilər!
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
Rusiyadan Xəzər dənizi ilə bağlı yeni qərar
Cazibədar xanımlar üçün üzüklər
Noxudlu burger (foto resept)
Vandamın qızının şəklini görənlər: "Atasının qızıdır"
Ölkələr koronavirusun ikinci dalğası ilə əlaqədar ərzaq ehtiyatı toplamağa başladılar
Birlikdə öyrənək
Günün ulduz falı
Terrorçulardan Qərbə xəbərdarlıq
İrina Şeyk yeni sevgilisini təbrik etdi
Yaponlardan SAQQAL QADAДћASI
İranın Şərqi Azərbaycan vilayətində tufan baş verib
Hansı bürcün qadınısınız?
Gəlinciyi gəlinliyə dəyişdirilənlər
Bakılı məzun Afrikada İslamı qadağan elədi
Əmzik
"Xocalıya ədalət" kampaniyası Koreyada
National Geographic foto müsabiqəsi-1
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Orta aylıq pensiya 350 manata çatdırılacaq - RƏSMİ
Folqa kağızından interyer
Pəhrizi pozmağa səbəb olan anlar
Ancelina Coli uzun müddətdən sonra İLK DƏFƏ-FOTO
Dinozavrların ən böyük məskəni
Sehirli uşaq kostyumları
File dolması (foto resept)
Toxluq hissi yaradan avokado pəhrizi
Əhaliyə xəbərdarlıq
Məşhur aktrisadan Gözlənilməz Addım
Şamaxı Rəsədxanası: Azərbaycanda maqnit qasırğası hiss olunub və ürək-damar xəstəlikləri olan insanlara təsir edib
Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir
"Maşa və Ayının Şərqdə yeni il sərgüzəştləri" artıq Bakıda
"Tropik həzzi" tortu (foto resept)
HAVA xəbərdarlığı
İlham Əliyev ali hərbi rütbələr verdi - SİYAHI
Türkiyədə matəm elanı
- ŞƏRHLƏR