
Azvision.az yazır ki, yüksək vəzifə sahibləri ilə bağlı məlumatların hər zaman ictimai kəsimin marağını cəlb etdiyini nəzərə alıb nazirlər arasında alimlik dərəcələrinə sahib olanları araşdırdıq.
Maraqlıdır, kim hansı elmi dərəcə daşıyır?
Azərbaycan Tibb İnstitutunu bitirən səhiyyə naziri Oqtay Şirəliyev namizədlik və doktorluq dissertasiyalarını Moskvada müdafiə edib. O.Şirəliyev professor, tibb elmləri doktorudur.
Ölkənin xarici siyasətini aparan Elmar Məmmədyarov 1977-1982-ci illərdə Kiyev Dövlət Universiteti, Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq bölməsində təhsil alıb. Xarici işlər naziri Elmar Məmmədyarov Xarici İşlər Nazirliyinin Diplomatik akademiyasının tarix elmləri namizədidir.
Maliyyə naziri Samir Şərifov 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib. Nazir təhsilin magistr dərəcəsi ilə kifayətlənib.
Təhsil Naziri Mikayıl Cabbarov 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcələri alıb.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsində təhsil alıb. O, 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb. Həmkarlarından fərqli olaraq onun heç bir elmi dərəcəsi yoxdur.
Nəqliyyat naziri Ziya Məmmədov da ali təhsillidir. Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirən Ziya Məmmədov Beynəlxalq Nəqliyyat Akademiyasının Həqiqi üzvüdür.
Elmi dərəcəsi olan məmurlar sırasında yer alan daha bir nazirimiz isə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovdur. O, 1981-ci ildə mikroelektronika sahəsində dissertasiya müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsi alıb. 1993-cü ildə “İnformasiya emalı və idarəetmə sistemləri” ixtisası üzrə disertasiya müdafiə edib və texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.
Nazir 1996-cı ildə informatika sahəsində professor elmi adını alıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də elmi titullu nazirlərdəndir. O, 1992-ci ilin yanvar ayında “1918-1930-cu illərdə - Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb.
Energetika naziri Natiq Əliyevin də alimlik dərəcəsi var.
1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil almış Natiq Əliyev 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədidir. O, böyük elmi işçi vəzifəsində işləyib. N.Əliyevin 100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc olunub, o, Beynəlxalq Şərq Neft Akademiyasının akademikidir. Nazir 2008-ci ildən iqtisad elmlər doktorudur. N.Əliyev 2008-ci ildə Beynəlxalq Mühəndislik Akdemiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvi seçilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 18 noyabr 2009-cu il tarixli qərarı ilə N.Əliyev Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvüdür.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov da alimlik dərəcəsinə malik olan məmurlar sırasındadır. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirən Hüseynqulu müəllim 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. 1996-cı ildə Nyu-York şəhərində Maunt Sent Vinsent kollecinin dil kurslarını bitirib. 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Fulbrayt Assosiasiyasının təqaüdü ilə mükafatlandırılıb və İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni zamanda, Universitetin Dil Mərkəzində təhsil alıb. 1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb.
Hazırda kənd təssərrüfatı naziri olan Heydər Əsədov 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib. 1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb. 1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.
Fövqalədə hallar naziri Kəmaləddin Heydərov 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib. Azərbaycan Universitetində ikinci ali təhsil alıb. Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlayıb, texnik və geoloq vəzifələrində çalışıb. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-ci ilin fevral ayında Azərbaycan Respublikası fövqalədə hallar naziri vəzifəsinə təyin edilib. Onun elmi dərəcəsi isə yoxdur.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Platform ayaqqabılar
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək? - Rəsmi cavab
Cəbhədə atəş səsləri səngiyib
Günün ulduz falı - 13.08.2013
Bəy-gəlin maska taxacaq - TOYLARLA BAĞLI YENİ QAYDALAR
Məhərrəmlik ayına hazırlıq
İmtahan nəticələri AÇIQLANDI - 7 nəfər 700 BAL YIДћDI
"Futbol topu" salatı (foto resept)
ŞAD XƏBƏR: Minimum əməkhaqqı ARTIRILIR
"Neftçi" AFFA-nı ittiham edir: "İntizam Komitəsinin son qərarı, həqiqətən, gülməlidir"
Məhəbbətin tipləri
Uzunömürlü olmaq istəyənlərə xəbər var
Koronavirusa yoluxmuş daha 547 nəfər sağaldı, 7 nəfər öldü
Erməni silahı susmur
Misir yeni konstitusiya üzrə referendum keçirməyi planlaşdırır
Çinin bütün əyalətləri virusa təslim oldu
Asfalt üzərində 3D şəkillər
Məcburi köçkünlərin torpaqlarına qayıtması könüllülük əsasında aparılacaq - RƏSMİ
Emily Ratajkovskinin paylaşımı diqqət çəkdi-FOTO
İnvestorlar Qarabağdan qaçırlar
Hande Yenerin bu FOTOsu TƏƏCCÜBLƏNDİRDİ
Məşhurların uşaqlıq şəkilləri
“WhatsApp”da YENİLİK!
Mübariz Mənsimov QƏRAR VERDİ - "Xəzər Lənkəran" fəaliyyətini dayandırdı
Bu ölkədə vizasız YAŞAYA BİLƏCƏKLƏR
Manat yeni "iş" yerləri açdı
Ağ evdə "erməni soyqırımı"nı "əks etdirən" xalça sərgilənməyə başladı
Fərizənin anası:"Hələ də ürəyim əzilir"
Halit Bergüzarın göz yaşlarından danışdı
Limonlu keks (foto resept)
Bu müsəlman qız Fransa prezidenti ola bilər
Karamel (foto-resept)
"Burning Man" ən çılğın festival
Hülya Avşar FOTOsu ilə diqqət çəkdi
Bu gün buraxılış imtahanları keçirilir
Nazirlikdən qar AÇIQLAMASI
Azərbaycan tarixindən yüz şəxsiyyət-80
Ətir hazırlayaq
Məktəbli formaları ilə bağlı XƏBƏRDARLIQ
Nağıl qəhrəmanı olmaq üçün sərvət xərclədi - FOTO
YouTube yalan məlumatlarla mübarizə aparır
Mehriban Əliyeva Türkiyəyə təşəkkür etdi - FOTO
Bəzəkli salatlar
Yeni il ağacını necə bəzəməli?
Azərbaycanda bir kəndin bütün sakinləri koronavirus yoxlamasından keçdi - VİDEO
Məktəbli uşaqlar mobil telefonlardan istifadə etməlidirlərmi?
Qarabağda erməni komandir güllələndi
Bədən qulluq üçün evdə hazırlaya biləcəyiniz 3 pilinq
Böhran haqqında hər şey!
Hava haqqında - 18.02.2014















- ŞƏRHLƏR