MAYA EL (Sapfir)
Əvvəlcə hər birinizə təşəkkür edirəm, xəbərimdə iştirak etdiyiniz üçün.
Normal olaraq mənim də mənfi və müsbət cəhətlərim var. Mənfi cəhətim hər xırda bir şey üstündə ağlayıram. Haqlı da olsam daima özümü haqsız bilirəm, bu da məni rahat yaşamağa qoymur çox vaxt. Həddən artıq kompleksliyəm. Son zamanlar dəyişməyə çalışıram. Görüm alınacaqmı? Hər bir şeyi böyütmürəm, susmağı bacarırıam, lakin səbrimin daşdığı zaman xırda bir şey üstündə özümdən çıxıram. Sonra utanıram özüm-özümdən ki, axı sən nələrə dözməmisən? Nə üçün belə etdin
Mənfilərim çoxdur, tək onu bilirəm ki, dilimin acılığı həqiqəti sevməyimdən irəli gəlir.
Müsbət cəhətim övladlarıma qayğıkeş anayam, hər zaman arxalarında dayanıram, onları müdafiə etməkdən utanmıram. Əgər söhbət balalarımdan gedirsə, böyük-kiçiyə baxmıram, onlara kimsə söz deyəndə, acıqlananda canavara dönürəm. Onları müdafiə edirəm, onlara gələcəkdə heç kimdən qorxmamaqları üçün ümid verirəm. Hər zaman onlarla olacağıma, müdafiə edəcəyimə, əllərindən tutub doğru yola aparacağıma söz vermişəm. Əlbəttə ki, Allahın izni ilə...
ARiEL_ViViAN(SaMiRə) (Zümrüd)
Mənim mənfi və müsbət cəhətlərim. Mənim də digər insanlar kimi yaxşı və pis cəhətlərim var. Öncə mənfi cəhətlərimi sayim. Hər şeydən iyrənirəm, çox tərsəm, kinliyəm. Mənə edilən pisliyi gec-tez o insana qaytarıram, tez əsəbləşirəm...
Keçək müsbət cəhətlərimə. Səliqəliyəm, zövqlüyəm, əl qabiliyyətlərim var.(Bijuteriya, suvenir, səbətlər düzəldə bilirəm, vizajı, manikürü, iynə vurmağı bacarıram.) Gözəl şirniyyatlar, dadlı yeməklər bişirməyi bacarıram. Hələ yaşımın 25 olmasına baxmayaraq əsl evdar qadınam. Bilmədiyim hər bir şeylə maraqlanıram və bilmək üçün səylə çalışıram.
Mənim mənfi cəhətim odur ki, hər kəsə inanıram, hər kəs tez aldada bilir məni. Müsbət cəhətim qeybət etmirəm, kimə sözüm var üzünə deyirəm. Kin saxlamıram, ilan kimiyəm, toxunmasalar öz işimdəyəm, toxunsalar, bax o zaman məhv edərəm həmən şəxsi.
angell75 (İstifadəçi)
Mənim mənfi cəhətim əkizlər bürcünə xas olan xarakter- qərarsızlığımdır. Hər şeydə tərəddüd edirəm, sözü üzə deyirəm. Bir də utancağam, ünsiyyət qurmaqda çətinlik çəkirəm. İlk addımı qarşı tərəfdən gözləyirəm, ancaq ilk addım atıldıqdan sonra mənim müsbət cəhətlərim üzə çıxır.
Müsbət cəhətlərim isə ailəcanlıyam, dostluqda sədaqətliyəm, əlimdən gəldiyi qədər məndən kömək istəyənlərə köməklik göstərməyə çalışıram. Səbrli və şükr etməyi bacaran bir insanam.
Sevinc,babayeva (İstifadəçi)
Mənim mənfi cəhətlərim: küsəyənəm, tez inciyirəm, tez də barışıram. Kimsə mənim qəlbimi qıranda cox pis oluram. Səbirsizəm, insanlara tez inanıram və buna görə də hər zaman yanılmışam . Müsbət cəhətlərim: Mehribanam, hər kəslə yola gedirəm, gülməyi çox sevirəm, bizə qonaq gələndə kimliyindən aslı olmayaraq çox sevinirəm, eyni zamanda qonaq getməyi də sevirəm. Ən əsası səmimi və dürüst biriyəm.
nura84 (İstifadəçi)
Mənim mənfi cəhətlərim: Tez hirslənirəm, hirslənərkən ağlayıram, tutuluram. Günahsız ola -ola günahkar kimi görünürəm. Heç vaxt sözümü deyə bilmirəm. Fikirləşirəm ki, dalaşdığım adamın xətrinə dəyər. Çox ürəyi yumşağam, bundan da istifadə edirlər. Hamıya inanıram, ürəyimi açıram , ürəyimi açdığım adamın üzü dönən kimi sözlərimi özümə qarşı istifadə edir. Tez küsənəm. Müsbət cəhətim: Kollektivə tez uyğunlaşıram. Araşdırıb sonra qərar verirəm. Heç kəsin xətrinə dəymək istəmirəm (yoldaşım da buna görə məni tez-tez danlayır) Adamın özü haqqında yazmağı bir az çətindir.
hebibe sultanli (İstifadəçi)
Mən özümə görə sakitəm, qəti özümdən razı deyiləm, özündənrazı olmağı da xoşlamıram. Özündən razı insanları sevmirəm. Nə qədər gözəl olursa olsun, yenə də özünü öyməməlidir, çünki gözəl sandığınız insanda da bir çirkinlik var. Kitab oxumağı, rəqs etməyi sevirəm. Namaz qılmıram, amma dinə dəhşət dərəcədə meyilliyəm.
Meryem Sahveledova (İstifadəçi)
Mənim müsbət cəhətim odur ki, hər kəsə tez inanıram, güvənirəm, amma sonra bəzilərinin iki üzünü görürəm, onda da çox gec olur. Mənfi cəhətim isə səbirsizəm, çox qısqanc biriyəm. Tək sevgidə yox, mənə yaxın olan hər kəsə qarşı qısqancam. Hətta bir gün rəfiqəm mənim yanımda başqası ilə danışdığı üçün ondan küsmüşdüm.
Gulay Eliyeva (İstifadəçi)
Mənfi cəhətlərim: kinli deyiləm, hər şeyə tez inanıram, küsəyənəm, hər şeyə tez pis oluram, sulu gözlüyəm. Müsbət cəhətim: ünsiyyət qurmağı sevirəm,i nsanlara yaxşılıq etməyi sevirəm, əlimdən gələni edirəm, paxıllığım yoxdur, sirr saxlayanam. Ona görə də dostlarım çoxdu.
Nermin Nebibeyli (İstifadəçi)
Mənim mənfi xüsusiyyətim- 1 şeyi beynimdə hədinnən artıq çox götür-qoy edirəm. Bilirəm ki, həyatda ideal 1 şey yoxdur, amma mən həmişə hər şeydə ,hər kəsdə ideallıq axtarıram və bunun üçün çox vaxt özümü tənqid edirəm..
Həmişə olmasa da çox vaxt insanların xarici görünüşünə aldanıram, insanları tanımaqda çətinlik çəkirəm... Müsbət cəhətlərim- çox ünsiyyətciləm, hər cür insanla dil tapa bilirəm. Daima yeniliklər axtarışındayam, eyni vaxtda hər şey etmək, öyrənmək istəyirəm. Özümü hər şeydə sınamaq istəyirəm. Bəlkə də buna görə həm oxuyuram, həm işləyirəm, həm kitab yazıram, həm musiqi ilə məşğul oluram. Bir sözlə, maraq dairəmi genişləndirirəm hər zaman. Dostluqda çox sadiqəm, yaxşı sirrdaşam, həqiqət acı olsa da, deyirəm. Yaxşı-pis, nəyim varsa Allahıma şükür edirəm hər şey üçün. Bu qədər... mənim haqqımda oxuyanlara əvvəlcədən təşəkkür edirəm.
N.(SaTuOr) (İstifadəçi)
Hər bir insanın mənfi və müsbət cəhətləri var. Çünki ideal insan yoxdur, heç mən də ideal deyiləm. Ən yaxşısı bu cəhətləri kənardan sənin haqqında səni tanıyan insanların deməsidir. Mənfi cəhətim- çox qısqancam, mənim olanı heç kimlə bölüşə bilmirəm, fərqi yoxdur balalarım, yoldaşım, rəfiqələrim. Əsəbiyəm, hər şeyi çox fikirləşənəm, ürəyimə salıram, ağlıma pis şeylər gəlir. Doğmalarımın biri evə gec gələn kimi deyirəm görəsən nə oldu? Bax bu xasiyyətimi tərgidə bilmirəm. Tez küsənəm, söz xətrimə dəyəndə ağlayıram. Müsbət cəhətim-ailəcanlı, şən, ünsiyyətcil, dostlarıma sadiq qalıram,(məni axtarmasalar belə mən onları axtarıram), kinli deyiləm.
Rojda (İstifadəçi)
Mənim yaxşı cəhətim, odur ki, dürüstəm, əli açığam, qürurluyam, deyib gülənəm, haqsızlığa dözmürəm və s. Pis cəhətim də odur ki, tez əsəbləşirəm, dalaşıram. Onu da qeyd edim ki, dalaşmaqdan qorxmuram, əsəbləşəndə gözüm heç kimi görmür.
Son
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR