19-cu əsrdə yaşamış Ann Syuell İngiltərəmin Norflok qəsəbəsində dünyaya gəlib və sonradan ailəsi ilə birlikdə Londona köçüb. O on dörd yaşında sinir sisteminə bağlı əzələ iflici keçirir və ömrünün sonundək bu xəstəliklə yaşayır. Yazıçı səyahət etməyi sevdiyi üçün ailəsi ona kiçik fayton təsis edir. Bu sayədə Syuell yatağa bağlı qalmaqdan xilas olur. Başqa sözlə desək, atlar onun ayaqları olur...
Bəzi kitablar vardır ki, uşaqlıqdan bəri bildiyin, öyrəndiyin dəyərləri, düşüncələri möhkəmləndirər, gücləndirər. Bəziləri də var ki, səni bildiyin şeylərə başqasının gözü ilə baxmağa sövq edər. Bu kitab mənim üçün ikincilərdən oldu...
Nə vaxtsa hansınızsa bunları düşünübsünüzmü? Atların hisslərinin olduğunu, ağrıdıqlarını, yorulduqlarını, qayışa, gözlüyə, qamçıya nifrət etdiklərini ağlınızdan keçiribsinizmi?
Bu kitabda biz Qara Köhlənin diliylə bütün atların çəkdiyi əzab-əziyyətlərə şahid oluruq. Ağıllı, həlim və xoşxasiyyət bir at olan Qara Köhlən çox yerlər gəzir, yaxş ya da pis müxtəlif insanlarla qarşılaşır. Getdiyi əksər yerlərdə insanların heyvanlara qarşı zorakılığına şahid olur.
Biz insanlar ətrafımızdakı canlıları şəxsi əşyamız və ya malımız kimi qəbul edirik.
Bu sətirləri içim ürpərərək oxudum. Heyvanların bu cür istismarını onların dili ilə oxumaq ürək ağrıdıcı idi. Atların başlarına qayış, gözlərinə gözlük bağlanması, qamçılanması insan övladının hələ də vəhşi olduğuna dəlalət edir. Və acınacaqlısı da odur ki, bu sadaladıqlarımın hamısı insanlar üçün sıradan və normal şeylərdir. Hətta bu qrupda da belə, bu yazını oxuyub " Hə, nə olsun, atdı da. Ata qamçı vurarlar. Bu qədər şişirtməyin" şəklində düşünənlər olacaq. Amma əgər siz bu kitabı oxusanız, onların dünyasına boylansanız necə əziyyyət çəkdiklərini anlayacaqsınız. Başa düşəcəksiniz ki, heç bir at bizə xidmət etmək üçün yaranmayıb.
Kitabın toxunduğu həssas nüanslar indiki kitab sektorunda ehtiyac duyulan mövzulardan biridir. Bu baxından 3 alma nəşriyyatını təbrik etmək olar. Sırf uşaq ədəbiyyatı üçün çalışan nəşriyatlar mənim üçün həmişə bir addım öndədir. Orjinal adı "Black Beaty" olan "Qara Köhlən " uşaqlar üçün olduqca əhəmiyyətli əsərlərdəndir. Bu kitabı uşaqlara oxutdurmalı, onlarda canlılara qarşı fərqindəlik yaratmalıyıq ki, bəlkə gələcəkdə heyvanların istismarına son qoya bilək. Axıcı hekayəsi, rəvan dili ilə heç yormadı bu kitab məni. Tərcüməsi də uğurludur. Bu mənada uşaqlarınız üçün əla seçimdir deyə bilərəm. Kitab əsasında çəkilmiş cizgi filmi də var. Arzu etsəniz izləyə bilərsiniz.
Ürəyində canlılara qarşı azacıq da olsa, qayğı, mərhəmət və sevgi olan hər kəs əminəm ki, bu kitabı təsirlənmədən bitirə bilməz. Heç bir canlının istismar olunmadığı bir dünya diləyi ilə hər kəsə xoş mütaliələr!
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR