Ədəbiyyatla məşğul olmaq həyatla çarpışmaq kimidir. Beynin o qədər mətnin konstruksiyalarına yüklənir ki, həyatdakı hadisələri də mətn tezlikləri kimi görürsən. Həmişə başlanğıclar maraqlı və cəlbedici, davamlar əksərən darıxdırıcı olur, gözləntilər isə finalların boynuna düşür.
Yazı sənətinin matrisasını anlamaq gündəlik yaşantıda rastlaşdığımız və bir-birini təkrarlayan yüzlərlə hadisələrin artıq köhnəlməsinin fərqinə varmağa gətirib çıxarır.
Münasibətlərdə yeni heç nəyə rast gəlməyəndə həyat öz ecazkarlığını itirməyə doğru yönəlir. Bəlkə də ədəbiyyat tarixində bəzi tanınmış isimlərin intiharına yol açan səbəblərdən biri də budur. Ümumilikdə sənət həyatı incələməyi öz boynuna götürüb bunu missiya halına gətirəndə “Həyat və şəxsiyyət”in uzlaşma problemi ortaya çıxır. Sanki, həyat onu sorğulamağa çalışan şəxsiyyətlə tərs mütənasib addımlayır; şəxsiyyətin uğuru artdıqca həyat uğursuzlaşır və ya əksinə.
Hər iki halda aradakı qopma və düşmənçilik mövqeyi dərinləşir. Bu mövzuda dahilərdən onlarca fikir misal çəkmək olar, lakin bu yanaşmaların hamısında xəfif sezilən bir məsələ də gözə çarpmaqdadır: sanki sənətçi əlinə keçən istənilən vasitə ilə həyata qalib gəlmək, onu daha effektiv hala gətirmək üçün bütünlüklə eqosunu səfərbərliyə cəlb edir. Şəxsən, əvvəllər, məsələn, nəzm klassiklərimizin poemalarının ön hissəsindəki özünütərif cəhdləri mənə təvazökarlıqdan kənar təsiri bağışlayırdı. Düşünürdüm ki, əgər görülən iş həqiqətən dahiyanədirsə, onu niyə əlavə təriflə şişirtmək istəsinlər? Amma sonradan beynim bu aləmdə irəlilədikcə anlamağa başladım ki, məsələyə tamamilə səthi yanaşmışam. Bunlar heç də şəxsiyyətin cəmiyyət üzərindəki üstünlüyü yox, sadəcə, yuxarıda qeyd etdiyim mübarizənin görünən tərəflərindən biridir.
Ədəbiyyatı həyatdan ayrı bir nəsnə kimi görənləri bu məsələyə aid edə bilmirəm. Onlar üçün ədəbiyyat yalnız bəlli qaydaları olan bir oyundur. Onları məşğul olmadıqları ədəbi cərəyanlar narahat edir, həmişə də bu mövzuda özpərəstliyə qapılırlar. Məsələn, dəfələrlə realistlərin fantastik-qurğu romanlarına, postmodernistlərin strukturalist və ya romantist mətnlərə ironiyalı münasibətilə qarşılaşmışam. Əlbəttə ki, burada da bir eqo problemi var, lakin bu, bayaq bəhs etdiyim “yüksəkçaplı” və ya sənət yaradan eqo yox, hansısa təəssübkeşliyə xidmət edəndir. Onlar yalnız ədəbiyyata nə vaxt və necə daxil ola bilmələri uğrunda yarışırlar, ədəbiyyatı bir həqiqi dünya kimi öz içində görmək fikrindən uzaqdırlar. Ümumiyyətlə, sənətkarın sənətlə arasında olan sərhəd məsələsini heç vaxt ciddiyə ala bilmirəm. Mənə görə, sənətlə sənətkar bir vahidin təzahürləridir, nəinki ayrı dünyaların görüşmə təəssübkeşləri. Onları birləşdirən və ayıran səbəblər də öz daxillərindən doğur.
İndi, əsasən, xarici mətbuatda ara-sıra rast gəlinən fikirlərə görə, tez-tez dünya oxucusu belə bir dilemma qarşısında qalır: Daniel Defonun Robinzon Kruzosu ilə Endi Uirin Mark Uotnisi ayrı-ayrı dərddədirlər. Sanki, Kruzonun bütün hərəkət və münasibətləri, reaksiya və tədbirləri tam öyrənildi, daha bu gündən bizi Marsda sağ qalmağa çalışan Uotninin davranışları narahat etməlidir. Sanki, məlum qurğu diqqətimizi daha ayrı həyat formalarının vacibliyinə yönəldir.
Mənə görə, bu yanaşma kökündən yanlışdır. Hətta, bir az da diqqətlə baxsaq, ortada dilemma filan da yoxdur. İki ildən artıqdır ki, dünyada çox satılan və motivləri əsasında film çəkilən bu roman, sadəcə, Cek Londonun “Həyat eşqi” hekayəsinin uğurlu və məxsusi yanaşmalı bir surətidir. Guya, kim qeyd edilən hekayədəki hadisənin bütün təfərrüatına varıb tamamilə real əsaslara söykəndiyi mövzusunda əmniyyətə sahibdir ki? Hər iki əsər müəllifin həyata əsaslanan təfəkkürünün məhsuludur. Hər iki əsərin mahiyyəti eynidir (təbiətlə mübarizədən sağ çıxan insan), lakin bizə fərqli ədəbi cərəyanlar bəxş edən məhz onları fərqləndirən nəfəslərdir.
Dünyada yaşayan insanın sayı qədər fikrin də mövcudluğu düşüncəsilə razılaşsaq, niyə ədəbiyyatda da eyni sözü deyə bilmərik ki? Ədəbi cərəyanlar ədəbiyyatın başqa-başqa dili deyil, sadəcə, ləhcələridir və bu müxtəliflik yalnız həyatın müxtəlif qavrama tipləri kimi qəbul olunmalıdır. Mən buna inanıram: Bokaçço və Servantes də, Hüqo və Zolya da, Vern və Zamyatin də, Kamyu və Kafka da, Borxes və Perek də, hətta, De Sad və Lessinq də yaşadıqları həyatın ən həqiqi modelini təklif etdiklərinə inanırdılar. Beləliklə də, özlərini “həyat və şəxsiyyət” qarşıdurmasının tam mərkəzində taparaq, gözə görünən və görünməyən, ağılla dərk edilən və hisslə qavranılan həyat təzahürlərinin əbədi yolçusu olduqlarını sübuta yetirdilər.
Səbuhi Şahmursoy
XƏBƏR LENTİ
SMS icazə olmadan evi tərk edənlər cəzalandırılacaq - RƏSMİ
Siqaret yaddaş itkisinə səbəb olur
Avro tarixi minimumu yeniləyib
Tramp: “Bayden heç vaxt 80 milyon səs toplamayıb”
HAVA necə olacaq?
"Qremmi"yə namizədlər açıqlandı
Baş daşı ilə şəhəri gəzdi-FOTO
Bu rayonlarda şagirdlər dərsə gedə bilmədilər
Bakı dəmir yolu vağzalı köçürüləcək
Hindusların Divalisi başlandı
Düyülü və pendirli toyuq şorbası
Oksigen 5 saniyə olmasaydı nələr baş verərdi?
Avtobuslarda kart sisteminin tətbiqinə başlandı
Bu serial da Reytinq qurbanı oldu
İcazə sistemi ilə bağlı yeni funksiyalar yaradılıb - VİDEO
Bu gecə də həyəcan olacaq
Sabahın HAVAsı
Dolça və Balıq bürcü uyğunluğu
Tuş
"Asan İmza" mobil elektron imza xidməti
Hava cənub bölgəsinə qənim kəsildi
18-ci toy il dönümünü bu cür qeyd etdilər-FOTO
Rihanna 5 milyon bağışladı
Kakaolu türk paxlavası (foto resept)
Tanınmış qadınların simasında gəlincik
Fitness testi
Balqabaqlı sıyıq(foto resept)
Kələm salatı (foto resept)
Hamamdakı böyük təhlükə
2017-nin ən yaxşı şəkilləri
Plastik əməliyyata 50 min xərclədi- ŞOK NƏTİCƏ
Polşa prezidenti koronavirusa yoluxdu
Şuşa qalasında böyük ölçülü Azərbaycan bayrağı - FOTO
"ATƏT MQ Qarabağ münaqişəsi tərəfləri arasında dialoqun davam etdirilməsində maraqlıdır"
Çörək çəkini artırırmı?
Eyvan dekorasiyası
Bu gün həmin yoldan keçməyin
Yeni ildə tətil qiymətləri neçəyədir?
HAVA necə olacaq?
Qeyri-adi corab növləri
Türkiyə pilotsuz təyyarələr üçün mühərriklər istehsal edəcək
"Barselona"da yeni baş məşqçi
Qidanı necə həzm edirik?
Mülki əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilib - VİDEO
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi
Rihanna paylaşdığı FOTOlarla diqqət çəkdi
Azərbaycanın bir həftə əvvəl məhv etdiyi polkovnikləri ermənilər indi açıqlayır
11 iyun Ramazan ayının 5-ci günüdür
Dünyanın ən uzun karnavalı davam edir















- ŞƏRHLƏR