Bu əsəri yenidən oxumaq və xəyallarıma gedən yolda yenidən ondan ilham almaq, o gücü yenidən hiss eləmək necə gözəldir bir bilsəniz!!!
Söhbət Somerset Moemin Ay və qara qəpik əsərindən gedir. İllər əvvəl oxumuşdum və hər zaman düşüncələrimdə inqilab yaradan əsər kimi qiymətləndirmişəm bu əsəri. Arzularıma doğru gedən yola çıraq tutan əsər hansıdır soruşsalar, heç şübhəsiz və ən kiçik bir tərəddüd belə hiss eləmədən “Ay və qara qəpik” deyərdim.
Əvvəlcə, qısaca U. S. Moemi tanıyaq.
Somerset Moem kimdir? Uliyam Somerset Moem 1874 -cü ildə Fransada dünyaya gəlmiş ingilis yazıçısıdır. Moem anadan olduğu dövrdə atası Fransadakı Böyük Britaniya səfirliyində hüquqşünas işləyirdi. İngilis olmasına baxmayaraq, uşaqlıqdan fransız mühitində böyüyən Moem, yalnız 11 yaşından sonra öz ana dilində danışmağı öyrənib. Çox keçmədən anasını, ardınca da atasını itirən Moem Kent qraflığındakı qohumlarının yanına göndərilir. İngiltərəyə gəldikdən sonra Somerset Moemin dilində qüsur yaranır və bu, ömrünün sonuna kimi onu tərk etmir. Kent qraglığına göndərilən Moem əmisi Henri Moemin evində tərbiyə alır, Kanterberidəki Kraliça məktəbinə gedir. Sonra Heydelberq Universitetində ədəbiyyat və fəlsəfəni öyrənir. Daha sonra isə London Tibb Məktəbinə daxil olur. O, 1897-ci ildə ilk romanını yazır (“Lambetli Liza” – Liza of Lambeth), daha sonra yazdığı “Ledi Frederik” romanı ona şöhrət gətirir. Moemin “Dövrə” (1921), “Sədaqətli arvad” (1927), “Teatr”, “Şeppi”, “İti ülgüclər”, “Ay və qara qəpik” və s. əsərləri bir çox dillərə tərcümə olunmuşdur.
Yazıçı 1965 -ci il dekabrın 15 -də Fransanın Nitse şəhərindəki xəstəxanada sətəlcəmdən vəfat edir. Həmin dövr Fransız qanunlarına görə meyit yarılmalı idi və buna görə də onun cəsədini bir gün sonra evinə, Fransız şəhəri olan Sen Jan Kap Ferradakı villasına aparırlar. Ertəsi gün, ayın 16 -da isə ölüm xəbərini yayırlar. Dekabrın 22 -də Moemin nəşi İngiltərədəki Kanterberiyə gətirilir və burada Kraliça məktəbi nəzdindəki Kitabxana divarına hörülür. (Maraqlıdır, niyə məhz divara hörülür?!)
Oxuduqca məni büsbütün öz təsiri altına ala, heyrərləndirə bilən əsər dünyaca məhşur postimpressionizm və primitivizm cərəyanlarının nümayəndəsi, fransız rəssam Pol Qogenin həyatından bəhs eləyir. Əslində, tam olaraq bioqrafiya demək doğru deyildir, bu əsərə. Sadəcə əsərin ana xətti Pol Qogenin həyatı, yaşadığı, gəzdiyi yerlərlə, yaradıcılığı ilə səsləşir, digər hadisələrin gedişatı isə yazıçı təxəyyülünün gücü ilə zənginləşmiş və ortaya həm real olaraq mövcud olmuş, həm də sırf yazıçının həyat verdiyi xəyali bir qəhrəman çıxmışdır.
Əsərin adı niyə məhz “Ay və qara qəpik” kimi seçilib? Niyə bu qarşılaşdırma, bu ziddiyyət. Əsəri oxuyanlar əminəm ki, bu suala asanlıqla cavab tapıblar. Bir tərəfdə qeyri adi istedad, digər tərəfdə bir qara qəpiyə də dəyməyən şəxsiyyət. Açıqcsı, yazmaqda çətinlik çəkirəm. Real şəxsiyyət olan Pol Qogenimi təhlil eləyim, yoxsa əsərin qəhrəmanı kimi ortaya çıxan Çarlz Striklendimi? Ç. Striklənddə olan biganəlik, qəddarlıq Pol Qogendə də olmuşdurmu, yoxsa yazıçı rəssamın xarakterik xüsusiyyətlərini öz təxəyyülündənmi yaratmışdır. Əsəri oxuduqca durmadan bu haqda düşünmüşəm…
Əsərin qəhrəmanı Çarlz Striklend 40 yaşındadır. Ailəsi, işi, kənardan baxanda qibtə doğuracaq qədər xoşbəxt bir həyatı varmış kimi görünür. Ancaq həqiqət necədir? Əslinə qalsa, həqiqət elə belədir ki, var. Ancaq daxili qaranlıq, insanın daxilini çuğlayan boşluq duyğusu, özünü ifadəetmə ehtiyacı və daima ətrafdakıların gülüş hədəfi olmuş kəşf olunmamış istedad. Bütün bunlarla 40 yaşına kimi yaşamağa məhkum olmaq necə çətindir! 40 yaşı olan bir insan belə bir xoşbəxt həyatdan niyə imtina eləyər ki?! Sadəcə öhdəsindən heç cür gələ bilmədiyi, bütün mənliyini sarmış yaradıcılıq eşqinə görəmi?! Bəli, məhz buna görə, məhz bu istək onun bundan sonrakı yaşamında həyatla tək bağlantısıdır. Onu ağır sınaqlar, çətinliklər, səfalət, aclıq, tənhalıq gözləyir, ancaq bu yaradıcılıq eşqilə yanan Çarlzı heç cür qorxuda bilməz. Hansı dahinin taleyinə bu cür ağır sınaqlar düşməyib ki?!
Əsərdə fərqliliklərilə diqqət çəkən bir digər obraz Stroyovdur. Çox da böyük istedada sahib rəssam olmasa da, gözəlliyi, qabiliyyəti duya biləcək qədər iti gözə sahibdir. Stroyov Çarlzın qeyri adi istedadını ilk kəşf eləyənlərdəndir. Ən çətin vaxtlarında Çarlza yardım əli uzadan məhz o olur.
Əsər haqqında deyiləsi çox söz var əslində. Əsərin dili, bədii keyfiyyəti, obrazların təkrarsızlığı, özünəməxsusluğu, ziddiyyətləri… Bütün bunlar yalnız həqiqətən istedadlı yazıçının qələmindən bu qədər dolğun, bu qədər gözəl lövhələrlə çıxa bilərdi.
Son olaraq… Əsərin mənə aşıladıqları… Xəyallarınızın, sizi həyata bağlayan, özünüzü, yolunuzu tapmağınıza təkan verən istəklərinizin arxasınca mütləq gedin, neçə yaşınız olursa – olsun, hansı statusda, hansı mövqedə olursanız – olun, bu yolda nə qədər çətinliklər düşsə də qismətinizə, gecdir artıq deməyin… Əgər bu gün fürsətiniz varsa, elə bu gün başlayın… Əksi təqdirdə, heç vaxt yarımçıqlıq duyğusu sizi tərk etməyəcək. Bu duyğuyla yaşamaqsa, çox çətindir…
Şəhla Rəşidova
XƏBƏR LENTİ
Gül kələmi salatı (foto-resept)
Yuxudan doymamağın SƏBƏBİ NƏDİR? - ALİM RƏYİ
Yoxmuş kimi görünən makiyaj
HİCABLI XANIMLAR ÜÇÜN
Bakıda yeni piyada keçidi istifadəyə verilir
“Survivor 2020”nin iştirakçısı Selena Qomezin rekordunu qırdı - FOTO
Belə bir ənənə var ki, yeni doğulan uşağın...
İngiltərədə plastik çubuqlar qadağan edildi
Siqaret zərərlidir, bəs qutusu?
HAVA necə olacaq? 8 İyul
PDF yeniləndi
Atanızla yaşadığınız ən xoş və kədərli anınız (3-cü hissə)
Faydalı məsləhətlər
Yatdığı yerdə sərvət qazanan bloger-FOTO
Azərbaycanda bütün terminoloji lüğətlər Terminologiya Komissiyasının xətti ilə çap edilə bilər
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
WhatsApp "sındırıldı"
Rusiyanın ABŞ-ı qorxuya salan silahı
Dünyanın ən uzun tuneli bugün açılacaq
Prezident İlham Əliyevin faktları qarşısında “BBC News” aciz qaldı - VİDEO
Məktəblərdə vəziyyət acınacaqlıdır, oktyabrdan... - Həyəcan təbili
Rəngarəng rulet (foto resept)
Türkiyənin borcu tarixi rekord həddə çatdı
Azərbaycan incəsənətinin "qayınanası"nın doğum günüdür
Qorxulu makiyaj nümunələri
VW Scirocco təzələndi
Hava haqqında
Qeysəriyyə əməliyyatı haqda nə bilirik?
Dostunuz sizə öz zəif əsərini veribsə nə etməli? - ZƏMANƏTLİ RESEPTLƏR
İnsan zəkası nələrə qadirmiş...
Partiya sədri: "Rüstəm İbrahimbəyovun istefası gözlənilən idi"
4 yaşından rəsm çəkmək
Qadın.Netlə birlikdə hamiləlik (32-ci həftə)
İranda Heydər Əliyevin ruhuna ehsan verildi
ABŞ-ın xüsusi xidmət orqanları “uçan adam”ı axtarır
"Ən yaxşı nəşriyyat"ın adı açıqlandı
Təbiətdən sevgini əks etdirən kadrlar
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi - RƏSMİ
Şəhid bacısı: “Dedi ki, gəl, səni bir də öpüm, birdən şəhid olaram” - VİDEOREPORTAJ
Qan iltihablanması və müalicəsi
Yeni il süfrəsi üçün dekorasiya fikirləri
Kendal gündəlik gəlirini AÇIQLADI
Bakıda karantin qaydalarını pozan yüzlərlə şəxs cəzalandırıldı
“Vosmoy bazarı” bağlanır - ÖZƏL/FOTO
Saytların 45 faizində Facebook...
Solarium haqqında bilmədiyimiz həqiqətlər
Sirr saxlamaq fiziki baxımdan çətindir
Zəncəfil koronavirusun müalicəsində effektivdirmi?
Nokia brendi yox olur
"WhatsApp"da yenilik - İşimiz bir az da asanlaşdı - FOTO
- ŞƏRHLƏR