Məlum olduğu kimi, bugünlərdə Ceylan Mumoğlunun "Aydınlanma səyahəti" kitabı işıq üzü görüb. Kitabdakı ön sözü oxucularımıza təqdim edirik.
Kitablar həmişə hansısa gözləntini qarşılamalıdır. Hələ bu, elmi ədəbiyyat və ya müxtəlif elmlərdən tərtib olunmuş məqsədli xronikadırsa, onda oxucu təfəkküründən ən azı bir addım öndə olmalıdır. Əsasən, publisistikanın XXI əsr araşdırmaçılıq ənənəsi indi ədəbiyyata da sirayət etməkdədir. Bu gün dünyada müxtəlif mövzulu araşdırma kitablarının milyonlarca oxucusu var. Bədii ədəbiyyat həvəskarı olmayanların bu tip kitablara bəslədiyi maraq anlaşılandır. Əgər məqsəd şəxsiyyətin formalaşmasına yönəlibsə, bura müxtəlif istisnaları yerləşdirmək olar. Əsas odur ki, mövzunun oxucu üzərindəki təsir gücü aktual olsun.
Ortada bir mətn varsa, mütləq oxucusuna yetişməlidir. Bu, reseptdənkənar istənilən hissin də qatılaraq bişirildiyi dadlı yeməyin süfrəyə gətirilməsi və onun eyni qayğı və ağız dadıyla yeyilməsinə bənzəyir. Hər kəs yaxşı bişirə bilmədiyi kimi, hər kəs də yaxşı yeyə bilmir. Bu tərsmütənasibliyə heç kəs zəmanət verə bilməz, çünki diqqətlə baxsaq, ortada yalnız aşpaz, yemək və yeyən yox, daha onlarca predmet və münasibət var. Bütün bunların ideal zəncirvari quruluşu bir gizli və təməl prinsipə - zövqə xidmət etməlidir. Bəli, bu prosesin qalibi məhz ən böyük zövqü alandır.
Nədənsə mənə elə gəlir ki, hər oxucu mətnə həmişə daxil ola, daha doğrusu, doğmalaşa bilmir. Bunun bütün mümkün səbəbi heç də mətnə və ya ümumilikdə ədəbiyyata fayda gətirmir. Lakin prosesdə daha bir iştirakçı var ki, mətnin düzgün “yoğrulmasına” aldığı zövqün də dadını qatmağa cavabdehdir: bu redaktordur. O, təkcə oxucu deyil, eyni zamanda, nəyi necə oxuyacağını təyin etməyə haqq sahibidir.
Redaktorun “ən yaxşı oxucu” olmasının məsuliyyəti yalnız texniki savadıyla məhdudlaşmır, ondan daha bir bacarıq tələb olunur – mətnin ruhuna kifayət qədər yaxın düşmək. Mənim düşüncəmə görə, “ən yaxşı redaktor” mətnin ruhu ilə görüşə bilən insandır.
Oxuyacağınız bu kitabın redaktə mərhələsində heç dəxli olmayan şəraitdə “Mörfi qanunları” ilə mücadilə edirdim. Həyati təcrübəmdən bilirəm ki, nə vaxt bu qanunların burulğanına düşürəmsə, deməli, qarşıda mükafatlanacağım böyük zövq məni gözləyir. Nə qədər qəribə olsa da, bu nəticəni heç nə dəyişə bilmir, bunun təyini riski elə “Mörfi qanunları”nın mistik həllindən çox da fərqlənmir.
Gözləntimin riyazi ekvivalentini təklif etməli olsam, bu “2x2” yox, daha çox “1x1” kimi alınar; vahidlərlə oynayıb vahid nəticəyə yetişmək. Ona görə də redaktə prosesindəki hallarım sizə ənənəvi görünməyə bilər. Bəzən fikirlər burulğanı arasında tamaşaçıya çevrilib bir-birini izləyən hissi, riyazi, fəlsəfi və psixoloji çəkişmələri qarşılamalı olurdum. Bəzən fəlsəfə bölməsinin tarixi qəhrəmanları məni onlarla ilk görüşlərimə, əsasən, tələbəlik dövrümün xatirələrinə aparırdı. Bəzən mürəkkəb cümlələr arasında sabit dayanmış bir sadə cümlə qarşısında dəqiqələrcə durub düşünürdüm. Sanki, həmin mürəkkəb cümlələr öz ağır yüklərini o sadə cümlədən qabaqkı boşluq işarəsində yerə qoyub estafeti sadə həqiqətə verirdilər. “Hər şeyə yenidən başlamaq mümkündür”.
Tom Tikverin “Qaç, Lola, “qaç” filmində təklif edilən finalları incələyərək yeni başlanğıclarda hadisənin bütün predmetlərinə ayrı cür yanaşmaq ideyası təkcə mimesis problemi deyil, həm də həyati təcrübələrə əsaslanır. Həyatımızda təkrarlanan oxşar hadisələr bizi ötən fabulalara baxmağa sövq edir. Onları nə qədər diqqətlə izləsək, arxamızca bir o qədər az yanlışlıqlar buraxarıq. Qeyd etdiyim cümlənin ən iddialı və mübahisəli cəhəti sonuncu kəlməsindədir; mümkündür. Həqiqətən də bu, həmişə mümkün olurmu? Hər şeyə yenidən başlaya bilməyin mümkünlük riskini nə təyin edir? Və ya bütün finallar öz başlanğıcına tabedirmi?
Baxın, bunlar məlum cümlə qarşısında beynimdən axıb keçən yüzlərcə fikirlər panoramasından tilovuma düşənlər idi. Buna daha sadə və ya əksinə, daha mürəkkəb yanaşa bilərdim, lakin sizcə, görünən dağa bələdçi lazımdırmı?
Ən effektiv motivasiya insana doğma gələn, dünyagörüşünə uyğun olub təsir edən fikirlərdir. Heç bir yazıçının missiyasının “motivasiya anbarı” olduğunu hesab etmirəm. Mənim gözləntim fikirlərdəndir; o, ya beynim və həyatım üçün inqilabi olmalıdır, ya da heç nə. Dünənki inqilabımın bugünkü təsiri sabaha keçməyə bilər, amma əminəm ki, sabah məni yeni inqilab gözləyir. Bu əmniyyətim, həm də o fikirlərlə görüşəcəyimə vəsilədir və bu, hamı üçün keçərlidir. “Ümid” adlandırdığımız da elə bundan ibarətdir.
Mətnin ruhunun, hətta, durğu işarələrində görünməsi metafizik anlayışdır. Bəs bunu hiss edən hansı fizikanın ətrafındadır? Burda mən sadə söz birləşməsiylə kifayətlənərdim: zövqün fizikası. Yalnız mətndəki bütün hərf və durğu işarələrini sökdüyümüz zaman zövqün fizikasını tərtib etməyə nail olarıq, lap mandala kimi. Ümidvaram, yanılmamışam və bu kitabdan aldığım zövqü məlum prosesə itirdiyim zamana dəyişmərəm.
Bu kitab barəsində heç bir proqnozum yoxdur, gümanım bunadır ki, bu mətn öz-özünü doğurmaq gücündədir. Lakin zəruri bir qeydim var: bu kitab kimin üçünsə Trumanın şousunda onlarca saxtalıq arasındakı bir həqiqi həyat təsiri yarada bilər. Odur ki, “Sabahınız xeyir, gecəniz xeyrə qalsın!”.
Xoş mütaliələr!
Səbuhi Şahmursoy
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bu tələbələr təhsil haqqından azaddır!
Kral ailələri Azərbaycana istirahətə gəldi
Tort bəzəyi olan şəkər xəmiri (foto resept)
Sağaldığınızı düşünərkən ölümə doğru gedirsiniz
Ancelinaya bənzəməyə çalışan Səhər boynunu qırdı-FOTO
İstehsal tarixindəki səhvlər
Yağlı saçlarla necə mübarizə aparmalı?
Facebook Messenger-dən MÖHTƏŞƏM YENİLİK
İran kapitalı Azərbaycana gələrsə...
Günün qoroskopu - 12.01.2014
Milli Məclisin təcili iclası çağrıldı
Azad Rəhimovdan İbrahimoviç açıqlaması
Hava haqqında
Yeni ideya tortu (foro resept)
Facebook pulsuz antivirus paylayır
Quzu qabırğa qızartması (foto resept)
Azərbaycanda prezident seçkilərində 87 ölkədən müşahidəçilər iştirak edəcək
Yuxusuzluq ürəyin düşmənidir.
Müalicəsi olmayan bəla
Qızılın qiyməti ucuzlaşdı
Cəbhədə erməni təxribatının qarşısı alındı
Ana evdə olmayanda
Uşaqlarda yerini islatma
17 yaşlı müğənni 2 milyonluq reklama çəkildi - FOTO
Emin yeni klipini təqdim etdi-VİDEO
Ev şəraitində alma sirkəsinin hazırlanması
Qarın əridən qidalar
Bütün dünya təyyarəni axtarır
İvana Sert sevgilisi ilə tətildə
Messidən möhtəşəm dönüş
Azərbaycana turist axını olacaq
Dünya mətbəxi - Yunanıstan
Evə dönməyə hazırlaşan əsgərlərimizin rəqsi - VİDEO
5:02 pəhrizi
Məşhurların ilk rol aldığı filmdən şəkillər
Monteneqro sabahdan Azərbaycandan gedən turistləri qəbul edəcək
İt sahibinin cəsədini bir aydan çox qorudu
Sedanın 11 il əvvəlki fotosu bəyənilmədi
Kim deyir ki, qadın zəif məxluqdur?
Kəlbəcər rayonunun Vəng kəndindən videogörüntülər - VİDEO
Vətən Müharibəsində şəhid olan tibb işçilərinin sayı AÇIQLANDI
Ortodonti müalicə müddəti qısalır
Rayonlara gediş-gəlişin hansı halda bərpa olunacağı açıqlandı - RƏSMİ
Azərbaycanda xüsusi rejimə görə ərzaq mağazaları bağlanır? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda həkimlər arasında daha çox cərrahların sayı artıb
Sərnişinlərə şad xəbər
Göz ətrafını gözəlləşdirən tövsiyələr
Müəllimləri sevindirəcək xəbəri NAZİR AÇIQLADI
Azərbaycanla AB arasında viza rejimi sadələşdiriləcək
İŞİD kürdləri bombalayır















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]