Orxan Pamukun “Məsumiyyət muzeyi”, haqqında danışılası yox, susulası kitabdı. Mən isə, susacaq qədər istedadım olmadığından, danışmağı qərar almışam. Pamuku “Mənimadım qırmızı” romanıyla tanımışam. İlk rəyimsə belə olub: “Çox uzunçudu”. Qalan hər şeysə, yerli-yerində, həttadeyərdim ki, möhtəşəm idi. Bir cəhəti də nəzərə almaqlazımdır ki, orta əsr Osmanlı dönəmindən və rəngkarlıqdançox da məlumatlı deyiləm. Pamukla ikinci rastlaşmam “Qarakitab”la oldu. Günlərlə havasında dolaşdığım kitablardan biridir. Kitabı oxuduqca elə hiss yaranırdı ki, hadisəni (hekayəni)oxumuram, yaşayıram. İstanbulu şəhər kimi yox, canlı kimi görməyə başlamışdım. İstanbul hər küçəsi, hər dalanı, hər səkisiylənəfəs alır, bir hekayə pıçıldayırdı. Pamuk heç nədən, heç kəsin adi vaxtda diqqət etmədiyi xırdalıqlardan böyük əsər yaratmağıbacaran biridir.
“Həyatımın ən xoşbəxt anıymış, bilmirdim…” – “Məsumiyyət muzeyi” bu cümləylə başlayır. Təkcə bu, çox şey anladır.Həqiqətən yaşadığımız anların qiymətini bilmirik, hər keçən saniyənin belə, ömrümüzdən getdiyinin fərqinə varmırıq. Ən xoşbəxtvaxtımızda da naşükürlük edir, “daha da xoşbəxt ola bilərdik, yaxud xoşbəxtlik bu deyil”, – düşünürük. “Həyatımın ən xoşbəxtanıymış, bilmirdim…”
Geri dönüb baxdınızmı? Xoşbəxt anları aradınızmı? Həyatınızın ən xoşbəxt anını yaşasanız da, fərqinə varmadığınız oldumuheç? Ən əsası da özünüzü xoşbəxt biri kimi görmək istədinizmi keçmişə baxanda?!
Orxan Pamukun ustalığı burasındadır ki, əsəri oxuduqca baş qəhrəman ortada əriyir, oxucu özü baş qəhrəmana çevrilməyəbaşlayır. Və hadisələr irəlilədikcə özünü İstanbulda hansısa küçədən keçərkən yaxlayırsan. Pamuku sevərək, anlayaraq oxuyanvə İstanbulda yaşayan, ya da heç olmasa, ora gedən adam nə vaxtsa İstanbulun dar, alaqaranlıq arxa küçələrinin birində mütləqşəkildə özüylə rastlaşıb. Məsələn, mən İstanbulun arxa küçələrində özümlə rastlaşdığımı çox xəyal etmişəm. Daha bir qəribəqanunauyğunluq da var ki, hər üç əsərdə baş qəhrəman öz hekayəsini danışır. Fərq odur ki, “Mənim adım qırmızı”da hərpersonaj, hər predmet özü baş qəhrəmandır və öz hekayəsini özü anladır. Adamlar da, rənglər də, küçələr də, hətta ölüm də…
“Məsumiyyət muzeyi”ndə mövzu daha dərindir. Baş qəhrəman “mən”dən savayı, həm də hisslərdir. “Xoşbəxtlik yalnız insanınsevdiyinə yaxın olmasıdır”. Əsərin qayəsi elə budur. Və əlbəttə, anı yaşamaq, hər xırdalığı doya-doya, dadını çıxararaq, keçmişidə indi kimi yaşamaqdır. Əlimizdəkilərin dəyərini bilmək də var siyahıda, nələrisə saya salmamaq da… Kamalın kolleksiyasınımənalandırma ğa çalışsaq, bu, bir növ bizim yaddaşımız, şüuraltımızdır. Eksponatlar, nümayiş etdirilən nümunələrsə zamanın(Pamukun dediyi kimi, Aristotelin zamanının) əlindən aldığımız, yaddaşımızda ilişib qalan anların, bizə əziz olan xatirələrinişartıları, qırıntılarıdır. Müəllifin ustalığını nəzərə çarpdıran detallardan biri də rəqəmlərdən istifadədir. Pamuk hər hansı saydanistifadə edəndə bütöv onluq və ya yüzlüklərdən istifadə etmir, tam təsadüfi sayılacaq rəqəmlərdən yararlanır. Məsələn, Kamalınsevgilisi Füsunun çəkdiyi siqaret kötükləri… Kamal imkan tapdıqca bu kötükləri yığıb saxlayır, hətta hər siqaret kötüyününhekayəsini danışır əsər boyu. Siqaret kötüklərinin sayına diqqət edin: 4213. Heç bir tamamlanmış ədədlər silsiləsindən söhbətgedə bilməz. Buna görə də oxucu bunun həqiqət olduğunu düşünür. Hekayə oxucunun həyatına, oxucu da Kamala çevrilir. Bütünhissləri oxucu özü də yaşayır. Pamukun ustalığı da elə bundadır, xırdalıqlardan, bizim diqqət etmədiyimiz məqamlardan böyük əsərlər yaratmaq…
Daha bir diqqətçəkən məqam əsərdəki “Bəzən” başlıqlı hissədir. Bu hissə düz 137 cümlədən ibarətdir və hər cümlə “bəzən”sözüylə başlayır. Hissə ən adi məişət hadisələrini, gündəlik yaşantıları elə sərbəst, axıcı, gerçəkçi, sadə dildə anladır ki, heyranolmamaq mümkün deyil. Bu hissə Pamukun istedadını bir daha ortaya çıxarır. 137 cümlə və 137 “bəzən”…
Əsəri oxuduqca Orhan Pamukun zəngin mütaliəsinə, dünyagörüşünə, həyata və məişətdə baş verənləri müşahidə və analizqabiliyyətinə heyranlıq adamı bürüyür.
Kitab müəllifin Kamalın dilindən dediyi və hər kəsin əslində xoşbəxt olduğunu, sadəcə, bunu anlamaq gərəkdiyini dilə gətirməsiyləbitir: “Hər kəs bilsin, çox xoşbəxt yaşadım”…
Hər kəs bilsin, xoşbəxtlik anlamaqdı…
Cavid Qədir
XƏBƏR LENTİ
Gül kələmi salatı (foto-resept)
Yuxudan doymamağın SƏBƏBİ NƏDİR? - ALİM RƏYİ
Yoxmuş kimi görünən makiyaj
HİCABLI XANIMLAR ÜÇÜN
Bakıda yeni piyada keçidi istifadəyə verilir
“Survivor 2020”nin iştirakçısı Selena Qomezin rekordunu qırdı - FOTO
Belə bir ənənə var ki, yeni doğulan uşağın...
İngiltərədə plastik çubuqlar qadağan edildi
Siqaret zərərlidir, bəs qutusu?
HAVA necə olacaq? 8 İyul
PDF yeniləndi
Atanızla yaşadığınız ən xoş və kədərli anınız (3-cü hissə)
Faydalı məsləhətlər
Yatdığı yerdə sərvət qazanan bloger-FOTO
Azərbaycanda bütün terminoloji lüğətlər Terminologiya Komissiyasının xətti ilə çap edilə bilər
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
WhatsApp "sındırıldı"
Rusiyanın ABŞ-ı qorxuya salan silahı
Dünyanın ən uzun tuneli bugün açılacaq
Prezident İlham Əliyevin faktları qarşısında “BBC News” aciz qaldı - VİDEO
Məktəblərdə vəziyyət acınacaqlıdır, oktyabrdan... - Həyəcan təbili
Rəngarəng rulet (foto resept)
Türkiyənin borcu tarixi rekord həddə çatdı
Azərbaycan incəsənətinin "qayınanası"nın doğum günüdür
Qorxulu makiyaj nümunələri
VW Scirocco təzələndi
Hava haqqında
Qeysəriyyə əməliyyatı haqda nə bilirik?
Dostunuz sizə öz zəif əsərini veribsə nə etməli? - ZƏMANƏTLİ RESEPTLƏR
İnsan zəkası nələrə qadirmiş...
Partiya sədri: "Rüstəm İbrahimbəyovun istefası gözlənilən idi"
4 yaşından rəsm çəkmək
Qadın.Netlə birlikdə hamiləlik (32-ci həftə)
İranda Heydər Əliyevin ruhuna ehsan verildi
ABŞ-ın xüsusi xidmət orqanları “uçan adam”ı axtarır
"Ən yaxşı nəşriyyat"ın adı açıqlandı
Təbiətdən sevgini əks etdirən kadrlar
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi - RƏSMİ
Şəhid bacısı: “Dedi ki, gəl, səni bir də öpüm, birdən şəhid olaram” - VİDEOREPORTAJ
Qan iltihablanması və müalicəsi
Yeni il süfrəsi üçün dekorasiya fikirləri
Kendal gündəlik gəlirini AÇIQLADI
Bakıda karantin qaydalarını pozan yüzlərlə şəxs cəzalandırıldı
“Vosmoy bazarı” bağlanır - ÖZƏL/FOTO
Saytların 45 faizində Facebook...
Solarium haqqında bilmədiyimiz həqiqətlər
Sirr saxlamaq fiziki baxımdan çətindir
Zəncəfil koronavirusun müalicəsində effektivdirmi?
Nokia brendi yox olur
"WhatsApp"da yenilik - İşimiz bir az da asanlaşdı - FOTO