Gənc yazıçı və şair İlqar Kamilin “Ayrılıq” romanı müəllifin ilk romanıdır. Romanla tanışlığım kitab nəşr olmazdan əvvəl olub. Müəllif romana münasibət bildirmək üçün ekspert oxucu kimi mənə də kitabın elektron variantını (ona müasir əlyazmalar deyirəm) göndərmişdi. Romanı oxuyub bitirməyim cəmi bir neçə gün çəkdi. Hətta xatırlayıram müəllif özü də təəccüblənib sual vermişdi ki: "Diqqətlə oxudunuz?" Zövqümə, ruhuma yaxın olan əsərləri tez oxumağa nə var ki? Məhz bu romanı niyə tez oxuyub bitirmək səbəbini irəlidə açıqlayacağam.
Romanın süjeti:
Roman əsrarəngiz bir məkanda, Ay işığında gənc bir qızın özünün harda olmasının müəyyən edilməsi səyləri ilə başlayır. Qeyri-müəyyənlik sıxıntıları içindəykən qarşısında böyük darvazaya bənzər dəmir qapılar peyda olur və oradan beş adam əmin addımlarla qıza tərəf irəliləyir. Onlardan qarapaltarlı iri cüssəli görünən dörd adam sanki hansısa əmri icra edib bitiribmişlər kimi qapıdan geri qayıdırlar. Yerdə qalan bir nəfər isə başını qaldırdıqda qızın sevgilisi Yusif olduğu məlum olur. Qız hələ də bu sirli məkandakı qeyri-müəyyənlikdən narahat olmaqdadır. Yusif onu səbrli olmağa səsləyir, gözləməyi tövsiyə edir və daha çox sıxılmaması üçün bir hekayə danışmağı təklif edir. Yusifin hekayəsi anasının məzarı üstə gedən bir gəncin ona sevgilisi AYşənlə olan virtual münasibətlərinin bölüşməsi ilə başlayır. Romanda hekayə maraqlı yerlərində kəsilir və yenidən əsrarəngiz məkanda hadisələrin gedişi təsvir olunur.
Roman haqqında düşündüklərim:
Roman iki gəncin bir-birinə olan təmiz sevgisindən və onların qarşılıqlı münasibətindən bəhs etsə də, Azərbaycan ədəbiyyatında az işlənmiş parapsixologiya, ölümdən sonrakı həyat, ölümə yaxın təcrübə kimi məsələləri də incəliyinə qədər çatdırmışdır. Müəllif ilk romanı ilə həqiqətən uğurlu bir addım atıb desəm, yanılmaram. Həm qeyri-adi süjet xətti, həm az işlənən mövzusuna görə "Ayrılıq" romanından çox şey öyrənmək mümkündür. Nəzərə alsaq ki, müasir zəmanəmizdə hələ də paranormal hadisələri ciddi qəbul etməyən insanlar var, belə bir mövzu seçilməsi yazıçının həm də cəsarətindən xəbər verir.
Romanın dili rəvandır. Yazıçının üslubu xoşuma gəldi, seçdiyi ifadələr, hadisələrin təsviri ürəyəyatandır. İlk əvvəl qeyd edim ki, sevgililər arasında qurulmuş dialoqlar əladır. Çox səmimi, məsum münasibətləri özündə əks etdirən söhbətlər oxucunu təsir altına salır.
Yazıçının həyat hadisələrinə yanaşma tərzini hər oxucu öz baxış bucağına görə qiymətləndirə bilər.
Romanda cəmiyyətimizdə aktual olan bir sıra məsələlər və problemlər də işıqlandırılmışdır ki, bu da onu daha oxunaqlı edir. Müəllif belə fikirləri bəzən özünün də yazdığı kimi "Feyzbuk" sosial paylaşımlarından istifadə edərək çatdırmağa çalışıb. Məsələn, dindarlıq məsələsi əsərin baş qəhrəmanları Yusif və AYşənin dialoqlarında, eləcə də dostlar arasındakı müzakirələrdə gözəl izah edilib. Bundan başqa romanda kitab oxumağın faydaları və təbliğatı məsələsi alqışa layiq bir yanaşmadır. Yusifin ətrafında olan gənc dostlarının bir çay evinə toplaşaraq həftənin bir gününü oxuduqları kitabın müzakirəsinə ayırmaları həvəsləndirici üsullardan biridir. Baş qəhrəmanın AYşənə nəql etdiyi hekayədə bəzi fimlərin və faydalı kitabların məzmununun açıqlanması, qabardılması oxucunu məlumatlandırmaqla yanaşı baxış bucağını dəyişdirəcək vasitələrdən biri kimi qiymətləndirdim.
Romanda ana-övlad, ustad-şagird, dostluq və sevgi münasibətləri xüsusi peşekarlıqla qələmə alınmışdır. Hər bir münasibətdə kövrəldən, həyəcan yaradan, güldürən məqamlara rast gəlmək mümkündür.
Sonda bunu da qeyd edim ki, romanda bəhs olunan ayrılıq məsələsinə çoxumuzun bir çox əsərlərdə oxuduğumuz maddi həyat anlamında deyil, daha çox metafizik müstəvidə yanaşılmışdır.
Yazının əvvəlində romanı niyə tez oxuyub bitirmək səbəbini irəlidə açıqlayacağımı bildirmişdim. Bu Ölümə Yaxın Təcrübəmlə bağlı idi ki, bu haqda artıq məqalələrimdən birində ətraflı oxuculara çatdırmışam.
Qadin.Net saytının kollektivi adından İlqar Kamili ilk romanı münasibətilə təbrik edirik, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Oxucularınız bol olsun!
Romandan seçdiyim hissələr:
- "Feyzbuk"da yaranmışdı münasibətimiz, adı AYşən idi, əslində mən də yeni öyrənmişdim əsl adını, "qəmli qız" adlı profili ilə yazışırdıq bir müddət. Düzü, hələ üzünü görməmişdim, yalnız fikirlərimiz elə üst-üstə düşürdü ki, elə anlaşırdıq ki, bax, anamla necə hüzurluyamsa, onunla da elə hüzurluydum...
***
- Azadlığım - hər istədiyimdə sənə gəlib, səni görə bilməmmiş, indi anladım.
***
- Biz özümüz də bilmərik ki, bəzən, bizi gizli nəsə bağlayar bir-birimizə, ya hansısa varlıq, ya hansısa yoxluq!
***
- Tutma, tutulmağı sevməz O. Sadəcə uzaqdan seyr et xallı kəpənək kimi; əl uzatsan uçacaq...
***
- Eh, mələk, ehh, insanı düşüncəsindən daha yaxşı nə tanıda bilər ki? Sanki Mark bu sosial şəbəkəni əsrlər sonra Sokratın "danış, bilim kimsən" prinsipini əsas tutataraq yaratmışdı. Əsrin möcüzəsi idi "feyzbuk". Düşüncə insanın eqosunu, təkəbbürünü, yekəbaşlığını, özündənrazılığını, paxıllığını, xıltını, çürüklüyünü və hətta axmaqlığını necə aydın nümayiş etdirə bilərmiş, ilahi!!!
***
- "Tələs ulu Haqqın dərgahında diz çökməyə dizlərin qocalır,
Səcdə zirvədir; insan ora əyilmir, ucalır!"
***
- Bax, necə ki, pişik yaraladığı, özününkü etdiyi siçanını yeməyə tələsməz, pəncəsiylə belinə-başına vurar, qaçmasına izin verər, sonra qəfil atılıb tutar, onunla oynayıb əylənər e, ciyəriyanmış da belə oynayırdı mənimlə, belə atıb-tuturdu. Çünki özümü, hislərimi çox tez, çox tez ələ vermişdim.
***
- Anladım ki, ölüm də, həyat da əslində bir bütünün iki hissəsidir!
***
- Üstəlik, gördüm ki, insana ayrılmağı, qopmağı, vaz keçməyi öyrədən yeganə ideologiya da elə Dindir! Başqa bütün ideologiyalar dünyadan ikiəlli yapışmağa çağırır. Hər gün, hər saat, hər an getmə, köçmə ehtimalımız varkən nə absurd çağırış!!!
***
- Düşünürəm ki, müqəddəs mətnləri düzgün dərk etmək üçün təkcə intellekt yetmir, əzizim!
***
-Tənhalıq çox pis şeydi, Yusif, çox; onun ən pis cəhəti isə budur ki, səhvlərin də, günahın da, xətan da sənin özünün olur, onu kiminsə boynuna ata bilmirsən!
***
- "Ay Zalımın balası, tənhasansa, bəs axı nəyə lazımdı bu inad, nəyə lazımdı bunca qürur, icazə ver səni xoşbəxt edim axı, mən guya fərli gündəyəm? Mən səndən də tənhayam, əzizim, gəl! Ay AYşənim, yalnız səni xoşbəxt etmək adlı bir məşğuliyyət doldura bilər mənim bu boşluğumu; bomboşam, suyu qurumuş dənizlər kimi, üzərində heç nə bitirə bilməyən lazımsız torpaqlar qədər, qaranlıq və dərinlikdən dibi görünməyən quyular, əlində-ovcunda heç bir oyuncağı olmayan uşaqlar kimi bomboşam, yaxın gəl, bax əlimə, görürsən, bom-boşdu, bom-boş! Lütfən paxıl olma, icazə ver bütün bu boşluğumu sənlə doldurum!"
***
- "Düşünürəm ki, hər birimizin qəlbində hansısa bir "şokolad" sevgisi var və bizi zaman-zaman müxtəlif növ xəyanətlərə sürükləyən də məhz o "sevgi" -dir! Əlbəttə, sadəcə "şokoladlarımız" fərqli ola bilər; adam var ki, onu pulla xəyanətə cəlb etmək olmaz, pula qarşı gözütoxdur, aldanmayacaq, amma bu o demək deyil ki, o heç zaman aldanmayacaq, sadəcə onun "şokoladını" düzgün tapmaq
lazımdır!"
***
- Bilirsən nə qədəriniz özünü axtarmadan, tapmadan köçür dünyadan?
***
- Qəribə həyatın qonağıyıq biz,
nə dərdi, nə qəmi bitən deyildir;
Bir gün ölüb tərk ediriksə onu,
demək o, həqiqi vətən deyildir!
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
- ŞƏRHLƏR