Dünəndən bu günə...
Çox şeylər dəyişib yaxşılığa və pisliyə doğru. Və bunun qarşısını almağa qadir deyiləm və ya bəlkə də özüm bunların baş verməsinə səbəb olmuşam? Bəlkə də...
Hər halda keçənə güzəşt deyib, ata-babalarımız. Yəqin ki, bu da taleyimin bir hissəsi imiş.
Əgər əvvəllər məndən soruşsaydılar ki, həyatında ən vacib şey nədir, heç fikirləşmədən həyatım deyərdim. Ancaq indi məni həyatda yaşadan yalnızca şeirlərimdir, hə bir də işim.
İnsan həyatın eybəcərliklərini o qədər görür ki, axırda həyata, özünə də nifrət edir. Mən də həmçinin. İndi artıq insanların mənim haqqımda nə fikirləşdiyi mənim üçün maraqlı deyil, hətta sevdiklərimin belə.
Bəlkə mənim şeirlərim o qədər də gözəl, effektli deyi,l ancaq bu da mənim qələmimin məhsuludur. Şeirlərim mənə çox əzizdir, çünki onların hər birində mənim həyatımın bir hissəsi var. Mən öz şeirlərimdə hiss etdiklərimi yazmışam.
Əgər şerim itsə mən ölərəm,
Bəlkə yanıb, külə dönərəm,
Güc alıb geriyə dönərəm,
Şeirə yeni bir don verərəm.
Və ya:
Buraxın siz məni, azad buraxın,
Mən ölüncə belə qalmaq istərəm,
Şeirlə yaşayıb, şeirlə ölüb,
Bəlkə şerin özü olmaq istərəm?
İndi baxın, şeirin mənə nə qədər əziz olduğuna! Şeir mənim özümdür və həyatımın mənası, həm də ki həyata baxan bir cüt gözümdür.
Beləliklə, şeir mənim sevdiyim və nifrət etdiyim insanlara qarşı bəslədiyim hisslərin məcmusudur ki, mən də məhz öz hisslərimi- şerlərimi ağ vərəqlərə yazmaqla təsəlli tapıram. Yəni, şeir mənim tək vurğun olduğum insan, həm də dostumdur.
Şeir mənim tək dostumdur,
Bəlkə də bu bir ovsundur,
Çox sehirli bir qüvvədir,
Verdiyi həzz cazibədir.
İnsanların günahı, səhvi ola bilər , amma şerlər qəlblərdən günahsız şəkildə ağ vərəqlərə süzülən kəlmələrdir. Çox məsumdu şerlər, insan onu necə istəsə şəkilləndirə bilir. Həm də şerlər vəfalıdır, şən günündə, kədərli anlarında insanın yanında olur. Cansız kimi görünsə belə, qarşındakı insana sənin nələr yaşadığını, hansı əzablara dözdüyünü ifadə edir. Hərdən düşünürəm mən yaza bilməsəydim nə edərdim? Ürəyim partlayardı bəlkə də qəlbimdə qalan hisslərdən, dərddən, kədərdən...
Çox şükürlər Yaradana ki, insana az və ya çox dərəcədə yazmaq bacarığı verib, mən də şer yazmaqla qəlbimdə demək istəyib də deyə bilmədiyim sözləri, sevincimi, acılarımı sizlərlə paylaşıram.
Şeir həyatımın təməli və çıxış nöqtəsidir!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Zövqlü geyimlər
Sürətli üzməyin sirri tapıldı
Doşablı Peluze (foto-resept)
Qızı olan bütün atalar oxusun!
Geyiminizlə arıq görünün
Apple təbiət meneceri axtarır
Azərbaycanda müəllimlərin dərs yükü norması artırıldı
Günün qoroskopu: uzaqdan vacib xəbərlər ala bilərsiniz
DHEA - gənclik hormonu
Saqqız çeynəmək orucu pozur? - Dini qurumdan FİTVA
Təhsil Nazirliyi TQDK-nın mövqeyini cavablandırdı
"Ginnesin"ən uzun dırnağına sahib şəxs onları kəsdi-FOTO
Günün ulduz falı
Haruki Murakamidən tövsiyələr
Bu ərazilərdə qaz olmayacaq
Azərbaycanda süni balıq gölləri ləğv olunur
Xəyal etmək xəyanət sayılırmı?
Tahir Salahov: "Bu vəziyyətdən çıxa bildim"
7 yaşlı fanatının məktubunu tapıb onunla görüşdü
Olimpiada qaliblərinin müsabiqədənkənar tələbə olmaq şansı
Sel Tovuzu dağıtdı
ARDNŞ-in NEZ işçiləri Azərbaycanda yeni emal zavodunun istismarına cəlb ediləcək
Sabahın hava proqnozu
"Kukolki" (Körpə balalarımıza həsr olunur)
Nazirlikdən xəbərdarlıq: Yeni təhlükəli mobil virus yayıldı
Elçin Sanqu yeni seriala çəkilməyəcək-SƏBƏB
Broşlar
Sürücülərə jalüz xəbərdarlığı
2021-ci il “Nizami Gəncəvi İli” elan edildi - SƏRƏNCAM
Onlayn həkim: yenilik, yoxsa...
Ramazan müxtəlifliyi
Qışda dodaqlar üçün maskalar
Erməni əsgərləri geyinməyə forma tapmır - FOTO
Sosial şəbəkələr iş tapmaqda yardımçı olurmu?
Arda Turan sevgilisinə evlilik təklifi etdi-FOTO
Yeni xəstəlik COVID-19-dan daha dəhşətli olacaq-Həkimdən şok açıqlama-VİDEO
Qadınlarda sonsuzluğun 7 əlaməti
Zehni pəhriz nədir?
Oğlunun iştahasını açmaq istəyən ana
Nəhəng qeyri-adi dəniz canlısı aşkarlandı-FOTO
Kəsmikli alma ( foto resept)
Birləşən banklarda əmanətlərin taleyi necə olacaq?
Provans salatı (foto resept)
Sueprmarketdə görülməmiş hadisə-FOTO
Hamilə qadınlar üçün idman hərəkətləri
“Taxt oyunları”nın aktyoru vəfat edib
Fahriye Evcen 4 aylıq oğlu üçün məktəb axtarır
Cem Yılmaz və Serenay Sarıkayadan Evlilik Açıqlaması
Xoşbəxtlik üçün qidalar
Süni bahalaşmaya qarşı reydlər başladı
- ŞƏRHLƏR