Beyin sağlamlığı üçün
Bir çox xəstəliyin qarşısını almaq və xəstə olduqdan sonra sağalma müddətində yuxu çox vacibdir. Gündüz işlərin çoxluğundan beyində yığılan toksin maddələrin təmizlənməsi üçün sağlam yuxu vacibdir. Yatanda gün ərzində beyində yığılan zərərli maddələr təmizlənir. Nizamlı yuxu sisteminiz yoxdursa, alzheimer riskinə tutulma riskiniz artır.
Bədən özünü yeniləyir
Böyümə hormonu dərin yuxuda hərəkətə keçir. Böyümə hormonu uşaqlıq dövründə böyüməni, yetkin yaşlarda bədənin bərpasını təmin edir. Yuxuya nə qədər diqqət etsəniz, yaralarınız, ağrılarınız və xəstəlikləriniz o qədər tez sağalar.