"Android" istifadəçilərini hədəf seçən yeni virus qeydə alınıb. Virus "Google"un rəsmi tətbiqlər mağazası olan "Play Store"-dan yüklənən saxta proqram tətbiqləri vasitəsi ilə telefonlara yoluxur.
Qadin.Net xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "LeakerLocker" adlanan virus şəxsi şəkillərinizi, mesajlarınızı, internet brauzer tarixçənizi, e-poçtlarınızı ələ keçirdiyini iddia edərək müəyyən məbləğ qarşılığında istifadəçini təhdid edir və bütün informasiyanı telefonunuzdakı kontaktlara göndərəcəyini bildirir.
Artıq minlərlə "Android" istifadəçisi bu virusdan zərər çəkib. Virus telefona yoluxduqdan sonra onu kilidə salaraq ekranda "Bütün şəxsi məlumatlarınız bizim təhlükəsiz buludumuza köçürülüb. 72 saat ərzində bu məlumatlar sizin telefon və e-poçt kontaktlarınızdakı hər kəsə göndəriləcəkdir. Bundan imtina etmək üçün 50$ ödəməlisiniz" - deyə yazı peyda olur.
"McCafe" kibertəhlükəsizlik qurumu tərəfindən "LeakerLocker" təhlükəsi "Play Store"dakı iki tətbiqdə "Wallpapers Blur HD " və "Booster & Cleaner Pro" proqramlarında aşkar edilib. "McCafe" şirkətinin açıqlamasına görə, hər 2 tətbiq barədə "Google" şirkətinə məlumat verilib və hal-hazırda ekspertlər tərəfindən araşdırılır. Buna baxmayaraq "LeakerLocker"un istənilən tətbiqi yükləyərkən də mobil telefonunuzu yoluxdurma təhlükəsi var.
Qeyd olunmuş təhlükədən qorunmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi aşağıdakıları tövsiyə edir:
Bəhs edilən bu 2 tətbiqdən (Wallpapers Blur HD və Booster & Cleaner Pro) birini yükləmisinizsə, dərhal silin.
"Play Store"da hər hansı bir proqramı yükləməzdən öncə istifadəçilər tərəfindən yazılmış rəyləri oxuyun, reytinqləri nəzərdən keçirin.
Tətbiq, məzmunundan kənar olaraq telefonunuzdakı kontaktları, şəkilləri, zəngləri idarə etmək üçün sizdən müəyyən icazələr istəyirsə, ondan imtina edin və dərhal silin.
Əgər artıq mobil telefonunuz bu virusa yoluxubsa və sizdən pul tələb edirlərsə, pulu ödəməyiniz məsləhət görülmür.
Qeyd edək ki, təhlükə ilə artıq üzləşmisinizsə, Elektron Təhlükəsizlik Mərkəzinin 1654 "qaynar xətt"inə zəng etməyiniz və ya "[email protected]" elektron ünvanına yazmağınız tövsiyə olunur.
XƏBƏR LENTİ
Dənizdəki görüntü hər kəsi təlaşlandırdı – VİDEO
Roqaliki (foto resept)
Hava haqqında
3 sayta xəbərdarlıq edildi
"Xanım kaprizi" tortu (foto resept)
Yaponiyada vulkan dəhşəti davam edir
Xoşbəxtəm, çünki... - I hissə
Azərbaycanda insanlar "donuz qripi"nə qarşı peyvənd oluna bilərlərmi?
Darçınlı peçenye (foto resept)
Nazirlərimiz necə NAZ-lı olacaq?
Azərbaycanda ərzaq qıtlığı yarana bilər? - RƏSMİ AÇIQLAMA + VİDEO
Bitkilərinizə süd versəniz..
Multivarkanın hansı növünü seçək?
Kardi B "Muhteşem Yüz Yıl"a heyrandır-FOTO
Pendirli açma (foto-resept)
Türkiyə Azərbaycanla hidrometeorologiya sahəsində əməkdaşlıq protokolunu ratifikasiya edib
Ordumuz düşmənin komandanlıqdan təcili istədiyi ehtiyat qüvvələri məhv etdi
Bir az gülək...
Bakı yol polisindən sürücülərə xəbərdarlıq: 28 gününüz var
Kriştianu Ronaldu: "Qələbəyə layiq deyildik"
İzmirdə zəlzələ nəticəsində 25 nəfər ölüb, 831 nəfər yaralanıb - YENİLƏNİB
Sevginizdən istifadə etdiyini göstərən 6 davranış
Məşhur aktrisa şəxsi həyatından danışdı-FOTO
Baş Nazirdən pandemiya dövründə kafe və restoranlarla bağlı QƏRAR
İrem Derici keçmiş əri ilə olan münasibətlərindən danışdı
Bu il bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Yeni müdafiə naziri general-polkovnik poqonu taxdı
Biogenez: Həyat həyatdan gəlir
DİN-dən əhaliyə XƏBƏRDARLIQ
Azərbaycan pasportu ilə vizasız gedə biləcəyiniz ölkələrin – SİYAHISI
Karbohidratları əzələyə çevirən 10 qida
Təhsil Nazirliyindən növbəti “Sabah” açıqlaması
Unsuz və yağsız keks (foto resept)
Sevgilisinə görə 100 min bağışladı
Azərbaycanda yeni yol çəkilir
Ermənilər niyə qaçır?
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Zəfəran maskası
Şahmatçımız Dünya çempionatında vahid lider oldu
Azərbaycanlılar batan gəmidə
Nihat Hatiboğlunun həyatı
Rihanna və Cenniferdən sonra Demet Akalın geyindi - FOTO
İtaliya A Seriyası: "Milan" məğlub oldu
Pakistan mediası Xocalı faciəsindən yazdı
Yemək görünüşlü üzüklər
Selena Qomez reklam qiymətini açıqladı - FOTO
Smartfon satışı artıb
Tərəvəz tortu (foto resept)
Gözəl görünən şirniyyatlar
Uşaqlara tez-tez hədiyyə almayın!














