26 İyun-Azərbaycan Silahlı Qüvvələri Günü
Azərbaycan Xalq Cümhuriyyətinin uğurlu addımlarından biri Milli Ordunun yaradılması oldu.1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərinin məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi.1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı.Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi.İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər.
AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparıb güllələndi.
Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin (H.Əliyev) fərmanı ilə 26 İyun Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd edilir.
Tarixi
1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi.Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan etdi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" ("Дикая РґРёРІРёР·РёСЏ") adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırıldılar.
1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verilmiş, Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnmişdi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi.
1992-ci ilin yanvar ayında Azərbaycan Ordusu özünün ilk əməliyyatını həyata keçirdi. Şuşa şəhəri yaxınlığındakı Daşaltı kəndini ələ keçirmək məqsədilə həyata keçirilən Daşaltı əməliyyatıuğursuzluqla nəticələndi. Yayda 1992-ci il Azərbaycan Müdafiə Nazirliyinin komandanlığının rəhbərliyi altında desant qoşunları yaradıldı və Xəzərdə hərbi donanmanın komplektləşdirilməsi başa çatmışdır. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi. Lakin, 22 may 1998-ci il tarixli prezident fərmanı ilə həmin fərman qüvvədən düşürülərək 26 iyun tarixi Silahlı Qüvvələr günü elan edilmişdir. 1997-ci ilin yanvarında Azərbaycan sülhməramlı qüvvələri yaradılmışdı.
Azərbaycan ordusunun tarixində ən böyük silah anlaşması isə 2012-ci ildə baş tutub. Həmin ilin fevral ayında İsrailin Israeli Aerospace Industries (İAİ) adlı iri hərbi-sənaye şirkəti Azərbaycana pilotsuz kəşfiyyat təyyarələrinin ən yeni versiyalarının və ən müasir Hava Hücumundan Müdafiə Sistemlərinin satılmasına dair 1.6 milyard dollarlıq müqavilə bağlayıb. İsrail hərbi mütəxəssislərinin böyük dəstəsi azərbaycanlı həmkarlarına yeni silah sistemləri ilə işləməyi öyrətmək üçün Bakıya göndərilib. Yeni müqaviləyə əsasən İsraildən düşmən hədəflərinə dəqiq raket zərbələri endirə bilən böyük pilotsuz kəşfiyyat təyyarələri “Heron”ların alınması, habelə hava və raket hücumundan etibarlı müdafiəni təmin edən HHM sistemlərinin alınmasından söhbət gedir. Bu HHM sistemləri Azərbaycan ərazisini ballistik raket zərbələrindən müdafiə etməyə qadirdir.
2008-2012-ci illərdə dövlət büdcəsindən ölkənin müdafiə qüdrətinin artırılması və silahlı qüvvələrin maddi-texniki təminatının yenilənməsinə 12 mlrd. ABŞ dollarından artıq vəsait yönəldib. Azərbaycan müdafiə sektoruna dövlət büdcəsindən yönəltdiyi vəsaitin həcminə görə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini 4 dəfəyə yaxın üstələyib. Ötən dövrdə əsas diqqət ordunun maddi-texniki təchizatının yenilənməsi, infrastruktrun yaradılması, hərbçilərin məvaciblərinin artırılması, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə yönəldilib. Bu dövrdə silah və hərbi texnikaların satın alınmasına dair Ukrayna, Rusiya, Belarus, Türkiyə, İsrail, CAR, Serbiya, Avstriya və s., hərbi məhsulların istehsalına dair Ukrayna, Belarus, Türkiyə, CAR, Polşa, İordaniya kimi ölkələrlə müqavilələr imzalanıb.
Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir, bundan başqa Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə də əlaqələri var. Başqa ölkələrlə əlaqələr Azərbaycan ordusunun güclənməsinə daha da yardım edir. Azərbaycan Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri tam şəkildə NATO standartlarına uyğunlaşdırılıb. NATO çərçivəsində Azərbaycanın hərbi qulluqçuları treninqlər keçirir və xarici dil kurslarında iştirak edirlər. Sülh Naminə Tərəfdaşlığın ən işlək mexanizmi olan Fərdi tərəfdaşlıq Fəaliyyəti Proqramı geniş sahəli tədris və təlim işlərini əhatə edir. Hər il NATO-Azərbaycan arasında olan Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Silahlı Silahlı Qüvvələrinin 1000-dən çox şəxsi heyəti müxtəlif hərbi sahələr üzrə tədris tədbirləri və təlimlərdə iştirak edir. 1997-ci ildən etibarən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin, 2000-cı ildən etibarən Silahlı Qüvvələrin Hərbi Akademiyasında, 2001-ci ildən isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO hərbi təhsil sistemi tətbiq olunur. Azərbaycanın NATO-ya inteqrasiyası ilə bağlı yeni ikitərəfli plan hazırlanır. Yaxın vaxtlarda bu plan Azərbaycan prezidenti İlham Əliyevtərəfindən təsdiqlənəcək.
Eyni zamanda bu gün həm də,
26 İyun-Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günüdür.
Narkomaniya “ağ ölümdür”, həyatdan üz çevirməkdir.”Narkomaniya” və “Ölüm” sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib.
Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır.Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur.Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar arasında QİÇS və başqa xəstəliklərə tutulmuş insanlar çoxdur.Narkotik maddə alverçiləri heroin və kakoini yuyucu toz və ya şəkər qatıb satırlar, ona görə də narkomanda şəkər diabeti tez inkişaf edir.Əgər “xalis mal”, yəni heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, zəhərin güclü təsirindən o saat ölmək olar.
Nəyə görə müasir dünyamızda narkomaniya bu qədər geniş yayıla bilmişdir?
1960-cı illərdə “gənclik inqilabı” adlanan dövrdə gənc sənət adamları arasında narkotik maddələrin qəbulu dəbə düşmüş, bu, hətta özünəməxsus həyat tərzinə çevrilmişdi.Onlar bunu ictimaiyyətdən gizlətmir, bəzən sənət uğurlarını narkotik maddənin qəbulu ilə əlaqələndirirdilər.Bu sənətçilərin pərəstişkarları da onların həyat tərzini təqlid edərək narkotik maddə qəbul edirdilər.
Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan etmişdir.
XƏBƏR LENTİ
Fıstıqlı, bananlı dondurma (foto-resept)
İlk əlcəklər
Mobil telefonların təhlükəsiz olduğu sübut edildi
Bakı-Tbilisi-Qars sərnişin qatarının fəaliyyətə başlayacağı YENİ TARİX açıqlandı
Bir ildə 285 kitab oxudu!
Şəhid əsgərimizi izdiham yola saldı
Üzündəki sızanaqlardan qeyri-adi üsulla xilas oldu
Əsrin fotoşəkli
Qızlar üçün məktəbli çantaları
Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu ərazilər açıqlandı - RƏSMİ
Boyun düzləşməsi əlaməti
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Yalançıların 5 xüsusiyyəti
Qadin.Net olmasaydı, nələr baş verərdi?
Emindən sevənlərinə sürpriz - FOTO
Yerdən Marsı müşahidə etmək mümkün olacaq
12 yaşlı uşağın ağciyərindən diri balıq çıxarılıb
Rəngli və dəbli çantalar
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
İranın vitse-prezidenti istefa verdi
Günün ulduz falı - 21.09.2013
Hava haqqında
Fotoğrafa yazılmış məktub
Daha 3 idmançımız olimpiadaya vəsiqə qazandı
Prezident: “İnsanlar işlə təmin edilsinlər”
Xaricə getmək istəyənlər, diqqətli olun!
40 kq arıqladı, kimsə tanımadı-FOTO
“Verdiyimiz vədlər həmişə gördüyümüz işlərlə üst-üstə düşür”
"İranın nüvə proqramı üzrə sazişi Yaxın Şərqdə sülhü möhkəmləndirəcək"
Beş rəfiqə eyni anda necə hamilə qaldığını danışdı - FOTO
Türk ordusunun ən böyük əməliyyatı başladı
Faydalı yağlar
Məşhur aktrisa tənqid olundu-FOTO
İŞİD-ə aviazərbələr endirilir
6 yaşlı azərbaycanlı Rusiyada seriala çəkilir - FOTO
Günün ulduz falı - 17.09.2013
"Millət kitab oxumur" fikri doğru deyil"
Kıvançın xanımı ondan 5 yaş böyük imiş
Qızlarla oğlanların fərqli xüsusiyyətləri
Azərbaycanda insanlar falçılara niyə inanır?
Şəkil seç! (Test)
Həkimdən xəbərdarlıq: özünüzü gündən qoruyun!
Günün ulduz falı
Melanya Trampın XÜSUSİ PROQRAMI - Fəaliyyətə başladı
Osmanlı gəlinlikləri
Günəş şüalarının faydaları
Gündəlik yaz-yay geyimləri
Güclü qar həyatı İFLİC ETDİ - Məktəblər bağlandı
Nuradan yeni fotossesiya - FOTO
Uşaq geyimləri
- ŞƏRHLƏR