
Belə xəstələr orqanlarının "ikiləşdiyini" zənn edirlərKəskin infeksion psixozlar - kəskin və xroniki infeksion xəstəliklər zamanı müşahidə olunur. Klinik tabloya görə, infeksion psixozlar kəskin və xroniki olur. Kəskin psixozlar kəskin infeksiyalar - tif, qrip, skarlatin zamanı müşahidə olunur və qızdırma qalxana qədər titrətmə qızdırmanın yüksək həddində və ya qızdırma düşəndən sonra müşahidə olunur.
Psixiatr Rasim Həsənovun sözlərinə görə, kəskin infeksion psixoz zamanı xəstədə qəfil hərəkətlərlə müşayiət olunan oyanıqlıq, qorxu, sayıqlama və çaşqınlıq baş qaldırır: "Bu cür hal bir neçə saat davam edir və dərin yuxu ilə əvəz olunur. Adətən xəstə yuxudan oyanandan sonra onunla nəyin baş verdiyini xatırlamır. Psixozun simptomları axşam və gecə vaxtları güclənir".
Hallüsinasiyaların davam etmə müddəti bir neçə saat və gündən bir neçə həftəyə qədər ola bilər. Adətən infeksion psixoz zamanı xəstə yuxulu, əzgin və hərəkətsiz olur. Əksər hallarda psixi pozuntuların meydana çıxmasından əvvəl kəskin baş ağrıları, ümumi əzginlik, düşüncənin keyləşməsi və ya xarici qıcıqlara qarşı həssaslığın güclənməsi, yuxunun pozulması qeyd edilir. Bu kimi əlamətlərin ardınca psixozun başlıca sindromları müxtəlif dərinliyə malik düşüncə pozuntuları, deliriy, amensiya, çaşqınlıq, sayıqlama və hallüsinasiyalar meydana çıxır.
R.Həsənov bildirib ki, psixoz zamanı hərəkətlərin fəallaşması, ümumi narahatlıq fonunda görmə və eşitmə hallüsinasiyaları, nitqin qırıqlığı müşahidə olunur. Bəzi paraydeliyalar, illüziyalar da təsadüf edir. Belə ki, xəstənin diqqətini cəlb edən rəsmlər və cizgilər fonunda əcaib obrazlar, fantastik səhnələr, vəhşi heyvanların silueti qavranılır. Qorxulu məzmunlu illüzor və hallüsinator pozuntular xarakter əlamətlərdən sayılır. Hallüsinator sayıqlama sindromun meydana çıxmasında müxtəlif orqanlarla yaranan ağrıların rolu qeyd olunmalıdır. Qeyd edək ki, pnevmoniya xəstəliyi zamanı da xəstədə psixoz müşahidə olunur. Belə ki, bu xəstəliyə görə, döş qəfəsinin aşağı hissələrində zərbvari ağrılar müşahidə edilir. Bu zaman xəstələr ağciyərlərin parçalandığını, bədənlərinin hissələrə ayrıldığını söyləyirlər.
Qrip və yatalaq xəstəlikləri zamanı meydana çıxan psixozlarda xəstə müxtəlif orqanlarının və ya bədən hissələrinin "ikiləşdiyini" deyir. Məsələn: "iki başı", "iki ağzı", "dörd əli və dörd ayağı" olduğunu söyləyir.
Psixiatr bildirib ki, ağır keçən psixozlarda düşüncənin kəskin pozulması, deliriy, amentiv hal, narahatlıq və qorxu əlamətləri ilə yanaşı epilepsiyaya bənzər qıcolmalara da təsadüf edilir, qıcolma tutması bəzən bir neçə saat davam edir: "Bəzən meningial oyanmalar zamanı düşüncə bir o qədər də pozulmur, sorğu zamanı özünü böyütmə və ya müflisləşmə sayıqlamaları aşkar olunur. Görmə, eşitmə hallüsinasiyaları adətən, bir neçə gün davam edir".
Müsahibimizin dediyinə görə, amentiv düşüncə pozuntuları ilə gedən psixozlarda bu əlamətlər daha uzun müddət çəkə bilər. Xəstələr çox narahat və somatik cəhətcə ağır olduqları üçün onlarla ünsiyyət qurmaq qeyri-mümkün olur. Nitqin qırıqlığı, sözlərin anlaşılmazlığı qeyd edilir. Xəstələr yataqdan qalxır, harasa qaçmaq, sanki kiməsə "hücum etmək" istəyir, lakin belə narahatlıqlar çarpayı səviyyəsində qalır. Xəstə tezliklə taqətini itirir, fəallığı enir, ümumi zəiflik (asteniya) getdikcə güclənir. Bəzən xəstə ətrafdakı adamları "düşmənləri" kimi qavrayır, onlardan qorxur və ya əksinə onlara qarşı aqressiv olur. Əhvalın tez-tez dəyişməsi: qorxu, həyəcan, qəzəb və nifrət kimi əlamətlər bir-birini əvəz edir. Bir sıra hallarda katatonik əlamətlər: neqativizm, stereotip hərəkətlər, ifadələr, axşam saatlarında ümumi halın pisləşməsi müşahidə olunur.
Qeyd edək ki, amentiv sindrom psixozun ağır gedişini və müddətinin daha uzun olacağını göstərən əlamət kimi qiymətləndirilir. Psixoz halı qurtardıqdan sonra belə xəstələrdə tam amneziya qeyd olunur. Deliriyoz sindromla gedən psixozlarda isə xəstə keçirdiyi halın bəzi epizodlarını yadında saxlayır-hissəvi amneziya olur.
Həsənov diqqətə çatdırıb ki, xroniki psixozlar xroniki infeksion xəstəliklərin (malyariya, revmatizm, brusellyoz, irinli infeksiya) ağır mərhələlərində baş verir: "Kəskin infeksion psixozlar tam keçsə də, xroniki infeksion xəstəliklər şəxsiyyətin dəyişməsinə, kəmağıllılığın yüngül formalarına da səbəb olur. Xeyli davam edən asteniya əlamətlərinin qarşısını almaq mümkün olmur. Psixoz müddətində xəstə arıqlayır, yuxusu pozulur, əhvalı aşağı düşür, abuliya əlamətləri meydana çıxır. Cüzi fiziki iş və zehni fəaliyyət onları tez yorur, taqətsiz edir. Bir sıra hallarda daha ciddi əlamətlər: amnestik sindrom, yuxu pozuntusu meydana çıxır.
Mənbə:Ekspress.az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
DİN vətəndaşlara müraciət etdi
Baharın makiyaj trendi
55 saat ərzində 60 cərrah əməliyyat etdi - Yeni üz köçürüldü - FOTO
İdmandan sonra gözəl görünmək üçün...
Ateist alim o dünyanın olduğunu təsdiqlədi - MARAQLI SƏBƏB
“Miss Rusiya-2015"koronavirusa yoluxdu?
Meyvələr haqqında gələn xəbərlər - I hissə
Leyla Əliyevadan anasına unikal təbrik!-FOTO
Azərbaycanda bəy və gəlin səs verdi - FOTO
ARGTMŞ Avropa İttifaqının layihəsini Azərbaycanda həyata keçirəcək
Hicablı xanımlar üçün
Koronavirus barədə ilk dəfə məlumat vermiş mərhum həkimin övladı dünyaya gəldi
Xanımlarımızın möhtəşəm nəticəsi
Əvvəl və sonra
Qarın əridən qidalar - SİYAHI
6 Plus adlı daha bir smartfon satılacaq
Ət kəsimi və satışına nəzarət gücləndirilir
Pendirli blinçiklər(foto resept)
Qarabağ mətbəxi - "Şeşrəngi" (foto-resept)
İranda koronavirusun dərmanı tapıldı
Ana bətnində körpənin hərəkəti
Çağla Şikel görünüşü ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Uşaqlara ingilis dilini çəkərək öyrədin
Turşu suyunun faydaları
Emin Ağalarov “Forbes”ə müsahibə verdi
Semyon Peqovun yolunu gedən amerikalı jurnalist – VİDEO
Hipotrofiya - körpə bəlası
Abonentlərin nəzərinə: Ödəmə terminallarından istifadə etməyin
Mehriban Əliyeva xalqa müraciət etdi
Həyat dərsi
Bərbər və gözəllik salonlarına gedənlərə XƏBƏRDARLIQ - RƏSMİ
Cəbhədə silah səsləri
Məşhur aparıcı özünü belə ifşa etdi - FOTO
Tost çörəyi şirniyyatı (foto resept)
Quru pomidor salatı (foto-resept)
Xaricdən gələn həkimlər daha savadlıdırlar?
"Arzu, salamat qal" yazan neftçinin meyidi tapıldı
Kann kinofestivalı: ən yaxşılar seçildi
Baş komandan: "Türkiyə hər zaman Azərbaycanın yanında yer alacaq"
Karantin zamanı yazılmış əsərlər
İlham Əliyev Almaniyada Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi
Xadimə işləmək üçün universitetdə oxumuşdular?
Qarda qəza baş versə, hərə öz maşınını düzəltdirməlidir?
Kerem Bursin Demet Özdemirlə sevgilidir?
Məşhur aktrisa bostanda pomidor əkdi-FOTO
Qorxudan xilas olmaq mümkündürmü?
Natəvan K:"Əkiz oğlan uşaqlarını oğurlayardım..."
Quş yuvası, yoxsa?
Vüqar Həşimovun xatirəsinə ənənəvi turnir təsis olunacaq
XƏBƏRDARLIQ: Yumurtanı belə yeməyin... - FOTOLAR














