Sultaniyyə şəhəri Zəncandan 37 km uzaqda yerləşən balaca bir şəhərdir.Onun 7 kəndi və 30 min nəfərdən çox əhalisi vardır.
1256-1357-ci illərdə Azərbaycanda hakimiyyətdə olan Elxanilər özlərinə aid olan yerlərdə bir sıra dəyərli binalar qurmağa başladılar.Onlardan biri də Zəncan şəhərinə yaxın Sultaniyyə çəmənliyində qurulan binadır.Bu bina bir neçə məqsədlə tikilmişdi.Binanı təşkil edən hissələr haqqında danışaq.
1.Bazar
Sultaniyyədə böyük bir bazar var imiş.Dünyanın hər tərəfindən gələn məhsullar burada alınıb-satılarmış.İspaniyanın Azərbaycandakı o vaxtkı səfiri Gilavixo belə yazır:
“Sultaniyyə çox cəmiyyətli bir şəhərdir.Alver sahəsində Təbrizdən önəmlidir.Onun bazarı bu şəhərdən balaca görünür.Yaz fəslində dəvələrə yüklənmiş mallar bazara daxil olur.Xalq ona “karvan” deyir...Hindistan tacirləri ədva, Gilan tacirləri ipək, Şirvan tacirləri parça gətirirlər.”
Həmdullah Mustofi bazarın 3 min addım olan genişliyindən yazır.Bu bazarı hətta Aran-Bağdad-Gilan-Hindistan sərhəddi belə adlandırmışlar.
2.Hasar
Sultaniyyə şəhəri davamlı bir hasarla ayrılıb.Bu gün o hasardan çox əsər qalmayıb.Hasardan 7 km aralı bir xəndək və bu xəndəkdən 13 km aralı Sultan Ərki yerləşmişdi.Hasardan 587 sm., 12 sıra daş qalıb.
3.Xan sarayı
Sultaniyyənin ortasında Xan sarayı yerləşir.Bu, eni və uzunu 450 metr olan bir binadır.Binaya getmək üçün xəndəkdən aşıb, dəmirdən düzəldilmiş qapıdan keçmək gərəkdir.Binanın tikintisində gəc, ayna, kaşı, əlvan daş və taxtadan istifadə olunub.Bu gün onlardan çox az şey yadigar qalıb.
4.Məktəbxana
Təbriz, Buxara, Bağdaddan sonra dövrünün ən böyük məktəbi Sultaniyyədə idi.Burada 3 məktəb və hər məktəbdə də 14 ustad, 20 müəllim, 100 tələbə, 20 sufi, 12 Hafizi-Quran( Quranı əzbərədn bilən), 8 azançı, 4 alim var idi.Onlara hakimiyyət tərəfindən maaş verilirdi.Hətta tələbələrə də burada da dərs oxumaq üçün təqaüd verilirdi.Məktəbxananın dövrəsində olan binalar bu məktəbdə çalışanlara aid idi.
5.Həkimxana
Bu bina şəhərin digər tərəfində tikilmişdi və 3 binadan ibarət idi.Hər bina müəyyən xəstələr üçün ayrılmışdı.Xəstələrə yataq yeri, onları bəsləyənlərə otaqlar, xəstə uşaqlar üçün ayrıca yer, habelə onların anaları üçün özəl otaqlar, keçici xəstəliklərə görə özəl bina, həkimlərin evləri, yeni həkimlik öyrənənlərə başqa bir məktəbxana, qonaq gələn həkimlərə qonaqxana var idi.
6.Qonaqxana
Bu bina səfirlər, elçilər, yolçular və başqa şəxslərin qalmağı üçün tikilmişdi.Burada həmçinin münasibətlərlə yeməklər bişib paylanardı.
Qonaqxananın gündəlik xərci 300 dinar idi.Burada bir hamam, bir kitabxana və nümayişxana da var imiş.Bu nümayişxanada xüsusilə başqa ölkələrdən gələn oyunçular öz bacarıqlarını göstərərdilər.Bu işlər qonaqların darıxmamasından ötrü həyata keçirilərdi.
7.Bəylər evi
Qonaqxana kimi bu bina da xüsusi bəzəklə bəzədilmişdi.Bəylər və xanların qalmağı üçün nəzərdə tutulmuşdu.
Alimlər, sufilər, dərvişlər də bu binada qalardılar.Binanın çevrəsində yerləşən evlər orada çalışanlara aid idi.
8.Xanegah
Bu hissə digərlərinə nisbətən kiçikdir.Dərvişlər, sufilər bura yığışaraq mübahisə keçirərdilər.Binanın bir qapısı Sultanın məzarına digər qapısı isə hasardan eşiyə açılarmış.
9.Kitabxana
Bu binanın qalıqları Sultaniyyə günbəzindən 7 km aralıda Sünbülabadda tapılmışdır.Bina bir geniş salon və onlarca daxma kimi otaqlardan ibarətdir.Bu kitabxanadakı kitabların sayının Təbrizdə yerləşən Rəb-e Rəşidiyə bərabər (60 min nüsxədən ibarət) olduğu qeyd edilir.
Avropalı Qlarious adlı tədqiqatçı turist bu kitabxana haqqında yazır:
“Burada olan kitablar say baxımından əlavə yazı, ölçü və qabıqları baxımından daha görkəmlidirlər.Onların bir hissəsinin eni bir qol (dirsəkdən dırnağa qədər), boyları isə 5 qol ölçüsündədir.Yazıları bir barmaq uzunluğundadır.Sətirlər qızılı və qara mürəkkəblə gözəl şəkildə yazılıb.Onlardan bir neçə səhifəni qopardıb Heleşteyn kitabxanasına göndərmişəm.Orda olan Quranlar daha görkəmlidir.Onların qabıqları ceyran dərisindəndir.”
10.Yasa evi
Yasa evi bu evin hakimiyyətdə olan şəxslərinə aid qurultay binasıdır.Onlar bura toplanaraq yeni yasalar yazır, ölkədə üz verən işləri dəyərləndirərdilər.(Bu günün dili ilə desək Parlament imiş.)
Burada müstəqil dəftərxana, kitabxana və yeməkxana var imiş.Təsadüfən burada yatıb qalanları ağır cəzalandırardılar.Binanın oturacaqlarında parça və xalıdan əsla istifadə olunmayıb.
11.Divanxana
Bu binaya şəhərin hər tərəfindən özəl bir yol var idi.Bura gediş-gəliş sərbəst halda mümkün olurdu.Həkimlər, qazılar, qarovulçular, darğalar və şəhərin, xalqın digər qoruma qüvvələri burada qalardılar.Şikayəti olan xalq bura gələrdi.
Divanxananın bir hissəsi təkcə alverçilərin işlərinə yetişmək üçün qurulmuşdu.Onu “Kəryas” da adlandırardılar.
12.Cümə məscidi
1000 nəfərə yaxın insan yerləşən bu məscid xanegaha yaxın yerdə düzəldilmişdi.3 günbəzli bu məscidin divarlarının eni 8 metr idi.Məscid mavi rəngdə kaşılarla bəzədilmişdi.
13.Sultan məzarı
Bura Olcaytunun məzarıdır.İtaliyada yerləşən “Santa Mariya Delfiore” və İstanbulda olan “Ayasofiya”dan sonra dünyanın 3-cü əzəmətli binası hesab olunur.Bu binanın əzəmətli günbəzi altında 3 başqa bina yerləşib:Həşti, türbətxana, sərdabə.Ucalığı 51 metr, genişliyi 25,5 metrdir.
Deyilənə görə tikintidə istifadə olunan palçıq suyla yox, ceyranların südü ilə qarışdırılıb.Çöldən rəngi mavi, içəridən al qırmızıdır. 3 dəmir qapısının üstü tamamən gümüşə tutulmuşdur.Hər qapını açıb-bağlamağa 20 kişi lazımdır.
Bu bina Sultaniyyənin ilk binası sayılırdı.Olcaytu 1304-cü ildə onu yeniləyən zaman binanın ömründən 200 il keçirdi.Onun ilk binası Moğol hakimlərinə aid edilir.Qacar şahı 1800-cü ildə bura yaxın hərəm sarayı üçün bir bina tikdirdi.Odur ki, ondan qalan yadigarlar Sultaniyyəəyə aid edilməməlidir.
Təəssüf ki, bu cür görkəmli və abad bir şəhər Topal Teymur tərəfindən viran edilərək yer üzündən silindi.
XƏBƏR LENTİ
Erməni ordusunda hərbçi qıtlığının çirkin mənzərəsi
Fitness model çox yeyib, arıq qalmağın sirrini açdı - FOTO
Qarabağın həlli üçün yeganə yol
Sodanın faydaları
Azərbaycanda 62 əsir var – Erməni deputat
7 ölkə Rusiyaya qarşı bəyanatla çıxış etdi
Facebook telefonunuza virus yayır
Paşinyan: “Müdafiə xəttimiz dağıdıldı və bu fəlakətlə nəticələndi”
Sevimli ayaqqabılar
Əsgər yolu gözləyənlər
Bu şəkli çəkən azərbaycanlıdır.
Ağcaqanadları uzaqlaşdırmağın 4 yolu
Məşhur aktrisa intihar etdi
Bu tərəvəzlər immuniteti gücləndirir
Nyu York moda həftəsində qeyri-adi trendlər
Dünyanın ilk trilyoneri o ola bilər
Qara rəngli dekolteli don modelləri
Məhkəmə Dəniz Çakır haqda qərar verdi
Şokoladlı peçenye (foto resept)
Uşaqlar üçün ad günü tortları
Təbii gözəllik
WhatsApp-da daha bir yenilik
Ağız qoxusunun qarşısını alan üsullar
Yuxuda arıqlamağın yolları
Merve Özbeydən Demet Akalın açıqlaması
Prezidentdən qanuna dəyişiklik - Məzuniyyətə çıxanlar bir aylıq əlavə müavinət alacaq
Azərbaycan MN: “Düşmən əcnəbi muzdluları qabağa verir, onların meyitinə də sahib çıxmır”
TƏBİB: “Koronavirus testlərinin qiymətlərinə qarışmırıq”
Buse Varolun xına gecəsindən FOTO
Quranı 45 milyon dollara almaq istədilər: Satmadı
Brokolili orecchiette (foto resept)
Bütün bədəni skaner edən ilk qurğu - VİDEO
Nişan şirniyyatları
Dünyanın ən bahalı geyim sahibəsi Beyonce oldu-FOTO
Saç aksesuarları
Krediti olanlar oxusun-video
İnsanların daha sonra peşman olduğu 10 şey
Melaniya Tramp: “Donald rahatlıq tapmayacaq”
Prezident seçkiləri günü Azərbaycanda hava necə olacaq?
Qadınlar niyə kişi kimi görünürlər?
Pişik qatili dahi bəstəkar – YANLIŞ BİLDİKLƏRİMİZ
QASIRДћA ABŞ-a yaxınlaşdı
Ermənistan ordusu iki polkovnikdən sonra generalını da itirdi
"Google" Krımı Rusiyaya verdi
Cəbhədə qızğın atışma
WhatsApp: 2 ayda 50 milyon
Ermənistan ordusunda fərarilərin sayı durmadan artır
Yeni kəşf hər kəsi həyəcanlandırdı-FOTO
Alimlər xəbərdarlıq edirlər: "Yatağınızı yığmayın!"
Bakıda mənzillərin qiymətləri
- ŞƏRHLƏR