Sarısu gölü - İmişli və Sabirabad rayonları ərazisində Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru, 22 km uzanan və bir-biri ilə əlaqəli dörd göldən biri olmaqla, çay-dərə eroziya mənşəlidir, böyük göllər sırasına daxildir, şirinsuludur. Suyunu əsasən Şərbətqobu vasitəsilə Ağ göldən, yeraltı və yağıntı sularından alır, Kür çayına axını var.
Hacıqabul rayonu və Şirvan şəhərinin ərazisində yerləşən göl.
Hacıqabul gölü Kür çayının vaxtaşırı daşması və Xəzər dənizinin çəkilmələri nəticəsində yaranmışdır. Azərbaycandakı başqa düzənlik göllərinin əksəriyyətindən fərqli olaraq, bu göldə qamışlıq bitkiləri zəif inkişaf edib. Lakin ətrafdakı dayaz sulu çaylar və nohurlar bu çatışmazlığın əvəzini artıqlaması ilə çıxır. Göldəki su durğundur və qışda donmur. Şirvan Elektrik Stansiyasının ilıq suları da bu gölə tökülür.Dərinliyi 5 metrdir.Suyu ilıq olan bu göldə mamırların və onurğasızların bol olması quşlar üçün bol yem bazası yaradır.
Xocahəsən gölünə atılan çirkab sularının 80%-ə qədəri kommunal-məişət mənbəli tullantılardır. Suyun minerallaşmasına görə şortəhər sulu göllər qrupuna aiddir. Göl suyunun tərkibində anionların konsentrasiyaları sanitar normadan coxdur. Belə ki, xloridlərin miqdarı normadan dəfələrlə, sulfatlar isə bir necə dəfə yüksəkdir, bu da gölün dəniz suları ilə əlaqəli yeraltı sularla qidalanması ilə əlaqədardır. Xocahəsən gölündə fenollar və kadmium YVQH-dən bir-necə dəfə coxdur.
Batabat gölü –Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində şirin sulu göl. Uçqun və sürüşmədən yaranan bənd gölüdür.
Göygöl - 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə isə füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə seçilən məşhur Göygöl yaranmışdır. Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir. Ərazisində 423 növ ağac və kol, dərman bitkiləri var.Ərazidə Qafqaz maralı, cüyür, ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, caqqal, porsuq, oxatan kirpi, cöl pişiyi, vaşaq var.
Maralgöl - Azərbaycanın dağ göllərindən biridir. Göy-göl yaxınlığında yerləşir.
Dəniz səviyyəsindən hündürlüyü 1910 m, uzunluğu 700 m, eni 500 m, sahəsi 23 km²-dir. Ən dərin yeri 60 m-dir.
Qırmızı göl - Azərbaycan ərazisində göl. Qanlı göl olaraq da adlandırılır. Göldə neft məhsulları ilə çirklənmə var. Burada neft məhsullarının miqdarı normadan 4 -10 dəfə yuxarıdır. Yaxınlıqda lay suları var və bütün bu lay suları hamısı gölə axdılır. Göldə çirklənmə normadan dəfələrlə artıqdır.
Acınohur gölü-Azərbaycanın Şəki rayonu ərazisində göl. Acınohur gölü tektonik mənşəli, şorsulu (axarsız) göllər qrupuna aiddir. Mingəçevir su anbarının şimalında yerləşir.
Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına və Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Ağ göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, 2001-ci il 25 may tarixində "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının "Ramsar Siyahısı"na daxil edilmişdir.
Candargöl - Ağstafa rayonunda yerləşir. Azərbaycan Respublikasının qərbdəki iki ucqar nöqtəsindən biridir. Eyni zamanda Azərbaycan və Gürcüstan arasındakı sərhəd gölün tam ortasından keçir.
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR