Qadin.NET / Azərbaycan gölləri

Azərbaycan gölləri

Azərbaycan gölləri

Sarısu gölü - İmişli və Sabirabad rayonları ərazisində Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru, 22 km uzanan və bir-biri ilə əlaqəli dörd göldən biri olmaqla, çay-dərə eroziya mənşəlidir, böyük göllər sırasına daxildir, şirinsuludur. Suyunu əsasən Şərbətqobu vasitəsilə Ağ göldən, yeraltı və yağıntı sularından alır, Kür çayına axını var.

Azərbaycan gölləri

Hacıqabul rayonu və Şirvan şəhərinin ərazisində yerləşən göl.

Hacıqabul gölü Kür çayının vaxtaşırı daşması və Xəzər dənizinin çəkilmələri nəticəsində yaranmışdır. Azərbaycandakı başqa düzənlik göllərinin əksəriyyətindən fərqli olaraq, bu göldə qamışlıq bitkiləri zəif inkişaf edib. Lakin ətrafdakı dayaz sulu çaylar və nohurlar bu çatışmazlığın əvəzini artıqlaması ilə çıxır. Göldəki su durğundur və qışda donmur. Şirvan Elektrik Stansiyasının ilıq suları da bu gölə tökülür.Dərinliyi 5 metrdir.Suyu ilıq olan bu göldə mamırların və onurğasızların bol olması quşlar üçün bol yem bazası yaradır.

Azərbaycan gölləri

Xocahəsən gölünə atılan çirkab sularının 80%-ə qədəri kommunal-məişət mənbəli tullantılardır. Suyun minerallaşmasına görə şortəhər sulu göllər qrupuna aiddir. Göl suyunun tərkibində anionların konsentrasiyaları sanitar normadan coxdur. Belə ki, xloridlərin miqdarı normadan dəfələrlə, sulfatlar isə bir necə dəfə yüksəkdir, bu da gölün dəniz suları ilə əlaqəli yeraltı sularla qidalanması ilə əlaqədardır. Xocahəsən gölündə fenollar və kadmium YVQH-dən bir-necə dəfə coxdur.

Azərbaycan gölləri

Batabat gölü –Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində şirin sulu göl. Uçqun və sürüşmədən yaranan bənd gölüdür.

Azərbaycan gölləri

Göygöl  - 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə isə füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə seçilən məşhur Göygöl yaranmışdır. Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir. Ərazisində 423 növ ağac və kol, dərman bitkiləri var.Ərazidə Qafqaz maralı, cüyür, ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, caqqal, porsuq, oxatan kirpi, cöl pişiyi, vaşaq var.

Azərbaycan gölləri

Maralgöl - Azərbaycanın dağ göllərindən biridir. Göy-göl yaxınlığında yerləşir.

Dəniz səviyyəsindən hündürlüyü 1910 m, uzunluğu 700 m, eni 500 m, sahəsi 23 km²-dir. Ən dərin yeri 60 m-dir.

Azərbaycan gölləri

Qırmızı göl - Azərbaycan ərazisində göl. Qanlı göl olaraq da adlandırılır. Göldə neft məhsulları ilə çirklənmə var. Burada neft məhsullarının miqdarı normadan 4 -10 dəfə yuxarıdır. Yaxınlıqda lay suları var və bütün bu lay suları hamısı gölə axdılır. Göldə çirklənmə normadan dəfələrlə artıqdır.

Azərbaycan gölləri

Acınohur gölü-Azərbaycanın Şəki rayonu ərazisində göl. Acınohur gölü tektonik mənşəli, şorsulu (axarsız) göllər qrupuna aiddir. Mingəçevir su anbarının şimalında yerləşir.

Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına və Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Ağ göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, 2001-ci il 25 may tarixində "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının "Ramsar Siyahısı"na daxil edilmişdir.

Azərbaycan gölləri

Candargöl - Ağstafa rayonunda yerləşir. Azərbaycan Respublikasının qərbdəki iki ucqar nöqtəsindən biridir. Eyni zamanda Azərbaycan və Gürcüstan arasındakı sərhəd gölün tam ortasından keçir.

Azərbaycan gölləri

 


16 iyul 2013
GO BACK