Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Urnayr
(e.ə.IV əsr)
Tarixi Azərbaycan ərazisi haqlı olaraq qədim sivilizasiya ocaqlarından biri sayılır. Yaxın Şərq və Şərqi Avropa mədəniyyətlərinin kəsişdiyi yerdə yerləşən dövlətin coğrafi movqeyi bir çox etnomədəni xüsusiyyətlərin mövcudluğunu şərtləndirirdi. E.ə. III minillikdə bu ərazidə unikal "Kür-Araz mədəniyyəti" formalaşır. E.ə. IV əsrdə bu ərazidə yaşamış ayrı-ayrı tayfalar Albaniya dövləti adı ilə tanınan qurumun tərkibində birləşmişdilər. Qədim yunan müəllifi Strabon yazırdı ki, Albaniya əhalisi vahid mərkəzdən idarə olunan 26 tayfadan ibarətdir. Bu tayfaların vahid mədəniyyəti alimlər tərəfindən şərti olaraq Yaloylutəpə mədəniyyəti kimi qeyd olunur. Antik dövr müəllifləri qeyd edirdilər ki, Albaniyada 30-dan artıq şəhər mövcud olmuşdur. Arxeoloji qazıntılar nəticəsində sübut edilmişdir ki, antik dövr alban şəhərləri siyasi-inzibati və sənətkarlıq-ticarət və mədəni mərkəzlər olmuşdur.
Albaniyada hakimiyyətdə olan hökmdarlar yerli Arranilər sülaləsinə mənsub olmuşlar, sonralar bu sülalə Arşakilər sülaləsi ilə əvəz edilmişdir. Məlumdur ki, birinci sülalənin adı Arran adı ilə bağlıdırsa, ikinci sülalənin adı Azərbaycanda qədimdən məskunlaşmış türk tayfası sakların adı ilə bağlı olmuşdur.
Artıq I-II əsrlərdə Yerusəlimdən (Qüdsdən) Albaniya ərazisinə xristianlıq yayılmağa başladı. Əvvəllər müxtəlif bütlərə sitayiş edən Albaniya əhalisi tədricən xristianlığ qəbul edir. Arxeoloji qazıntılar sübut edir ki, xristianlığa qədər Albaniyada bütpərəstlik hökm sürmüş, insanlar günəş və od, su və torpağa sitayiş etmişlər. Cənubi Azərbaycanda atəşpərəstlik hökm sürdüyü bir dövrdə Albaniyada (Şimali Azərbaycan) bütpərəstlik hökm sürür, bütlərə qurbanlar kəsilirdi. Tarixi mənbələrdən məlum olur ki, Fələstindən Albaniyaya xristianlığı gətirənlər arasında Yegişe adlı birisi fəallıq göstərirmiş. O, Qiş (indiki Kiş) kəndində ilk məbəd inşa etmişdir. Daha sonra kilsələr digər yerlərdə də inşa olunmağa başlanmışdır və artıq VII əsrdə, ərəblərin yürüşləri ərəfəsində hər kənddə kilsə var idi. Şəhərlərdə olan kilsələrin sayı isə onlarca idi. İndiki erməni "müəlliflər"-in Yaxın Şərqdə xristianlığı ilk qəbul edənlər sırasında öz əcdadları, "qədim erməniləri" göstərmələrinə baxmayaraq, aparılmış tədqiqatlar bunu təkzib edir. Yazılı xristian mənbələrində göstərilir ki, Albaniyada xristianlıq Ermənistandan (Van gölündən qərbdə olan ərazi nəzərdə tutulur) tez yayılmışdır. Qafqazda ilk xristian məbədi olan Qiş məbədi "Şərq kilsələrinin anası" adlandırılır.
Üzdəniraq erməni "tədqiqatçılar" gah Albaniyanın heç vaxt mövcud olmadığını, gah Albaniyanın "Böyük Ermənistan" adlı uydurma dövlətin hissəsi olduğunu, gah da alban kilsəsinin erməni kilsəsinə tabe olduğunu iddia etsələr də, aparılmış tədqiqatlar bunu təkzib edir. Azərbaycan Respublikasının Şəki rayonunun Kiş kəndində 2000-2001-ci illərdə Azərbaycan arxeoloqları və Norveç krallığının arxeoloqları tərəfindən aparılmış birgə tədqiqatlar buradakı alban kilsəsinin, doğrudan da, Fələstindən şərqdə olan ərazilərdə on qədim kilsə olduğunu sübut etmiş, bu da ermənilərin bütün iddialarına qarşı tutarlı cavab olmuşdur.
Albaniyada xristianlığın dövlət dini statusu qazanması alban hökmdarı Urnayrın adı ilə bağlıdır. Hələ 337-ci ildə onun əcdadı Sanatruk (bəzi mənbələrdə Sanatürk) ermənilərin romalılarla əlbir olub. Albaniya istiqamətində yürüşlər etmələrini görüb Azərbaycana şimaldan gəlmiş türk hun tayfaları ilə birləşərək Van gölü istiqamətinə gözlənilmədən güclü yürüş etmişdir. Onun qoşunları düşmənləri darmadağın etmiş, alban süvariləri Van gölünün qərb sahillərinə çıxmışlar. İndiki dövrdə bütün bu tarixi həqiqətləri unudan erməni "tarixçilər" guya "dənizdən-dənizə" olan ərazilərin" onların olmasını iddia edir, əslində tarixdə baş vermiş hadisələri
isə xatırlamamağa çalışırlar. Halbuki qədim Albaniyanın ərazisi Xəzər dənizindən başlayıb İberiya sərhədlərinə qədər uzanmışdır, Göyçə gölü isə Albaniyanın daxili gölü olmuşdur.
Hökmdar Urnayrın adı ilk dəfə 314-cü ildə çəkilir. Belə ki, o, Albaniya ərazisində yaşayan tayfaları uzaqgörənliklə birləşdirmək qərarına gəlmiş, bu yolda əsas vasitənin din olmasını anlamışdır. Nəticədə o, 314-cü ildə xristianlığı Albaniyanın dövlət dini elan etmişdir. Təkallahlığı qəbul etməklə o, tayfalarda olan bütləri məhv edir və tayfaları vahid din ətrafında birləşdirirdi. Xristianlığın qəbul edilməsi, həmçinin quldarlıq quruluşunun yeni, feodalizm quruluşu ilə əvəzlənməsi prosesi Albaniyanı daim tabe etməyə çalışan və İran feodalları tərəfindən idarə olunan Sasani dövləti ilə, həmçinin Şərqi Roma (sonralar Bizans) dövləti ilə mübarizə şəraitində baş verirdi. Xristianlığı Fələstin missionerlərindən (yəni xristianlığın mənbəyindən) qəbul etməsi isə müstəqil alban kilsəsi yaratmağa, Roma xristian rəhbərlərindən asılı olmamağa imkan verirdi. Eyni zamanda, Sasani hökmdarları da alban əhalisinə təsir imkanlarını itirirdilər. Beləliklə, Urnayrın addımı Albaniyanın vahidliyini və müstəqilliyini təmin edən addım kimi qiymətləndirilməlidir.
Qafqazda ilk xristian dövləti olan Albaniya özü xristianlığı digər Qafqaz xalqları arasında yaymağa başlayır. Buradan missionerlər Qafqaz dağları və Xəzərsahili çöllərə yollanır, Qafqaz dağlarından şimalda təkallahlılığı yayırlar. Məhz alban missionerlərinin sayəsində
xristianlıq regionda aparıcı dinə çevrilir, vacib siyasi amilə dönür. Nəticədə alban hökmdarı Şimali Qafqaz və Volqaboyu əhalisinə təsir etmək imkanı qazanır və bu imkandan istifadə edir.
Urnayrın regionda artmış qüdrətini görən Sasani hökmdarı II Şapur onunla qohum olmaq istədiyini bildirir və razılıq alır. II Şapurun bacısı ilə evlənən Urnayr qərbdən gələn yeni təhlükənin qarşısını almağa çalışır. Belə ki, Roma qoşunları əlaltıları olan ermənilərlə Albaniyanı zəbt etmək fikirlərindən dönməmişdilər.
Haşiyə çıxaraq qeyd etmək lazımdır ki, romalıların Albaniyaya ilk yürüşü e.ə. 66-cı ildə baş vermişdir. O vaxtdan bəri romalılar mütəmadi olaraq Albaniya üzərinə yürüşlər etmiş, lakin güclü müqavimətlə üzləşmişlər. Dünyanın ən qüdrətli dövləti sayılan Roma imperiyası bütün səylərinə baxmayaraq Albaniyanı zəbt edə bilməmişdir.
359-cu ildə Roma-erməni qoşunu yürüşə hazırlaşdığı dövrdə Urnayr II Şapurla görüşüb düşmənin hücumunu gözləməməyin, əksinə, hücum edib onu öz torpaqlarındaca məğlub etməyin vacibliyini sübut edir. Birləşmiş alban-Sasani ordusu Suriya istiqamətində yürüş edir və Amida şəhəri yaxınlığındakı döyüşdə düşmənlərinin belini sındırır. Bu dövr mənbələrində Urnayr haqqında belə yazılmışdır: "Urnayr, şərəfli döyüşçü, öz şanlı adını o, böyük müharibələrdə qazanmış, Ermənistanın daxilində öz zəfər bayrağını sancmışdır".
Qələbədən sonra vətənə qayıdan Urnayr ölkədə quruculuq işləri ilə məşğul olmuşdur. O, xristianlığı yaymaq üçün xüsusi qanunlar qəbul etmiş, dini məktəblər açmışdır. Torpaqların bir qismini kilsə torpaqları adlandırmışdır ki, onlardan gələn gəlir kilsənin xərclərini ödəsin. Bununla belə, dədə-baba dinlərindən imtina etməyənlərə qarşı o, yumşaq münasibət göstərmiş, heç bir cəza tədbirləri həyata keçirməmişdir. Nəticədə artıq IV əsrin ortalarında xristianlıq Albaniyada əsl dövlət dini olmuşdur. Bu, Sasani hökmdarının xoşuna gəlməsə də, Urnayr kimi güclü müttəfiqi itirmək istəməyən II Şapur bu tədbirlərə göz yummağı üstün tutmuşdur.
371-ci ildə Roma qoşunları yeni, daha güclü bir yürüşə başlayır. Alban-Sasani ordusu onları qarşılayır, lakin Dzirav yaxınlığında baş verən döyüşdə məğlub edilir. İgidliklə vuruşan Urnayr bu döyüşdə ağır yaralanır və mühafizəçilərinin köməyi ilə vətəninə çatdırılır. Lakin romalılar da böyük itkilər vermişdilər. Nəticədə Roma-Sasani danışıqları başlayır. 387-ci ildə imzalanan müqaviləyə əsasən Ermənistan dövlətinin adı dünyanın siyasi xəritəsindən silinir. Van gölü ətrafında olan torpaqlar Roma ilə sasanilər arasında bölünür. Növbəti erməni dövləti 1918-ci ildə Azərbaycanın ermənilərə bağışladığı İrəvan şəhəri ətrafında yaranmışdır.
Urnayrın müqavilədən sonrakı taleyi məlum deyil. Hər halda, bir şey məlumdur ki, o, dövlətinin müstəqilliyini və ərazi bütövlüyünü təmin etmiş, xalqın bölünməsinə imkan verməmişdir.
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR