ANS TV-nin məlumatına görə, ölkədə manatın kəskin zəifləməsi üçün heç bir əsas yoxdur. Son iki həftədə dolların manata nisbətdə bahalaşması fonunda, əhalinin əmanətini dollarla saxlamağa üstünlük verməsilə valyutudəyişmə məntəqələrində yaranan ajiotajdan sonra Mərkəzi Bank sədrindən baş verənlərə açıqlama gəlib. Elman Rüstəmov dövlət televiziyasına açıqlamasında əhalini narahat olmamağa çağırıb.
Mərkəzi Bankın sədri Elman Rüstəmovun sözlərinə görə, dəyişkliyə baxsanız valyutadəyişmə məntəqəsindəki dəyişiklilər adətən 4 rəqəmli olur: “4 rəqəmin axırıncı rəqəmi 1 qəpik səviyyəsində deyil, qəpiyin yüzdə birləri səviyyəsində gedən çeviklik gətirir. Təbii ki, bundan narahat olmağa dəyməz”.
Elman Rüstəmov vurğuluyub ki, manatın dəyərdən düşməsi iki halda baş verə bilər. Ya ölkənin ödəmə balansında davamlı defisit olarsa, ya da heç bir ehtiyatı olmazsa. İndiki halda bunların heç biri Azərbaycanda olmadığı üçün manatın kəskin ucuzlaşmasını gözləməyə dəyməz.
Mərkəzi Bankın sədri söyləyib ki, ölkədə ÜDM-nin 70%-nə yaxın bir səviyyədə valyuta ehtiyatları olduğu üçün belə bir təhlükə yoxdu. Baş bankir son iki ayda ölkədə dollarlaşma prosesinin getdiyini, bunun da 4% artıma səbəb olduğunu deyib və dollara üstünülk verilməsini psixoloji və xaricdə gedən amillərə bağlayıb. Valyutadəyişmə məntəqələrindəki yaranmış vəziyyətə toxunan baş bankir etiraf edib ki, bu gün nağd valyutaya tələbat artıb. Buna görə də Mərkəzi Bank kommersiya banklarına əhalinin əmanətlərinə xarici valyutaya çevirmək üçün şərait yaradılmasına göstəriş verib.
İdarə heyətinin sədri hesab edir ki, dünyada baş verən proseslərə reaksiya verilməlidi. Hazırda avronun dollarla qarşı ucuzlaşması, manatın dollara bağlılığını aradan qaldırmaq üçün, Avrozoanda iqtisadi perspektivlər nəzərə alınaraq avro səbətdə bərpa edilib və birvalyutalı səbətə keçilir. Bu siyasətin məzənnə siyasətinə çeviklik və müstəqillik gətirəcəyi gözlənilir. Çevik məzənnə siyasəti idxal olunan mallarda bahalaşma yaradacağı istisna deyil.
Elə əhalinin bəzi təbəqəsi də çeviklik göstərərək valyuta mübadiləsi məntəqələrinə üz tutur. Bu gün də valyutadəyişmə məntəqələrində ajiotaj davam edirdi. Hətta bəzi məntəqələrdə sıxlıq da görmək mümkün idi. Əhalinin bir qismi manatla olan əmanətini dollara çevirməyə çalışırdı. Əksər məntəqələrdə isə dollar satılıb qurtarmışdı.
Valyutadəyişmə məntəqəsinin işçisi Aqil İbrahimovun sözlərinə görə, dollara tələbat 6-7 dəfə artıb: “Adi günlərdə 100 min satırdıqsa, indi 500 min satırıq. Hazırda dolları satıb qurtarmışıq. Banklardan gündə bir-iki dəfə götürə bilirik”.
Bəzi mübadilə məntəqələrində dollların satış qiymətində artım müşahidə edilirdi.
Valyutadəyişmə məntəqəsinin işçisi Fikrət Abışov bildirdi ki, hazırda dollar 79-dan satırılır, tələbat çoxdu deyə dollar bahalaşıb.
Mərkəzi Bankın açıqlamasında dolların məzənnəsi manatla nisbətdə ötən gün 78,53 bu gün isə 78,55 qəpik olub.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
BDU Zaqreb Universiteti ilə memorandum imzalayıb
Həftənin ilk iş günündə hava necə olacaq?
Günün qoroskopu: sevgililər küsüşəcək, dil tapmaqda çətinlik çəkəcək
Alimlərdən Yer sakinlərinə qorxunc mesaj
Çoxuşaqlılığa görə müqavimət alan analar
Xilal
2020-ci ilin ayaqqabı trendləri
Şampunlarınıza şəkər əlavə edin
Quşüzümlü portağal şirəsi (foto resept)
Azərbaycanda zəlzələ
2014-cü ilin toy dəvətnamələri
Azərbaycanda alimlərə müjdə: eviniz olacaq
Azərbaycan və Türkiyə turizm sahəsində birgə işlər görəcək
Ərikli piroq(foto resept)
Yay havası gəlir
Dünyanın ən qədim tacı göstərilir
Qorxma, yaxınlaş anana
Xocavənd rayonunun kəndi ilə bağlı QANUN
Məşhurların çəkildiyi Filmə cəmi 27 nəfər baxıb
Alimlərdən qorxunc proqnoz: 30 ildən sonra...
"Babil" bu tarixdə yayımlanacaq
Putindən ABŞ-a nüvə hədəsi
Koronavirusa yoluxmuş şəxslə eyni binada qalanlar müayinədən keçməlidir? - AÇIQLAMA
Günün qoroskopu: Sevdiklərinizə zaman ayırın!
Tarixin ağ ləkələri
Beş gün evdə qalacağıq
Qaymorit nədən əmələ gəlir?
Dünyadan maraqlı görüntülər
Bakıda Məmməd Arazın xatirə gecəsi keçirildi
Polşa Pentaqonu istəyir
Barışdıqdan sonra ilk dəfə-FOTO
Bu günün hava proqnozu
Prezident bir qrup hərbi qulluqçunu “Laçının azad olunmasına görə” medalı ilə təltif edib - SƏRƏNCAM
İranda Məktəblər təcili bağlandı, Səhiyyə Nazirliyi XƏBƏRDARLIQ EDİR
Rianna yeni filmə çəkilib - FOTO
Gözaltındakı qaraltını yox edən maska
Edgy tərzi necə olmalıdır?
Zoopark və sirklər qadağan edilə bilər
Xokkey, futbol, raketa... - bizdə niyə yoxdur?
Yay geyim nümunələri
İtalyan üsulu çiyələkli keks (foto resept)
Möhtəşəm valideynlər
Günün qoroskopu: nəticələr çıxarmaq vaxtıdır
Hansı insanlara evlənmək olmaz?
Üzündəki sızanaqları təmizləmək istədi, qaraciyərini itirdi - FOTO
Bakının 3 rayonunda su problemi olacaq
İtaliyada iki avroya ev almaq mümkün olacaq
Ömrü uzadan meyvələr hansılardır?
Mövsüm dəbi
Daha bir serialın yayımı dayandırıldı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]