Qədim Mayya sivilizasiyası niyə məhv olub? Alina Belaris ( tarix elmləri üzrə magistr)
Qədim tarixin ən möhtəşəm tapmacalarından biri Mayya imperiyasının süqutu ilə bağlıdır. Mayya hindliləri yüz illər öncə böyük şəhərlər, gözəl məbədlər və ecazkar piramidalar tikiblər. Bu əfsanəvi imperiyanın dirçəliş dövründə (təxminən eramızın 900-cü ilində) kənd təsərrüfatı yerlərində insan sıxlığı hər kvadrat kilometrə 500 nəfər təşkil edib. Şəhərlərdə isə bu rəqəm 2000-i ötüb keçib, müqayisə üçün müasir Los-Ancelis və ya bütünlüklə Sinqapurda əhalinin orta sıxlığını göstərmək olar. Amma hansı səbəbdənsə bu sivilizasiya sönüb, şəhərlər inkişafdan qalıb, tikililər isə, zamanla xarabalığa çevrilib. Hazırda alimlər hesab edirlər ki, bu sivilizasiyanın məhvi təkcə sosial və iqtisadi səbəblərlə məhdudlaşmır.
Qədim Mayya üzrə mütəxəssislər, bu sivilizasiyanın Meksika sərhədləri yaxınlığında Qvatemala rayonlarının birində yerləşən xarabalıqlara diqqət yetiriblər. Onları bu qədim imperiyanın məhvinin yalnız tarixi aspekti maraqlandırmır. Yerli təbiəti tədqiq etməklə onlar yeni faciəni qabaqlamağa ümid bəsləyirlər. Qədim mayyalılar tərəfindən buraxılmış səhvlər Qvatemalanın bu rayonunda hazırda yaşayan əhaliyə dərs olmalıdır. Odur ki, alimlər bu insanları həmin faciənin təkrarlanmasından yayındırmağa çalışırlar.
Qədim göl bataqlıqları təbəqəsində qorunmuş bitki köklərini analiz edərək tədqiqatçılar belə qənaətə gəlirlər ki, təxminən 1200 il qabaq (Mayya imperiyasının məhvindən bir az öncə) bu təbəqədə ağac kökləri məhv olmağa başlayırlar. Onların yerində külli miqdarda yabanı ot kökləri peyda olur. Bu fakt bizə bir vacib məlumatı çatdırır; burada qalın meşələr yoxa çıxmışdır (ehtimal ki, yerli əhalinin baltasının təsirilə). Bu səbəbdən də burada gil eroziyası və onun məhsuldar layının zəifləməsi baş verib. Bu proseslər də öz növbəsində əhəmiyyətli problemlərlə, məsələn, regionda orta tempraturun 6 dərəcə qalxması ilə nəticələnib (bunu kompüter modeli vasitəsilə öyrənmək mümkün olub).
Qeyd olunan istilik tədricən gili qurutmuş və onun məhsuldarlığını zəiflədib. Bundan əlavə, orta tempraturun qalxması illik yağıntıların həcmində də nəzərəçarpacaq dəyişikliklərə səbəb olub. Quru keçən mövsümlərdə insanlar su çatışmazlığından əziyyət çəkiblər. Qrunt sularının həddi 150 metrdən də dərinə enmiş, onların əldə edilməsi mümkünsüzlüyə çevriləndə həyat tərzi bütünlüklə təbiətin şıltaqlığından asılı olub. Yaşamaq üçün yağış sularını toplayıb xüsusi yerlərdə saxlamaq lazım idi. Mayyalıların həyat şərtləri sadəcə dözülməz oldu. Arxeoloq və antropoloqlar bu region sakinlərinin sümük qalıqlarını öyrənərkən müəyyən ediblər ki, sivilizasiyanın süqutunun son onilliklərində yerli əhali susuzluqdan yetərincə əzab çəkiblər.
Lakin NASA-dan olan mütəxəssislər bu möhtəşəm sivilizasiyanın bədbinliyinin fonuna bir damla nikbinlik də qatırlar. NASA-da yeganə arxeoloq olan Tom Sever, Mayya sivilizasiyasının Qvatemala hissəsinin tədqiqatında kosmosdan çəkilən fotoşəkillərdən istifadə edib. Onların köməyilə Severin əlinə qədim mayyalılara məxsus daha bir tapmacanın açarı keçib; bir neçə yüzilliklər ərzində mayyalılar necə bu cür çiçəklənməyə nail olublar? NASA-dan olan arxeoloq peykdən alınan bu şəkilləri tədqiq edərkən, tədqiqat zonası yaxınlığında irriqasiya və drenaj sistemlərinə bənzər kanalların izinə rast gəlib. Yerli əhali bu kanalların aşkar olunduğu ərazini bajos, yəni xəndəklik adlandırır və buraları kənd təsərrüfatı üçün yararsız hesab edirlər. İyun ayından dekabr ayına kimi davam edən yağış mövsümündə bajos nəhəng palçıq bataqlığına çevrilir, ilin digər vaxtlarında isə toza dönənə kimi quruyur. Tom Severin kəşfinə qədər belə hesab edilirdi ki, bu cür yanaşma qədim mayyalıların iradəsindən kənar bir cəhd ola bilər. Severin qənaəti isə qətidir və daha irimiqyaslı tədqiqatlar tələb edir. Ona görə, aşkar edilmiş bu kanallar qədim mayyalıların gilin normal nəmliyini qorumaq üçün yaratdıqları xəndək sisteminin bir hissəsidir. Onlar bu xəndəklər vasitəsilə böyük bir ərazinin su hövzələrini idarə edə biliblər. Təxmin edilir ki, bajos sistemi sözügedən ərzinin 40%-ni təşkil edir.
Bu gün Qvatemalanın həmin hissəsində yaşayan yerli əhali torpağı qeyri-bərabər bölərək meşə zolağını katastrofik sürətdə məhv edirlər. Alimlər, Mayya imperiyasının süqutunun astanasında olan təhlükənin təkrarlanmasından çəkinirlər, hansı ki, yaşıllığın məhv edilməsilə gilin müdafiəsi azalmış, bu da ərazidə iqlim dəyişikliyinə səbəb olub. Kənd təsərrüfatı üçün əlverişli olmayan bajosun Tom Sever tərəfindən kəşfi ümid verir ki, yaxınlaşmaqda olan ekoloji faciəni yayındırmaq mümkün olsun. Bununla da yerli əhali öz qədim soydaşlarının acılarından faydalı dərs alaraq, təbiətə qarşı etdikləri qəddarlığın fərqinə varsınlar.
Ruscadan tərcümə etdi: Səbuhi Şahmursoy
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda ləğv olunmayan qadağalar açıqlandı - SİYAHI
Çində qeyri-adi ödəniş metodu
Gilaslı, limon souslu keks (foto-resept)
Yumurtanın qiyməti düşüb
Cessika Simpson 45 kq arıqladı-FOTO
Düşmənə daha bir tutarlı cavab
Görmə qüsurlu insanlar üçün "ağıllı" eynək
BÜRCLƏR bizə nə vəd edir?-26 noyabr
Atamın həsrəti...
Yubiley sikkələri buraxılacaq
2020-nin trend saç modelləri
Yeni il üçün avakado salatı(foto resept)
Uşaqlarınızı isti havalardan qoruyun!
Beynində 25 şiş var idi-Özü özünü sağaltdı-FOTO
Tibb universitetində yenilik
Qat-qat salat (foto resept)
Qəsəbələrətrafı marşrut xətləri ilə bağlı MÜHÜM AÇIQLAMA
Notr-Dam kilsəsinin təmirinə başlanıldı - FOTO
Güləşçimiz bürünc medal qazandı
2017 Met Gala: qırmızı xalı
Pensiya gözləyənlərə XƏBƏR!
2014-də dünya qovruldu
Qış fəsli üçün geyim dəstləri
Baş nazirdən koronavirusla bağlı SƏRƏNCAM
Kəs və yapışdır-55
Bu xanımın 117 yaşı tamam oldu
Şərab qırmızısı-Payızın ən gözəl rəngi
Məşhur hind aktyorlarının bu günü
Ayıcıq və düyməli çiçək qurabiyə(foto-resept)
Bergüzar Korel ağladı-SƏBƏB
Cemli yumşaq peçenye (foto resept)
ÜST ümidini kəsdi: "Həll yolu tapa bilmədik, uzun müddət..."
Dünyanın ən yaraşıqlı kişiləri: o vaxt və indi
Alişan doğulacaq körpəsindən danışdı
Putindən dünyanı ayağa qaldıran həmlə
Kıvanç Tatlıtuğ bal ayı FOTOlarına görə məhkəməyə getdi
Əsl Çin işi: ev yarıya bölündü, dağıdıldı - FOTO
Xanımından Kıvançla bağlı romantik paylaşım
Həcc ziyarətini 1000 kamera izləyəcək
Azərbaycanda ilk: ömürlük məhkum həbsxanada evləndi
Tərəvəzli gül boxçalar (foto resept)
İşsizlərin müavinəti 30-40% artırılacaq
Keçən həftə zövqsüzlüklə yadda qalan ulduzlar
28 dərəcə şaxta olacaq
İnfarkt riskini azaltmaq üçün...
Aleynanın yeni klipi bəyənilmədi-VİDEO
Dünyanın ən gözəl qızı
Koronavirusa görə işsiz qalan ana körpəsi üçün saçlarını satdı, amma...
Məşhur aktrisadan sevənlərinə üzücü xəbər
Ziyafət çantaları















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]