Milli.Az anspress-ə istinadən bildirir ki, şagird bir ay ərzində yeddi gündən çox dərs buraxarsa, şagirdin valideyni 100 manat miqdarında cərimələnəcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir. Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Layihə qəbul olunaraq parlamentin iclasına tövsiyə olunub.Layihənin qanun şəklində qəbul olunub, olmayacağı bəlli deyil, amma artıq cəmiyyət arasında buna reaksiyalar da var. Bəzi valideynlər bununla razı olduğunu bildirsələr də, bir çox valideynlər, hətta bəzi rəsmi orqan nümayəndələri heç də razı olmadıqlarını dedilər.Valideyn Heybətova Çinarə deyir ki, bu layihə ilə heç razı deyil: "Oğlum 4-cü sinifdə, qızım isə 3-cü sinifdə oxuyur. Düzdür, bacardığımız qədər dərsdən qalmırıq. Yalnız xəstələnəndə dərsdən qalmışıq, bir də havalar şaxtalı olanda. Yollara görə gedə bilmirik məktəbə. İndi belə vəziyyətə düşən valideyn 100 manat verməlidir? Bizim evdə yalnız yoldaşım işləyir, onun əmək haqqısı da 380 manatdır. Üç uşağım var, güclə bu aydan o biri aya çatdırırıq. Bizim kimi yüzlərlə ailə var. Neçə verəcək bu pulu?".Digər bir valideyn isə layihədən razı olduğunu qeyd etdi: "Bu məsələnin müsbət tərəfi odur ki, uşaq məcbur olub dərsə gələcək, avaraçılıqla məşğul olmayacaq, gedib dilənçilik etməyəcək. Həyətimizdə bir uşaq var. O, dərs adı ilə evdən çıxır, hər gün dilənir ki, özünə velosiped alsın, valideyninə də deyirik, amma vecinə deyil".Buna hüquq müdafiəçisi Mehriban Zeynalova da öz etirazını bildirib. O, öz Facebook səhifəsində məsələ ilə bağlı belə bir status da paylaşıb:"Təhsildən yayınan uşaqların 100 manat cərimələnməsi məsələsinə münasibətim müəyyən mənada müsbətdir. Amma əgər uşağın təhsildən yayınmasının səbəbi ailənin iqtisadi imkanının məhdudluğudursa... İkinci halda, imkanlı ailələr əgər uşağın adını məktəbə yazdırıb evdə repititor tutaraq təhsilə cəlb edirsə... Demək istədiyim odur ki, gözyumulu heç bir xidmət paketi təklif etmədən 100 manat cərimə təhsildə dönüş yaratmayacaq. Millət vəkilləri bir az əhali ilə ünsiyyətdə olub, vəziyyəti düzgün qiymətləndirməli, bu təklif daha hərtərəfli həyata keçirilməlidirlər".Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyir ki, o, qanunu bəyənilən sayır və sabah Milli Məclisdə müzakirəyə çıxarılanda onu dəstəkləyənlərdən biri olacaq."Son zamanlar baş verən hadisələr bizi bu cür addım atmağa vadar edir. Yəni bu qanunun əsas konseptual mahiyyəti təhsildən yayınma hallarının qarşısını almaqdır. Söhbət xüsusilə icbari təhsildən deyil. Bununla dərs adı ilə repititor yanına gedənlərin də, müxtəlif dini mərasimlərə üz tutanların da qarşısı alınmış olacaq. Hər halda, burada valideynlər daha məsuliyyətli olub, övladlarını başqa yönə deyil, məhz, təhsilə istiqamətləndirmək üçün daha diqqətli olar. Hər halda, 100 manat az məbləğ deyil, bunu ödəməmək üçün valideynlər uşaqlarına nəzarət edər", - deyə millət vəkili vurğuladı.Şəmsəddin Hacıyev onu da əlavə etdi ki, əgər təcili lazım olarsa, valideyn gəlib məktəbin direktorundan icazə ala bilər. Belə hallarda, heç bir cərimədən söhbət gedə bilməz. Uşaq xəstə olanda, ya evdə xəstəyə baxanda və ya başqa səbəblər nəzərə alınır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
DİQQƏT! Bu gün üç qəsəbəyə elektrik verilişində fasilələr olacaq
Allahşükür Paşazadə Türkiyənin səfirini qəbul edib
Siçovul göstərdiyi şücaətə görə medalla təltif olundu - VİDEO
Cüdoçumuz Avropa çempionu oldu
Azərbaycanda bir küçədə 53 nəfər koronavirusa yoluxdu, giriş-çıxış məhdudlaşdırıldı - RƏSMİ
Təhsil Nazirliyindən dərsliklərlə bağlı AÇIQLAMA
Kitab oxumaq üçün rahat yerlər
Oktay Kaynarca Bakıda izdihamın arasında qaldı -FOTO
İlham Əliyev dörd polkovnikə general-mayor rütbəsi verdi - SƏRƏNCAM
Günün qoroskopu:Bədxərclik etməyin!
Səyyah yoxsa fotoqraf?
40 saniyəlik məşq diabetdən müdafiə olunmağa kömək edir
Paytaxtda duman tıxac yaratdı
Azərbaycanın dövlət bayrağı dünyanın ən hündür beşinci göydələnində dalğalanıb
Yazmamaq sindromuna tutulan yazıçılar
İlham Əliyev və xanımı İtaliyada
Bakı-2015-də bu idmançılarla yarışacağıq
944 nəfər ÖLÜB-DİRİLDİ
Twitter-də yeni funksiya: canlı yayım
Günün qoroskopu: Düşərli gündür!
Kompüter oyunlarını oynamağın 5 əsas səbəbi
"Trampın Azərbaycan haqqında fikirləri bir sıra dövlətlərə mesajdır"
Azərbaycan "Vikipedia" ensiklopediyasında iştirakını genişləndirəcək
Yeni trend: Üzüklü çantalar
Azərbaycanda idman kompleksləri nə vaxt açılacaq? - RƏSMİ
Sevişərkən fikriniz harda olur?
Cəbhə bölgəsinə həkim briqadası göndərilib
Novruz inancları
Yağış yağacaq
Dadlı üz maskaları
Fransızsayağı alma deserti (foto resept)
Səhər yeməyi üçün çörək (foto resept)
Ərdoğan dünya ictimaiyyətinə çağırış etdi
Sibel Can İlker Koçu məhkəməyə verdi
Fahriyə Evcən ana olacaq!
Begemotlar
COVID -19-a görə yaxın beş il üçün bir neçə ssenari proqnozlaşdırılıb
Ermənilər Bakı-2015-dən nə qədər qazanacaq?
Ərəb şahzadələri "Vogue" dərgisində - FOTO
Oskar gecəsinin aksesuar seçimləri
Azərbaycan tarixindən yüz şəxsiyyət-84
Bir milyon bir qızılgülü Bakıda restoranın qabağına səpdi
Sən demə, bütün hərəkətləriniz telefonla izlənilir
Gözəl bədən quruluşuna sahib olmaq üçün 3 qayda
Qan vermək haqqında
Selin Dion gözlənilən AÇIQLAMAnı verdi
Şeyma Subaşı paylaşımları ilə diqqət çəkdi-FOTO
Bu qidaları soyuducuya qoymayın!
Gənc qızlar üçün geyimlər
Eksklüziv Porsche 911 Turbo S














