ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ardıcıl 2 təbrik məktubu ünvanlaması və bu məktublarda Azərbaycanla münasibətlərə önəm verilməsi xüsusi diqqət çəkir. Məktublarda D.Trampın həm Azərbaycan və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini qeyd etməsi, Azərbaycanı ABŞ-ın dəyərli tərəfdaşı adlandırması, Azərbaycanla münasibətlərin inkişafını, eləcə də iki ölkə arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəməsi, Cənub Qaz Dəhlizini dəstəkləməsi, Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verməsi və Azərbaycan inkişafını, enerji təhlükəsizliyinin qorunması yönündə səylərini dəstəklədiyini bildirməsi və s. isti mesajların verilməsi diqqətdən yayınmır.
ABŞ prezidentinin bu cür yanaşmasının pərdəarxasını və hadisələrin mümkün inkişafını Milli.Az-a şərh edən təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyevin fikrincə, əgər Azərbaycan ABŞ prezidenti səviyyəsində strateji tərəfdaş kimi təqdim olunursa, bu çox müsbət və təqdirəlayiq haldır:
"Donald Tramp Azərbaycanla münasibətləri yüksək dəyərləndirir və ölkəmizin dünyanın enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınmasında rol oynayan bir dövlət olduğunu bildirir. Böyük regional iqtisadi layihələrdə Azərbaycanın birbaşa iştirakının dəstəklənməsi də müsbət hal kimi qiymətləndirilməlidir. Bundan başqa Amerika prezidentinin hər iki məktubunda əsas məqamlardan biri Azərbaycanın regionda aparıcı dövlət olduğunu vurğulamasıdır. Bu isə regionda bir sıra dövlətlərə mesaj kimi qiymətləndirilməlidir.
Bu məqamlar göstərir ki, ABŞ həm terrorizmlə mübarizədə, həm iqtisadi layihələrdə, həm tolerantlıq və multikultural dəyərlərin qorunmasında, həm regionda təhlükəsizlik məsələsini həll etməyə çalışan bir dövlət kimi Azərbaycanın rolunu müsbət və yüksək qiymətləndirir, eyni zamanda ikitərəfli münasibələtlərin inkişafı istiqamətdə müvafiq addımların atılması üçün müəyyən qərarlar verməyə hazırdır.
Düşünürəm ki, bütün bunlar göstərir ki, ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində də müsbət rolu ola bilər".
A.Nağıyev D.Trampın Azərbaycan Prezidentinə ünvanladığı müraciətlərdəki fikirlərin iki ölkə arasında münasibətlərdə yeni dönəminin başlandığı ilə bağlı mülahizələri də dəyərləndirib: "Ümumiyyətlə ABŞ və Azərbaycan arasında elə də böyük problemlər yaşanmırdı. Lakin təəssüf ki, bəzi neqativ hallar da müşahidə edilirdi. Bununla yanaşı bəzi qonşu dövlətlərdə Azərbaycan-Amerika əlaqələrinə dair müəyyən fikir və bəyanatlar səsləndirilirdi. Amma təbii ki, cənab Trampın bu fikirlərinə ABŞ-ın Azərbaycanla münasibətlərinin bundan sonra daha yaxşı inkişaf edəcəyinə dair bir mesaj kimi baxmaq olar. Bu mesajlar ümid verir ki, ABŞ əvvəllər olduğu kimi daha digər ölkələrin daxili işlərinə müdaxilə etməyəcək, münasibətlərini onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq. Bu siyasət ötən illərdə, xüsusən də Obama adminstrasiyası dövründə ABŞ-Azərbaycan əlaqələrindəki neqativ halların və soyuqluğun aradan qaldırılmasına töhfə verəcək.
İlkin İzzət
Milli.Az
XƏBƏR LENTİ
Məşhur müğənni ərə gedir
Silahlı Qüvvələr terror aktı barədə bəyanat yaydı
Hazar Amani Sıla haqqında AÇIQLAMA verdi-FOTO
Dünyanın ən kök futbolçuları
Bu gün gənclərin bayramıdır
Tənbəl zəriflərimiz
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
HAVA necə olacaq?- 3 MAY
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
Balıq buğlaması (foto resept)
“İnsan mühəndisi” – orijinal yanaşma və gerçək mesaj
Pensiya ilə bağlı yeni xəbər
Sadə azərbaycanlı ev almaq üçün neçə il ac qalmalıdır?
Beren qayınanasını sildi
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
2015-ci ildə hansı hədiyyələri vermək olmaz?
Gəlinlər üçün ayaqqabı modelləri
Azərbaycanda qeyri-adi toy karvanı
Obama müsəlmanları təbrik edib
Real həyat əsasında çəkilmiş filmlər
Ay tutulmasının vaxtı məlum oldu
Samsung yeniliyə sürətlə hazırlaşır
Atamın məhəbbəti
Şəhadətnamə və attestat almaq istəyənlə
Ən ucuz noutbuk təqdim edildi
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Günün qoroskopu:Təşkilatçı olun!
Ən populyar şəhər seçildi
Çimərliklərdə nələr qadağandır? - SİYAHI
Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar məqalə dərc edilib
Saba Tümer paylaşdığı FOTO ilə gündəmdədir
"Rusiyadan silah almağımız onunla izah edilir ki..." - Elmar Məmmədyarov
Siz uşağınızı tanıyırsınızmı?
Riannanın 3 milyon dollarlıq qolbaqları - FOTO
Həzmi çətinləşdirən 4 qida
Arıqlamağa kömək edən salat
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Smartfonda istənilən insanı izləmək mümkündür
Körpə dərisi və şirin yuxu
Halvalı keks (foto resept)
Koronavirusa yoluxmuş şəxs bu xəstəxanaya yerləşdirildi
Sabahın HAVAsı
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Dünyada "Atalar günü"...
Azərbaycanda elektron hərraclar keçiriləcək
Taysonu Çiliyə buraxmadılar
Məşhurların şəkillərini təqlid edən Tom
2013-cü ilin dəbli gəlinlikləri
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu