Giriş
Bağla

Körpəniz sizdən nə istəyir?

Hamiləlik və analıq / Körpə və ona qulluq

Körpəniz sizdən nə istəyir?

Uşaqlar doğulduqları andan etibarən özlərini etibarlı əllərdə hiss etmək istəyir. Həyatda güvənə biləcəyi tək insan isə şübhəsiz ki, analarıdır. Uşaqların bütün ehtiyaclarını ödəmək üçün analarından gözlədiyi çox şeylər olacaq. Budur, körpələrin analarından gözlədikləri:

İlk yarım saatda əmmək

Doğuşdan sonrakı ilk yarım saatda körpə həm əmmək, həm də ağciyərlərindəki suyu atmaq məqsədilə çox aktiv olur. Bu zaman müddətində ana ilə körpənin yaxınlaşmasi çox vacibdir. Körpə bu zaman içərisində ilk südü alarsa, ananın döş vəzisində süd daha da artar. İlk yarım saat ərzində körpə 3-6 saat rahat yatar və oyandıqda təkrar əmməyə davam edər. Doğuşdan sonrakı beş gün ərzində gələn südə ilk süd deyilir. İlk südün körpə üçün nə qədər xeyirli olduğunu da qeyd etmək lazımdır. 15 günə qədər olan südə keçid südü, 15 gündən sonrakına isə yetkin süd deyilir.

Körpəniz sizdən nə istəyir?

İstədiyi zaman əmmək

İlk doğuşdan çıxan analarımız bəzən öz körpələrini yetərincə qoruya bilməyəcəklərini düşünürlər. Onlara elə gəlir ki, bu işlərin öhdəsindən gələ bilməyəcəklər. Bu zaman müddətində ətrafındakıların ananı dəstəkləməsi, cəsarətləndirməsi və ananın gələcəkdə çox qayğıkeş ana ola biləcəyini deməsi çox vacibdir. Ananın məqsədi körpəni yedizdirərkən tam doyurmaq olmamalıdır, bir çay qaşığı süd belə yetərli ola bilir. Əgər körpə çox arıqlamırsa, bu, qarnının doyduğunu, ac qalmadığını bildirir. Körpəniz hər istədiyi zaman onu əmizdirin. İki əmizdirmə arasındakı vaxt 3.5-4 saatdan çox olmamalıdır.

Körpəniz sizdən nə istəyir?

Köpünü çıxarın

Çalışın ki, körpəniz hər döşünüzdə 20 dəqiqə qalsın. Ona görə ki, körpə yediyi zaman həm yuxu tutmaz, həm də yetərincə süd içər. Hər əmizdirdikdən sonra körpəni dik tutaraq köpünü çıxarın. Unutmayın ki, çox az köp çıxsa belə, yenə də körpə rahatlayacaq. Əmizdirmə zamanı ananın oturma qaydası da çox vacibdir. Ana oturaq vəziyyətdə, körpəni isə çox əyməmək şərti ilə dik vəziyyətdə tutmalıdır. Unutmayın ki, döşün tək ucu yox, qəhvəyi rəngdə olan hissəsi korpənin ağzına tam yerləşdirilməlidir.

Təmiz süd

Körpəsini əmizdirən hər bir ana döşlərinin təmizliyinə fikir verməlidir. Ana gündə bir dəfə mütləq duş almalıdır. Hər dəfə körpəni əmizdirdikdə döşünün ucuna bir damcı süd sürtərsə, həm təmizlənər, həm də çatlaqlara kömək olar. Əsas məqsəd odur ki, körpə üçün ananın öz təbii qoxusu itməsin.

Körpəniz sizdən nə istəyir?

Ana südü

Bəzi analar "Südüm körpəmə çatmır" deyirlər. Belə vəziyyətdə körpə arıqlayarsa, südün miqdarından şübhələnmək lazımdır. Körpənin doyub-doymamasını göstərən bəzi göstəricilər vardır. Yetərincə süd yeyən körpə gündə ən azı 3-4 dəfə altını bulamalıdır. İkinci göstərici körpənin rahatsızlığıdır və qeyd edək ki, hər rahatsızlıq körpənin ac olmağını göstərmir. Yeni doğulan körpə ilk həftə normal olaraq çəkisinin 10 %-ni itirir. Çəki daha çox azalarsa, südün yetərsiz olduğunu, ya da körpənin əmmədiyini düşünmək lazımdır.

Körpəsini daha sağlam və rahat bəsləmək üçün ananın edə biləcəkləri

* Gündə çoxlu maye qəbul etmək;

* Çoxlu şüyüd yemək;

* Çobanyastığı və nanə çayı içmək;

* Hamiləlik zamanı qəbul etdiyi vitaminləri yenidən qəbul etmək.

Körpəniz sizdən nə istəyir?

Mümkünsə 2 yaşınadək süd verin

Bəzi analar südü az olduğu üçün körpələrini özlərindən uzaqlaşdırır və süddən təmiz kəsirlər. Belə etməklə onlar körpələrinin yeməyini başqa yeməklərə əvəz edirlər.

Hansı yemək olur-olsun, ana südünü heç nə əvəz edə bilməz.



Şərhlər (42)

gozel eliyeva gozel eliyeva 15 November 2014 13:13 Cavab yaz

Maraqli xber ucun tesekkur edirem love
minira72 minira72 21 March 2014 00:37 Cavab yaz

Lap ilk ana olduğum vaxtlar düşür yadıma...
nazima nazima 10 March 2014 13:03 Cavab yaz

Maraqli xeber idi tewekkur.
www.sevgi.com www.sevgi.com 27 February 2014 12:54 Cavab yaz

Men korpemı emızdırırem ama yeyıb yeyıb yatır sonra kopunde cıxarırıq qoyuruq yerıne bırden sancı gelır uwaq oyanır 23 gunluk uwaqdı neolar komek edın
rana969 rana969 16 February 2014 02:00 Cavab yaz

Ay Allah ölürəm da körpə uşaq süd əməndə ki, azca gülümsəyir ey onda canımı istəsə verərəm air_kiss Ana südü hər şeydən önəmlidir körpə üçün. Təşəkkürlər canım faydalı xəbər üçün kiss
ToRmEnTo ToRmEnTo 13 February 2014 23:12 Cavab yaz

Körpəsini daha sağlam və rahat bəsləmək üçün ananın edə biləcəkləri

* Gündə çoxlu maye qəbul etmək;

* Çoxlu şüyüd yemək;

* Çobanyastığı və nanə çayı içmək;

* Hamiləlik zamanı qəbul etdiyi vitaminləri yenidən qəbul etmək.


Bunlari esitmisem.Suyud ne hikmetdise hami eyni seyi deyir.Bir qonsum var,deyir az qalsin caynan da suyud yeyirem :)
lema2909 lema2909 13 February 2014 22:30 Cavab yaz

SÜD NƏDİR CANIMI İSTƏSİN CANIMI VERİM. HƏYATIMIN MƏNASIDI O.
Deniz84 Deniz84 13 February 2014 14:11 Cavab yaz

Yazdıqlarınızın hər birinə əməl edirəm.
kiwmiwim kiwmiwim 13 February 2014 02:42 Cavab yaz

ana sudunun korpeycun vacib oldugunu bilirdim ve isteyirdimki kiwmiwim ana sudu emsin.ama kesirka oldum ve kiwmiw menden 3gun ayri oldu hazir yemek verdiler ve men geldikde artig gec idi.goture bilmedi menimde sutum qayitdi.coox teessuf indi nutrilak2 yeyir.
lovable_madam lovable_madam 12 February 2014 21:05 Cavab yaz

İlk xəbəriniz uğurlu və davamlı olsun. girl_smi
Maraqlı məsləhətlərdir. Təşəkkürlər. give_ros
1-ci alatava 1-ci alatava 12 February 2014 17:49 Cavab yaz

Canim tebrikler.Ugurlu olsun xeberin.Cox hevesli ve sevicli idin xeberin derc olunmasi ucun.Azda olsa komeyim deydise ne xow mene...
menasiz dunya menasiz dunya 12 February 2014 10:45 Cavab yaz

Cox maraqli xeberdir canim air_kiss .Menim oglum cemi 2ay gordu recourse ana sudu axi olmadi sudum cray
Meleyim090 Meleyim090 12 February 2014 01:42 Cavab yaz

Allah bütün arzusunda olan xanımlara yaşatsın bu gözəl duyğunu Amin İnşAllah. Faydalı və dəyərli məlumatlar üçün müəllifə təşəkkürlər give_ros
gulya555 gulya555 11 February 2014 23:30 Cavab yaz

Men de yaxinda ana olacam ve bunlar mene cox lazimdir.xebere gore tesekkurler canim.
bay_gril89 bay_gril89 11 February 2014 22:25 Cavab yaz

Təşəkkür edirəm.sağol.
Fatime baci Fatime baci 11 February 2014 22:07 Cavab yaz

Sudun azalmasi qadindan asili deyil,ele adam var,her ne yeyirse yesin,yene de azalir
Qizil Gul-1990 Qizil Gul-1990 11 February 2014 21:33 Cavab yaz

Allah butun subay xanimlarimiza ana olmaq qismet etsin. amin
remis1977 remis1977 11 February 2014 21:18 Cavab yaz

İlk xəbərinizin çıxması münasibəti ilə sizi təbrik edirəm.Çox maraqlı mövzudur məni 17 il bunan qabağa apardınız sizə yenəd uğurlar arzu edirəm girl_cray

UŞAQLAR BİZDƏN 1Cİ QANIMIZI,2Cİ CANIMIZI,3CÜ MALIMIZI yahoo
Leman(wirniyyatci) Leman(wirniyyatci) 11 February 2014 20:44 Cavab yaz

Allah her kese ana olmagi qismet etsin amin
girl_2010 messi girl_2010 messi 11 February 2014 19:44 Cavab yaz

Haminiza ayri ayriliqda minnetdaram ezizlerim..var olun haminiz

Canim Yegiwim menim cooox saqol bacican
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика