Əlilliyi olan sərnişinlərin sərbəst daxil ola və enə bilmələri üçün müvafiq pnevmatik texniki vasitələr quraşdırılmış avtobusların idxalına artıq başlanılıb. Habelə əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilən müasir taksilər istismara buraxılıb".
ANS PRESS-in məlumatına görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının internet saytına (www.yap.org.az) müsahibəsində bildirib.
Nazir qeyd edib ki, “ASAN xidmət” mərkəzlərində gözdən əlil vətəndaşların qəbul şöbəsinə və birbaşa xidmət sahəsinə gedə bilmələri üçün xüsusi işarələrlə təchiz olunmuş cığırlar, göstərilən xidmətlər barədə məlumat alınması üçün Brayl əlifbası ilə məlumat lövhələri və fövqəladə hallar üçün köçürülmə planları quraşdırılıb: "Sanitar qovşaqları əlillərin istifadəsi üçün uyğunlaşdırılıb. Bu mərkəzlər hərəkət imkanları məhdud vətəndaşlar üçün hətta əlil arabaları ilə də təchiz edilib. Həmçinin “ASAN xidmət” səyyar formada əlilliyi olan şəxslərə evlərində və iş yerlərində də pulsuz xidmət göstərir. Bu olduqca dəyərli təcrübədir və yarandığı bir il ərzində 1 milyondan çox vətəndaşa xidmət göstərmiş “ASAN xidmət” mərkəzlərinin cari il ərzində bütün ölkə ərazisini əhatə etməsi əlilliyi olan şəxslər üçün çox əhəmiyyətli olacaq".
Nazir həmçinin əlavə edib ki, yeni istismara verilən piyada keçidləri fiziki imkanları məhdud olan insanların fərdi hərəkət imkanlarını yüngülləşdirən qurğularla təchiz olunub: "Eləcə də onların hərəkət etmələrini və rahatlığını təmin etmək məqsədilə yerüstü nəqliyyatda bir sıra əhəmiyyətli işlər görülüb. Belə ki, dəmiryol stansiyalarındakı sərnişin platformalarının səthlərinin bərabər səviyyəyə gətirilməsi işləri davam etdirilir. Avtobuslarda əlil şəxslər üçün xüsusi yerlər nəzərdə tutulub. Əlilliyi olan sərnişinlərin sərbəst daxil ola və enə bilmələri üçün müvafiq pnevmatik texniki vasitələr quraşdırılmış avtobusların idxalına artıq başlanılıb. Habelə əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilən müasir taksilər istismara buraxılıb".
Nazir qeyd edib ki, bu istiqamətdə digər sahələrdə də ciddi işlərin aparılması əsas vəzifələrdəndir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsinə və “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı”nın layihəsinə bununla bağlı xüsusi maddələr daxil edilib: "Həmin maddələrdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların İKT-dən istifadəsi üçün şəraitin yaradılması, mövcud infrastruktur obyektlərinin, yaşayış binalarının, iş yerlərinin, mədəni-tamaşa müəssisələrinin və idman qurğularının həmin insanların istifadəsi üçün uyğunlaşdırılması və s. ifadə olunub".
Mənbə:ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bu balıqlar həm üzür, həm də gəzir – VİDEO
Şəhid Milli Qəhrəmanın atası: “Şükür Həmidovun qanı doğulduğu torpağa tökülüb” - VİDEO
Azərbaycanda koronavirusa yoluxan hər xəstəyə bu qədər vəsait xərclənir - RƏSMİ
Qarağatlı tort (foto resept)
Türkiyənin iki nazirinin 110 milyon lirə rüşvət aldığı iddia edilir
Məhkəmədə qalib gəldi, hicabı çıxardı
Günün qoroskopu:Ehtiyatlı olun!
Qadınlara deyilməyəcək sözlər...
Yay ayı üçün toy geyimləri
Azərbaycan faunasında ilk dəfə 2 yeni balıq növü aşkarlanıb
Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü: Yoluxma sayı 341-ə düşdü
Putin ilin ən nüfuzlu lideri seçilib
Bu qadın evində siçanlar bəsləyir-FOTO
Filmləri "toxuyan" Rasim Ocaqov
"Facebook"un gizlinləri
BÜRCLƏR bizə nə vəd edir? -22 MAY
Hava haqqında
Bacısı Bergüzar Korel haqqında DANIŞDI
Hava haqqında
51 yaşlı modelin gənclik sirri bəlli oldu-FOTO
Ev həsrətində olanlara şad xəbər
Tarkan 10 il sonra Rusiyada - 1,3 milyon alacaq
Dişə zərərli qidalar
Məktəbli yarmarkası: satıcılar müştəri tapmır, alıcılarsa narazıdır
Cennifer Lopez sirri açdı-FOTO
Kosmosdan çəkilmiş ən maraqlı fotolar
Türkiyə mətbəxindən "İzmir bombası" (foto-resept)
BÜRCLƏR bizə nə vəd edir? - 11 APREL
Rusiyada “gənclik yaşı” qaldırıldı
Valideynlərin DİQQƏTİNƏ! - FOTO
Festivalda virusa yoluxdular
Azərbaycanda İslam ipotekasının verilməsi dayandırıldı
75 ildir böyüməyən ağac-FOTO
Dünyanın ən qədim rəsmi
Dukan pəhriz ilə 25 kq arıqladım! (2-ci mərhələ)
Qışda dəbli görünməyin yolları
Pentaqonun rəhbərindən Rusiyaya şok ittiham
Daha bir icazəsiz evdən çıxan koronavirus xəstəsi aşkarlandı - FOTO
Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti üç ay müddətinə dayandırılır - RƏSMİ
Azərbaycanda rəqəmsal TV siqnallarının əhatə zonası genişləndirilir
DÇ-2014.Püşkatama
Quru saçlar üçün maska
Hamilə xanımların diqqətinə...
İş görərkən niyə fikrimiz yayınır?
Ermənistan törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır - RƏSMİ
Əlləri cavanlaşdıran 2 maska
Qocalıq (şeir)
Əliyev ermənilərin qarşısını belə aldı
Parollar insan bədəni ilə ötürüləcək?
Qaxda yeni körpü salınır















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]