Vaşinqton Universitetinin alimləri qurğular arasında şifrlənmiş parolların ötürülməsi üçün insan bədənindən istifadəni təklif ediblər. Alimlər öz tədqiqat işini Almaniyada keçirilmiş "UbiComp 2016" konfransında təqdim ediblər. Məlumata görə, parolların ötürülməsi üçün belə üsuldan istifadə xüsusi avadanlığın yaradılmasını tələb etmir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, müasir "ağıllı" sistemlər bir-birinə qoşulmaq üçün şifrlənmiş parollarla mübadilə edir. Bu halda parolların ötürülməsi üçün "Bluetooth" və ya "Wi-Fi" şəbəkələrindən istifadə olunur. Bu şəbəkələr vasitəsilə ötürülən məlumatlar hakerlər tərəfindən ələ keçirilərək deşifr edilə bilər, çünki təhlükəsizliyin təmini üzrə mövcud texnologiyalar bəzi boşluqlara malikdir.
Vaşinqton Universitetində işləyən alimlərin fikrincə, qurğuların bir-birinə qoşulması üçün şifrlənmiş parolların insan bədəni vasitəsilə ötürülməsi haker müdaxiləsinə imkan verməyəcək.
Alimlər bildiriblər ki, parolların insan bədəni vasitəsilə ötürülməsi üçün barmaq izi skanerləri, həmçinin noutbukların sensor panellərindən istifadə edilə bilər. Bu qurğular məlumatları qəbul edir, amma bu cihazları asanlıqla məlumatların ötürülməsi üçün sazlamaq mümkündür.
Barmaq izinin oxunması və onların vəziyyətinin müəyyənləşdirilməsi üçün skaner və sensor panellər 2-10 meqahers diapazonda siqnallar generasiya edir. Havada çox tez yoxa çıxan belə şüa insan bədəni vasitəsilə yaxşı ötürülür. Belə qurğuların şüasını aktivləşdirib söndürməklə məlumatların ötürməsini həyata keçirmək olar.
Alimlər skaner və panelləri idarə edən proqram təminatı hazırlayıblar. Proqram təminatında şüanın aktivləşdirilməsi 1, söndürülməsi 0 bildirir. Sınaqlar zamanı sensor panellərin köməyi ilə məlumatların saniyədə 50 bit sürətlə, barmaq izi skanerlərinin köməyi ilə isə saniyədə 25 bit sürətlə ötürülməsinə nail olunub.
Tədqiqatçıların fikrincə, hər iki sürət parol və ya rəqəmli kodu bir neçə saniyə ərzində ötürmək üçün kifayətdir. Məlumatların ötürülməsi üçün belə texnologiya, məsələn, istifadəçi smartfonu ilə "ağıllı" qıfıl arasında məlumat mübadiləsinə imkan verəcək.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Yataq örtüyü modelləri
Bakıya QAR yağacaq?
Prezident Medianın İnkişafı Agentliyinə İcraçı direktor təyin etdi - SƏRƏNCAM
Leyla Əliyeva Venesiyada
Qonşular narazı, o isə dünya rekordu vurur
Mobil telefonla danışanlar cərimələnə bilərlər
Portağal qabıqlı, kişmişli kekslər (foto resept)
Bal tortu (foto-resept)
Evdə masaj
Polşanın çiçəkli bölgəsi: Zalipie
Gözəl yataq dəstləri
“Humay”ın 25-ci təqdimat mərasimi keçirilib
Komada olan boksçu ayıldı
Adamı meymun bilib güllələdi
Elmə məlum olmayan canlılar aşkarlandı
Qarabağda müharibə qızışa bilər
Azərbaycan dili - II dərs
Futbol komandasının 11 nəfərdən ibarət olmasının səbəbi
Məktəbli ləvazimatları: yarmarka daha ucuzdur?
Xurmalı ürəklər(foto-resept)
Çiyələkli tort (foto resept)
Dünyanın ən yüngül smartfonu
Düşüncə qabiliyyətimizi inkişaf etdirək
Rasputinin qorxunc 9 ÖNCƏGÖRMƏSİ
İnstagram fırıldaqçılarla mübarizə aparacaq
Günün ulduz falı - 28.12.2013
Bəhram Bağırzadənin hazırkı vəziyyəti ilə bağlı AÇIQLAMA
Azərbaycan tarixindən yüz şəxsiyyət-19
Çörəyin qiymətində niyə qiymət artımı olmalıdır ki?
Sobada pomidor dolması (foto resept)
Pide (foto resept)
Azərbaycanda bazarlar ləğv olunur
Əbülfəs Qarayev mədəniyyət naziri oldu
Ətirli şamlar xərçəng yaradır
Dövlət Komitəsinin yas qərarı nə oldu?
Dünya böyük müharibənin astanasında
Tramp özü haqqında kitab yazacaq
Sati Erik
Yeni təhlükəli virus yayılıb - Meymun qripi
Qarabağla bağlı yeni təklif
Bu ölkədə qadınların çılpaq gəzməsinə icazə verdilər
Pensiya alanların sayı açıqlandı
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Ölkələr koronavirusun ikinci dalğası ilə əlaqədar ərzaq ehtiyatı toplamağa başladılar
Gökhan Özen və Demet Akalın qalmaqalı böyüdü-VİDEO
İri ölçülü asteroid Yerə yaxınlaşır
Braziliyalı yeniyetmə SMS yazmaqla rekord vurub
Mügənni qızıl tabutda basdırılacaq-FOTO
Mehriban Əliyeva: “Heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz”
Kinomuzun “Ulduz”u vəfat etdi














