Yeni tədris ilinin başlamasına 20 gün vaxt qalıb. Artıq övladlarını məktəbə yola salmağa hazırlaşan valideynlər məktəbli ləvazimatlarını almağa başlayıblar. Bir neçə gündür ki, Bakının müxtəlif mərkəzi yerlərində çadırlar qurulub, məktəb ləvazimatları satılır. Bildirilir ki, bu yarmarkalar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunub.
Bəs həmin yarmarkalardakı qiymətlər mağazalarla müqayisədə fərqlidirmi?
Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, yarmarkalarda bütün növ məktəbli ləvazimatı satılsa da, alıcı bir o qədər də çox deyil. Satıcılar bildiriblər ki, satdıqları ləvazimatların qiyməti, mağazalarla müqayisədə aşağıdır. Əgər məktəbli üçün lazım olan bütün ləvazimatlar alınırsa, o zaman endirim də edirlər. Burada satılan məktəbli çantalarının qiyməti 28 manatdan başlayıb, 55 manata qədər dəyişir. Satıcılar söylədilər ki, əgər digər ləvazimatlarla birlikdə çanta da alınarsa, o zaman çantanın qiymətində 4-5 manata qədər endirim edirlər. Ümumilikdə isə digər ləvazimatların qiymətləri aşağıdakı kimi idi:
12 vərəqli dəftər 10 qəpik, 40 vərəqli dəftər isə 30-40 qəpiyə satılır. 60 vərəqli dəftərlər 40-50 qəpik, 100 vərəqli dəftər isə 60-80 qəpiyədir.
Eyni zamanda yapışdırıcı 60 qəpik-1 manat, su qabları 10-12 manat, qələm yonanlar 1.50-2 manat, qələmlər 10-50 qəpiyə, rəngli karandaşlar 3-12 manata, rəsm albomu 30 qəpiyə, sadə karandaşlar 20-40 qəpiyə satılır.
Geyimlərin isə qiymətləri belədir: köynək - 8 manat, şalvar 15-18 manat, pencək - 25 manat, yubka - 15-18 manat.
Satıcılar söylədilər ki, valideynlər daha çox "Sədərək", Binə" bazarlara üz tuturlar. Lakin özlərinin dediklərinə görə, onların qoyduqları qiymətlər bazardan heç də fərqlənmir.
İri mağazalarda isə yarmarkalara nisbətən çeşid daha çoxdur. Çeşid çox olduğu kimi təbii ki, qiymətlər də fərqlidir. Mağazalarda istənilən qiymətə çanta tapmaq mümkündür. Məsələn 8 manata da məktəbli çantası satılır, 80 manata da. Təbii ki, keyfiyyətdə ciddi fərqlər var. Ucuz çantalar daha çox Çin istehsalıdır və ibtidai sinif şagirdlərinin istifadəsi üçün nəzərdə tutulub. Nisbətən bahalı çantaların isə ölçüləri də böyükdür və materialında da ciddi fərq var.
Mağazalarda su qabları 3 manatdan başlayır, qələm, karandaş, qələm yonanlar da demək olar ki, yarmarka ilə eyni qiymətədir.
Dəftərlərə gəlincə isə onların qiyməti aşağıdakı kimidir.
12 vərəqli dəftərlər 11 qəpik, 20 vərəqli 27 qəpik, 24 vərəqli 36 qəpik, 40 vərəqli 35 qəpik, 50 vərəqli 1.15 manat, 80 vərəqli 1.85 manat. Yerli istehsal olan 48 vərəqli dəftər 60 qəpik, 60 vərəqli 50 qəpik, 80 vərəqli 75 qəpik, 96 vərəqli dəftər 1 manat, 100 vərəqli dəftər isə 79 qəpiyə satılır.
Ümumilikdə isə ayaqqabı və digər ləvazimatları da nəzərə alsaq, bir uşağın məktəbə getməsi orta hesabla 150-180 manata başa gəlir.
Valideynlər bildirdilər ki, ləvazimatların qiymətində ötən illə müqayisədə elə də böyük fərq yoxdur. Onlar söylədilər ki, fərq yalnız çantaların qiymətindədir ki, bu il onların bahalaşdığını müşahidə edirlər.
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA