QOCALIQ
Tənhalıq başlayır burdan o yana,
Keçdikcə keçilməz, atam balası.
Ayları, illəri tutsan boyuna,
Çayları, çölləri tutsan boyuna,
Ölçdükcə ölçülməz, atam balası.
Daha çoxlarıyla aram sərinlər,
Çoxları boyuma sevinməz daha.
23 yaşımda məni sevənlər
33 yaşımda sevəmməz daha.
Mən axı nə Çöləm, nə Yol, nə Küçə,
Mən axı hamının ola bilmərəm.
Məni sevənlərdən ötrü-ölüncə
23 yaşımda qala bilmərəm.
Nə qədər sözlər var sözümdən cavan,
Daha çığırmağa nəfəsim gəlmir.
Daha bu dünyada özümdən cavan
Şeirlər yazmağa həvəsim gəlmir.
Kiriyir, yumşalır şeirlərim də,
Qocalır misralar, sözlər mənimlə.
Dostlar cavan qalır şeirlərimdən,
qocalmaq istəmir dostlar mənimlə.
İlahi, qocalıq buymuş deməli,
Dostlardan səssizcə qırılır adam.
Ömür bir bulanıq suymuş deməli,
Ömür azaldıqca durulur adam.
İçimin-çölümün yuyulur pası,
Sətirlər göyərir bu ağ varaqda.
Nə çoxmuş ürəklə əlin arası,
Nə yaxşı, ölmədim bu aralıqda.
Sözlər ürəyimdən əlimə yetdi,
Bir azca soluxdu-soldu, nə olar.
Bir azca şaxlığı-şuxluğu itdi,
Heç kəs qınamasın, yoldu, nə olarş
Daha balta kəsməz ağlım kəsəni,
Dünyanın dadını bilirəm daha.
Bu qoca dünyada hər nəfəsimi
ağacdan meyvətək dərirəm daha.
Son nəfəs dünyada hər şeydən şirin,
Şair də qocalır, ölür, bilirəm.
Sözündən qan iyi gələn şairin
ağzından süd iyi gəlir, bilirəm.
Bu dünya bir qaynar qazanmış demə,
Söndürməz odunu nə qar, nə yağış.
Dünyayla dalaşmaq asanmış demə,
Çətini dünyayla barışmağımış...
Ramiz Rövşən
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Nazirlik ana ölümlərinin səbəbini AÇIQLADI
“Abituriyentlər üçün dərs vaxtı” başlayır - FOTO
Ayda təkər tapıldı: 30 min baxış...-VİDEO
Qadın.Netlilərin fobiyaları (Son)
Yay aylarında dəri baxımı
Pyotr dövrünə aid sikkələr tapıldı
"Dünyanın xilaskarı" 400 milyon dollara satıldı
Dünya üzrə koronavirusa yoluxanların sayı 62 milyonu keçdi
İstedadlı övlad böyütməyin asan yolları
MSK nəticələri açıqladı - Lukaşenko liderdir
Tubaya əkizi qədər bənzəyir - FOTO
Günün ulduz falı
Abituriyentlər üçün son şans
Leyla Əliyeva Federasiya nümayəndələri ilə görüşdü
Hərbçilərimiz Helsinkiyə gedir
Çantadan 60 milyon il yaşı olan dəniz ulduzunun qalıqları tapılıb
Yeni doğulmuş əkiz körpələr bir yataqda yatmalıdır?
"Ufak Tefek Cinayetler" serialının rejisoru Bakıya gəlir-FOTO
Şaxta babanın gətirdiyi xəstəliklər
Azra Akın ana oldu
Mərmərə dənizi narıncı rəngə büründü - FOTO
Yuxuda çevrilmə hallarının səbəbi
Bayramda yolda qala bilərsiniz
NASA-dan dünyanı həyəcanlandıran kəşf
Yay salatı (foto resept)
Tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirildi
Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım
İki bacıya bəysiz toy etdilər - FOTO
Maykl Ceksonun hər kəsdən gizlədilən oğlu illər sonra - FOTO
Qoz mürəbbəsi (foto resept)
Saç tökülməsinin qarşısını alan nar qabığı
Ani Lorak bütün işçilərini qovdu-SƏBƏB
Bu eynək yorğunluqdan xəbər verir
Şəhid generalı qarşılamaq üçün yüzlərlə insan toplaşıb - FOTO
Hava haqqında
"Təhlükəli kişilərlə dolu dünyada lazım olan qadın"
Dünyanın ən maraqlı 99 faktı-2
Vaginit nədir?
Mehriban Əliyevaya Pakistanın "Hilal-e-Pakistan" ordeni təqdim olunub
Ermənilərə tutarlı cavab
Belə də nəqliyyat olur
Bayden: “Amerikalılar daha Trampın seçki nəticələrini dəyişmək cəhdlərinə səbr göstərməyəcək”
Azərbaycanda dəhşətli virus heyvanları biçir
UNİCEF: Azərbaycanda uşaq ölümü 50 faiz azalıb
Tatlısəs evlənir-FOTO
Bakıda 8 zolaqlı yolun tikintisi başa çatır
Öd kisəsi əməliyyatından sonrakı həyat
Tanınmış professor koronavirus YALANLARINI İFŞA ETDİ - VİDEO
2017-ci ildə yeni aksesuar trendi: saçaqlı sırğalar
İkimərtəbəli elektrik qatarları Azərbaycana göndərilib
