
"Aldatma ailə dağıdarmı", "Yalnız kişilərmi aldadır" kimi suallar uzun zamanlar psixoloqların və sosioloqların diqqət mərkəzində olub. Əslində, aldadılmaq qadının da, kişinin də ən qorxulu yuxusudur. İnsanlar münasibət qurarkən, ailə həyatına qərar verərkən də "aldadılmaq" qorxusunu unuda bilmirlər. Bəzən elə bu qorxu ailənin dağılmasına, münasibətlərin pozulmasına gətirib çıxarır.
Amerikalı sosioloqlar aldadılmanı yol qəzasına bənzədirlər. Onlar hesab edirlər ki, hər bir qəzanın səbəbi olduğu kimi aldadılma hekayələrinin də ciddi bir səbəbi var. Və burada günah təkcə aldadan tərəfdə deyil, aldadılan tərəfdə də olur. Yəni heç bir hadisə birtərəfli baş vermir. Əhəmiyyətli olan bu qəzadan sonra hər iki tərəfin "mən niyə aldandım", "Mən niyə aldatdım" sualları üzərində düşünməsidir. Bu suallara cavab tapan insanlar gələcək münasibətlərdə bir daha aldanmırlar. Çünki hər kəs öz səbəbini, öz çatışmazlığını, ona nəyin lazım olduğunu bilmiş olur.
Aldatma münasibətlərdə çox müşahiə edilən bir haldır. Çünki bütün qadağan edilənlər və təhrikedicilər daha cazibədar olur.
Psixoloq Nigar Məmmədovanın sözlərinə görə, aldatma da bir çox xüsusiyyətlər kimi genetik keçir. Yəni aldadan şəxsin atası və ya anası aldadıbsa, bunu nə vaxtsa övlad da edəcək. O, aldatmaya əxlaqsızlıq kimi yanaşmağı düzgün hal saymır: "Ümumiyyətlə, terapiyaçılar belə hallara hekayə-hadisə kimi baxırlar. Əgər bir terapiyaçı ona aldatdığını və ya aldadıldığını danışan birinə "düz etmirsən" deyirsə, deməli, o da baş verənlərə daxil olur. Kənardan dəyərləndirmə verə bilmədiyi üçün belə terapiyaçıya qulaq asmamaq məsləhət görülür".
Aldatma təkcə fiziki yox, romantik və ya zehni də ola bilər. Evli insanların bir başqası ilə cinsi əlaqə yaşaması cinsi aldatma, birini sevərkən digəri ilə romantik münasibət yaşama isə romantik aldatma kimi qəbul edilir. Bir başqasının xəyalı ilə yaşamaq belə aldatmadır.
Həmsöhbətimizin dediyinə görə, aldatma qadın və kişinin romantik əlaqələrinin ödənilməsi, bəzən macəra yaşamaq duyğusu, bəzən cinsi əlaqə, bəzən isə psixoloji vəziyyətlə əlaqəli baş verə bilər. "Aldatma hər zaman olub və olacaq. Bunu da belə qəbul etmək lazımdı".
Əvvəllər çox zaman kişinin aldatması hadisələrinə rast gəlinirdisə, indi qadınlar da aldadır: "Kişilər aldatdığı zaman ailəyə diqqətsiz olurlar. Özlərinə baxmağa, daha çox diqqət etməyə başlayırlar. Özlərinə yeni geyimlər alır, tez-tez duş qəbul edir, məşq etməyə başlayır və ya dieta saxlayırlar. Qadın aldatdığı zaman isə cəmiyyətin təzyiqini düşündüyü üçün daha diqqətli olur. Ona görə də aldadan qadınlar daha həyəcanlı olurlar. Qadınlar kişilərdən fərqli olaraq, aldatdığı zaman güclü sevgi, romantika, dəyərgörmə axtarırlar. Və kişilərdən fərqli olaraq istədiklərini tapdıqlarında yaşadıqları partnyorlarını tərk edirlər. Qadın həyatında özünü bədbəxt və narahat hiss etdiyi zaman axtarışa başlayır. Kişi isə özünü subut etmək, həyəcan yaşamaq istəyindən irəli gəlir".
Aldanma həm qadına, həm də kişiyə çox böyük təsir edir. Qadınlar bunu hiss etdikləri zaman münasibətlərə göz gəzdirməyə başlasalar da, günahkar axtarışında olsalar da, dövrümüzdə kişilərin reaksiyası daha kəskin olur. "Belə ki, kişilər aldadıldığından şübhə belə etdiyi zaman daha aqressiv davranışlar göstərirlər. "Sən qadınsan, sənə olmaz", "Nəyin çatmır?" və s. kimi sözlərlə özünə haqq qazandıran kişi qadından şübhələndiyi halda çox zaman araşdırmadan, bilmədən zorakılığa əl atır. Buna ölkəmizdə günbəgün artan qadın cinayətlərini misal göstərmək olar".
Müsahibimiz bildirir ki, aldatmanın qarşısını almaq mümkün deyil. Bu, insanın daxilindən gəlir. Bunun üçün nə dərman, nə də hər hansı vasitə yardım edə bilməz. Aldanan da, aldadan da başına gələnlə razılaşmalıdır.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Prezident onlara fəxri adlar verdi - SƏRƏNCAM
Saç tipinə görə daraq seçimi
"Ballı tort" (foto-resept)
Dəri detoksu
Koronavirusun kişilər üçün qorxunc fəsadı açıqlandı
Brüsseldə NATO-Azərbaycan əməkdaşlığı müzakirə edilir
Hava proqnozunu aparan qadının geyim tərzi hər kəsi təəccübləndirdi
"Mövludun ruhundan əl çəkin!" - həyat yoldaşı
Dünya şöhrətli əsər Azərbaycan dilində
Bulka "Assorti" (foto resept)
Kısır (foto resept)
Toyuq ətindən kolbasa
Ronaldo Fələstinə 1,5 milyon dollar bağışladı
Kat Tanita
Bakıda müəllimlərin əzabı bitdi
Sobada pomidor dolması (foto resept)
Naomi Kempbell Ceylonun paltarında-FOTO
Qeyri-adi şəkillər
Xəstə "həkim, mən ölmək istəyirəm" deyərsə...
Putin Bakıya görə rus telekanallarını tənqid etdi
Şahzadə Diana sarayda qabları yuyurmuş
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 119 yeni yoluxma
"Taxt oyunları"nın aktrisası hər kəsi QORXUTDU-FOTO
Türkiyədə futbol dayandı
Saçlarınız qırılır?
Psixoloqların NƏZƏRİNƏ: Dekabr ayında...
Nikah kağızı yoxdursa...
Saç tökülməsinin qarşısını alan maska
Ordumuz Laçında Qarabağa gələn erməni hərbçilərinin qarşısını kəsdi və...
Payızda sağlam qala bilmək üçün nə etməliyik?
Gürcüstan Prezident seçir
Günün qoroskopu: əgər iş axtarırsınızsa...
Dərimizi soyuqdan qoruyaq
Müəllimə hər gün Kürü üzərək dərsə tələsir-Neftçalada
Provans salatı (foto resept)
"Instagram"da bu şəklə 14 milyon "layk" gəldi - FOTO
Çində zəlzələ: yaralılar var
Google şirkəti Qreys Hopperi andı
10 aylıq oğlan 9 yaşlı uşaq boydadır - FOTO
Ərdoğan: “Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyayadək müsəlmanların yanındayıq” - VİDEO
Suyun əhəmiyyəti
Qocalma əleyhinə preparat hazırlandı
Adlarınızın baş hərfi sizin haqqınızda nə deyir?
Diqqət testi
Sual yaradan şəkillər
Düşmən Madagizdə döyüşə girməkdən imtina edir - RƏSMİ
Çoxlu süd içmək ürək-damar xəstəlikləri riskini artıra bilər
Çexiya prezidenti Azərbaycana gəlir
Məşhurları bir də belə tanıyın
Xarakterlə bağlı xəstəliklər















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]