Son günlər gündəmdə olan məsələlərdən biri vətəndaş nikahının hüquqi cəhətdən tanınmasıdır. Bu gün ölkəmizdə mövcud olan nikah formaları rəsmi və dini nikahlar olsa da dünya ölkələrində digər nikah növlərinə də rast gəlmək mümkündür. Hazırda Azərbaycanda vətəndaş nikahının hüquqi cəhətdən tanınması və bununla bağlı qanunvericiliyə yeniliyin edilməsi təklif olunur. Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Sosial siyasət komitəsinin birgə keçirdiyi iclasda təklif irəli sürülüb. Bəzi deputatların fikrincə, ölkədə artıq vətəndaş nikahı ilə yaşayanlar və bu nikahdan övlad dünyaya gətirənlərin sayı rəsmi nikaha girənlərin sayına, demək olar ki, çatıb. Xüsusilə bu nikahdan dünyaya gələn uşaqlarla bağlı ciddi problemlər yaşandığı irəli sürülür və onlar bununla bağlı Ailə Məcəlləsinə və digər qanunvericilik sənədlərinə tənzimləyici müddəaların salınmasını təklif ediblər. Ancaq vətəndaş nikahı ilə bağlı bu təklif cəmiyyətdə heç də birmənalı qarşılanmır.
Heç kəsə qadağan edə bilməzsən ki, nikah kağızı yoxdursa, evlənməyin
MM-in Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev də Milli.Az-a açıqlamasında bu təkliflə razılaşmadığını bildirdi: “Vətəndaş nikahlarını necə qanuni qüvvəyə mindirmək olar? Kimlər ki, nikahını rəsmiləşdirmək istəyir, onsuz da onu rəsmiləşdirirlər. Vətəndaş nikahında da qeyri-qanuni bir şey yoxdur. Amma hər halda vətəndaş nikahı pozulandan sonrakı məsuliyyət məsələsi, uşağın tərbiyələndirilməsi, qayğısına qalınması, onun xərcinin ödənməsi, yaxud da mülkiyyət-əmlak məsələlərinin bölüşdürülməsi məsələsi ilə bağlı boşluqlar axtarmaq lazımdır ki, qanunvericilikdə varsa, boşluqlar doldurula bilər. Ancaq vətəndaş nikahını necə rəsmiləşdirmək olar? Dünyanın hər yerində bu proses gedir. Heç kəsə qadağan edə bilməzsən ki, nikah kağızı yoxdursa, evlənməyin. Bu bir az çətin məsələdir”.
Millət vəkilinin sözlərinə görə, hər halda vətəndaş nikahında öhdəliklərin qoyulması və nikah qurulandan sonra yaranan problemlərin çözülməsi yollarını düşünmək olar:
“Ancaq vətəndaş nikahını rəsmiləşdirməyi mən dərk edə bilmirəm. İnsanları necə məcbur etmək olar ki, yalnız nikahdan sonra evlən. Bunu etmək olmaz. Evinə polis göndərəsən ki, bir yerdə yaşamayın? Mümkün olası bir şey deyil, absurddur, insan haqlarına da birbaşa zidd olan bir məsələdir. İnsanın öz haqqı var, öz seçimini edir, istədiyi adamla yaşayır. İctimai qaydaları pozmursa, qeyri-qanuni hərəkət etmirsə, istədiyi adamla yaşayırsa, necə demək olar ki, qeydiyyatdan keçin? Bu mümkün olan deyil”.
Xüsusilə demokratik ölkələr üçün uyğun məsələ olmadığını deyən millət vəkili bildirdi ki, rəsmi nikahı olan şəxslərə qoyulan öhdəliklər eyni zamanda qeyri-rəsmi nikahları olan şəxslərə də qoyula bilər. Lakin bu halda da çoxlu problemlər ortaya çıxacaq. Belə ki, bunların qarşılıqlı məsuliyyətini müəyyən edən müqaviləsi, sənədləşmə yoxdursa, problem ortaya çıxa bilər. Millət vəkili qeyd etdi ki, dünyanın başqa ölkələrində bu problem necə həll olunursa, bizdə də o yolla getməlidir.
Vətəndaş nikahının ictimai fəsadları
Vətəndaş nikahının son illərdə Avropa ölkələrində çox sürətlə artdığını deyən İstanbul şəhərinin Üsküdar Universitetinin sosiologiya bölümünün müdiri, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı bunun ölkələrin ailə quruluşlarına ciddi təsir göstərdiyini deyir:
”Təəssüflər olsun ki, son illər bu prosesin Azərbaycanda da artdığının şahidi oluruq. Bu tendensiyanın artmasının ən böyük səbəblərindən biri kimi qərb həyat tərzinə meyllilikdən irəli gələn fərdlərin “azad yaşamaq istəklərini”, serialların təsirini ilk sırada qeyd etmək lazımdır. Vətəndaş nikahının ictimai baxımdan ən böyük fəsadı cəmiyyətin heç bir məsuliyyət hissi olmayan, sırf nəfsani istəkləri təmin üçün qurulan, övladsız cütlüklərdən ibarət hala gəlməsidir. Bu cür münasibətdən dünyaya gələn uşaqlar isə əksər hallarda sevgidən məhrum olduqları və düzgün tərbiyələnmədikləri üçün hər biri cəmiyyət üçün potensial təhlükəyə çevrilə bilir.
Digər tərəfdən bu nikahlar uşaqlara da psixoloji nöqteyi-nəzərdən mənfi təsir göstərir. Onlar bu işdə heç bir günahı olmadan həm öz yaşıdlarının, həm də yaxın ətraflarının ictimai qınaq obyektinə çevrilir, bəzən də təhqirə məruz qalırlar. Həmçinin gələcəkdə bu cür nikahda böyüyən uşaqlar özləri də bu cür münasibətlərin normal olması fikrini mənimsəyir və rəsmi nikahı lüzumsuz hesab edə bilirlər. Bu da ailə institutunun davamı baxımından təhlükə hesab olunur”.
Sosioloqun fikrincə, bəziləri evlilik ilə bərabər yaşama arasındakı fərqi yalnız nikah dəftərinə atılan bir imza olaraq görürlər: “Bu, doğru deyil. Nikahsız yaşamaq həm psixoloji, həm də fiziki problemlərə səbəb olur. Məsələn, ABŞ-da ailə mövzusunda aparılan tədqiqatlarda və statistik materiallarda vətəndaş nikahı ilə bir arada yaşayanların evli insanlarla müqayisəsi onların daha çox xəstəliklərə düçar olduqları və ömürlərinin daha qısa olduğunu üzə çıxarıb. Bunun səbəbini mütəxəssislər nikahsız yaşayanların hər hansı bir hüquqi sənəd olmaması ilə izah edirlər. Xüsusilə qadınların keçirdiyi tərk edilmə qorxusu müxtəlif xəstəliklərə zəmin hazırlayır.
Digər tərəfdən vətəndaş nikahları hüquqi nöqteyi-nəzərdən də qeyri-sağlam hesab olunur. Məsələn, vətəndaş nikahında olan cütlüklərdən birinin qəflətən dünyasını dəyişməsi halında qarşı tərəfin hər hansı bir mülkiyyətə iddia etməsi müşkül məsələyə çevrilir. Çünki qanun qarşısında bir yerdə yaşadıqlarını, ortaq uşaqlarının olmasını sübuta yetirmələri o qədər də asan məsələ deyil. Məhkəmə tədqiqatları uzun illər davam edə bilər və qarşı tərəfin məsuliyyətdən boyun qaçırması çox asandır. Uşaqlar da heç bir mirasa iddia edə bilmirlər”.
Xüsusilə qadınlar üçün başqa bir problemin vətəndaş nikahından dünyaya gəlmiş uşaqların maddi təminatı məsələsini təşkil etdiyini deyən sosioloqun fikrincə, cütlük arasında münasibətlərin qırılması halında ana aliment alma hüququndan məhrum olur və bu da öz növbəsində başqa sosial problemlərə səbəb olur: “Uşaqları tərbiyə etmək isə tək analar üçün həm maddi, həm də psixoloji nöqteyi-nəzərdən çox çətindir.
Vətəndaş nikahlarında zorakılıq faktları da kifayət qədər yüksəkdir. Qarşı tərəfin hüquqi baxımdan müdafiəsiz olduğunu dərk edən tərəf-müqabilin (əksər hallarda bu kişilər olur) partnyoruna qarşı zorakılıq və təhqir etməsi daha da asanlaşır. Bu mənada həm hüquqi, həm də məişət nöqteyi-nəzərindən vətəndaş nikahları etibarlı hesab olunmur”.
Rəsmi nikahının isə etibarlı, uzun ömürlü həyat tərzi ilə yanaşı, fərdlərin və cəmiyyətin qəbul etdiyi münasibətlər formasında əsəb sisteminin daha düzgün fəaliyyətinə imkan verdiyini, bununla birgə fərdin sağlamlığı və rahat yaşamasının təmin olunduğunu deyən sosioloq bildirdi ki, bu məsələ müzakirə olunan zaman bütün bu məqamlar nəzərə alınmalıdır. Əks təqdirdə bunun fəsadlarından qaçmaq çox çətin olacaq.
Qeyri-rəsmi çoxarvadlılıq həmişə olub və olacaq
Hüquqşünas Sahib Məmmədov isə Milli.Az-a bildirdi ki, vətəndaş nikahında olmaq qanunla qadağan deyil: “Lakin belə nikahların bir sıra nəticələri var ki, onların hüquqi tənzimlənməsi vacibdir. Bu baxımdan belə qanunun qəbul olunmasını vacib hesab edirəm. Nikah tərəflərinin belə nikaha xitam verilərkən hüquqi vəziyyət, xüsusən yaşayış zamanı əldə edilən mülkiyyət məsələləri, o cümlədən bu mülkiyyətin bölünməsi problemə çevrilir. Belə nikahdan doğulanlarla da bağlı bir sıra problemlər olur. Ümid edirəm, belə qanun problemi qismən həll edəcək. Bu qanunun qəbulunun çoxarvadlılığa gətirib çıxaracağı fikri ilə razı deyiləm. Çünki bizdə qanun çoxarvadlılığı qadağan edir. Qeyri-rəsmi çox arvadlılıq isə həmişə olub və olacaq. Bu qanun onu legitimləşdirə bilməz”.
XƏBƏR LENTİ
Bu gün atəşfəşanlıq olacaq
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
Batanları xilas etmək üçün “canlı zəncir” yaratdılar
Haluk Levent üsyan etdi: - "Nankorsunuz"
Astronomiyadan təsirlənən manikür
Azərbaycan tarixindən yüz şəxsiyyət-81
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Ana südü çatışmırsa
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
Günün ulduz falı
Cinsi həyatınızın qayğısına qalın
Polis Akademiyasında oxumaq istəyirsiniz?
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Karma qanunu
Qurban Qurbanov koronavirusa yoluxub
“Uzunömürlülüklə məşğul olan elmi-tədqiqat mərkəzi yaradılmalıdır”
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Saç tökülməsinə qarşı maska
Mayli Sayrus toyu təxirə saldı-SƏBƏB
DİQQƏT: Bu yoqurtlar TƏHLÜKƏLİDİR - FOTO
Cavanlıq sirri qulaq arxasında gizlənib
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Rusiya şokdadır: rubl dibə vurdu
Ledi Qaqa Bakıya neçəyə gəldi?
Brüksel kələmli makaron (foto-resept)
Çin balqabağının nəyi yaxşıdır?
Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı
Nişanlılıq dövrü
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Xəstəliklərin psixoloji səbəbi var!
Kokoslu peçenye (foto resept)
Ərikli bükmə (foto resept)
Leonardo Di Kaprio tanınmaz halda-FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Virtual Mercedes real olacaq
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Solyari dəri xərçəngi əmələ gətirir?
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Azərbaycanlı gənc rəssamın “yaratdığı” Arda Turan
Azərbaycandan sərt etiraz
Antibiotiklər: yanlış fikirlər və reallıq
Dəbli pencəklər
Naxçıvana qar yağır - FOTO
Braxioplastika – qolların gərilməsi
İlham Əliyev Təhsil Nazirliyinə bir milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
BÜRCLƏR bizə nə vəd edir? - 13 Aprel
15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi
- ŞƏRHLƏR