Milli.Az Sevinc Fədainin musavat.com-a verdiyi müsahibəni təqdim edir:
Bəlkə müqayisə uğursuz olacaq. Amma son dəfə bir müsahibə zamanı belə ağrını 2005-ci ildə yaşamışam. Elmar Hüseynov yenicə qətlə yetirilmişdi. Yaşadığı evin öldürüldüyü blokundan qan izləri belə getməmişdi. Və mən onun evinə, başı qara örpəkli həyat yoldaşı Ruşaniyyə Hüseynova ilə müsahibəyə getmişdim. Ağrıların ən böyüyü. Verdiyin, verəcəyin suala görə ağrıyırsan. Amma qarşındakı acılı qadının danışmağa ehtiyacı olduğunu bilirsən. Boşalmağa, anlatmağa, hayqırmağa...
Gənc yazar Mövlud Abdullayevin intiharından sonra adı ən çox çəkilən, sosial şəbəkədə, müsahibələrdə barəsində danışılan, ölmədən öncə boşanmaq ərəfəsində olduğu həyat yoldaşı Sevinc Fədai ilə danışmaq da eyni dərəcədə ağrılı idi. Amma biz bu olaya qədər də bir-birimizi çox istəmişik. Ona görə də Sevinc indiki ərəfədə ürəyini boşaltmaq üçün məhz bəndənizi seçdi. Müsahibədə suallar azdır, fərq edəcəksiz. Amma indi sual verməkdən daha çox, Sevinci dinləmənin vaxtıdır. O isə danışmaqdan daha çox hayqırırdı. Ağlaya-ağlaya, yana-yana, içi qanayaraq danışırdı... Oxuyaq, bilmədiyimiz mətləblərdən agah olmaq və bundan sonra bir qədər susmaq üçün...
- O, mənə hər zaman belə deyirdi: anam, bacım, dostum, sevgilim, arvadım Sevinc. Mən belə xatırlayıram. Mən də onun həyatından, sadəcə, həyat yoldaşı kimi getmək istəyirdim. Bir hədd var münasibətlərdə. Ki, ondan sonra artıq bir çox şeylər bitir. Mən o dostluğu qorumaq üçün, Ucal (oğlu) üçün ayrılmaq zorunda idim. Mən Ucala fiziki baxımdan lazım idim. Mövlud da çox həssas idi. Ona elə gəlirdi ki, mənsiz həyat olmayacaq, ola bilməyəcək. Mən də bunu görürdüm. Mən də deyirdim ki, "Mövlud, mən o evə qayıtsam, münasibətlərimiz daha da pis ola bilər. Amma biz ömrümüzün sonuna qədər görüşəcəyik, danışacağıq. Ucal üçün, özümüz üçün...
Mən həmişə sənin yanındayam. Biz istəsək də, qopa bilmərik. Bizi təkcə bu ev, bu nikah birləşdirmir. Yəni, biz tanış olanda bir-birimizə bacı-qardaş demişik, sonra dost, sonra sevgili olmuşuq". Bir ayın içində mənə evlənmə təklifi elədi. Dedi ki, biz evlənməsək, cəmiyyət bizi məhv edəcək. Bizi birləşdirən uca dəyərlər var idi. İkimiz də həssas insan idik. Sonra ard-arda çox ciddi psixoloji travmalar aldıq. Bir-birimizin köməyinə, dəstəyinə ehtiyacımız vardı. Müdaxilələr oldu, ikimiz də yükləndik, halbuki dəstək lazım idi. Mövlud da zəif idi. Elə son günlərində deyirdi ki, mən elə bilirdim, sənə hər şeyi demək olar, amma sonra gördüm ki, çox eqoistlik etmişəm. Amma indi mən güclü olacam, gəl qayıt evə... Deyirdim ki, Mövlud, bacarmıram. Necəsə bir travma idi. Hissizləşmişdim.
Özünə də dedim ki, bacarmıram, qayıda bilmirəm. Son gününə qədər də biz görüşmüşük, danışmışıq. Anamgilə gəlib-gedirdi, mən olmayanda da. Orda qalırdı, otururdu, danışırdı... 2 ay idi ki, evdən getmişdim. Ucalla evin içində olanda o qədər ünsiyyəti olmurdu, nəinki həmin 2 ayda. Hətta deyirdi ki, mən Ucalı indi tanıyıram, indi-indi bağlanmışam oğluma. Ona görə də deyirdim ki, Mövlud, sən Ucal üçün möhkəm ol. Evdən çıxandan sonra o, çox deyirdi ki, sənsiz yaşaya bilmərəm, özümü öldürəcəm. İlk 1 ayda onunla bu barədə çox danışırdım, dəstək verirdim, hər şeyin keçəcəyini deyirdim.
Amma son dönəmlər deyirdi ki, artıq keçdi, mən möhkəməm, səni də psixoloji gərginliyə salıram, möhkəm olacam, kişiyəm. Sevinirdim ki, o havadan çıxıb. Hətta dedim ki, Mövlud, get bir az Qazaxda qal. O, Qazaxa çox bağlı idi, oranı müqəddəs bilirdi də. Deyirdim, get orda hekayələrini yaz, məscidə get. O isə cavabında deyirdi ki, mənim məscidim də, hər şeyim də sənsən. Deyirdim, eləmə də belə. Axı biz hər zaman deyirdik ki, ayrılanda da dost kimi ayrılacağıq, dünyanın sonu deyil. Mən hər ikimiz üçün yaxşı olsun deyə ayrılmaq istədim. Amma o, anlamaq istəmədi. Özünü inandırmışdı ki, bu, dünyanın sonudur.
"Nə istəyirsiz o uşaqdan? Mövludun ruhundan əl çəkin!!!"
- Siz axır çərşənbəni də birgə keçirmisiz bildiyim qədər...
- Bəli, ayın 14-də, ilaxır çərşənbədə bir yerdə olmuşuq. Atamgilə gəlmişdi. Yazırlar ki, guya mən ona Ucalı göstərmirdim. Ağ yalandır. Bizə gəlib-gedirdi son günə qədər, atam-anam onu oğulları qədər çox istəyiblər. Bizim evdə ona yad münasibət olmayıb. Hətta Mövlud deyirdi ki, biz ayrılırıqsa, mən o evə necə gəlib-gedim? Deyirdim ki, o, nə deməkdir, Mövlud? Biz hər zaman məişət söhbətlərindən ucada dayanmışıq. Sən ömür boyu bu evə gedib-gələcəksən. Mənim üçün gələcəksən, Ucal üçün gələcəksən... Özün üçün gələcəksən. Yəni, biz axıra qədər bir yerdə olmuşuq. Sadəcə, o, çox qorxaq adam idi. Mənim ən çox barışmadığım, məni ən çox yandıran da bu idi. Mövlud, axı sən necə o yüksəkliyə çıxmısan, özünü atmısan, necə canın yanıb? İynə vurdurmaqdan da qorxan adam idi. Əlini mən tuturdum ona iynə vurulanda... Necə ola bilər axı? (ağlayır) Özünə də ayrılanda dedim ki, Mövlud, mən səni həyat yoldaşından daha çox balam kimi sevirdim və sən məni bundan məhrum elədin. Cavab verirdi ki, mən məhrum eləmədim ki, özün getdin. Deyirəm ki, məcbur elədin də getməyə... Mən ayrılandan sonra da hər gün soruşurdum ki, nə yedin-içdin? Arıqlamışdı. Sonra xəstəxanaya müalicəyə getdi. Mən işlə bağlı Türkiyəyə getmişdim. O da həmin müddətdə xəstəxanaya getdi. Dedi ki, onsuz da, sən bir müddət burada olmayacaqsan, mən də heç nəyi görməyəcəm, gedim müalicə olunum. Sonra gəldi ki, yaxşıyam, tək qalmaq mənə yaxşı təsir etdi. Biz inanırdıq ki, hər şey keçdi, düzəldi, yaxşı olacaq.
"Mən, sadəcə, acılıyam, narahat deyiləm. Amma narahat olanlar da sakitləşsinlər. Mən heç kimi suçlamıram"
Sadəcə, mənim istədiyim odur ki, kim ki, Mövlud üçün yas saxlayır, yanır, bunu içində sakit yaşasın. Mövludun ruhunu incitməsinlər. Mövludun maddi problemi vardı, amma o maddi problemə görə öldürməyib özünü. O qəpiklərin şəklini yaymasınlar. Çıxıb deməsinlər ki, biz Mövluda maddi yardım etdik. Hər şey cılızdı axı bu ölümün yanında, hər şey. Niyə bu müsahibələr verilir, bu yazılar yazılır, niyə sosial şəbəkədə hər şeyi bilib-bilmədən danışmağa çalışırlar? Axı bir yad adam da öləndə, onun ağrısına görə susursan, danışmırsan. Yanırsızsa, niyə bu qədər danışır, bu oyunları çıxarırsız? Nədir sizi narahat edən? Mən bu gün acılıyam, amma narahat deyiləm. Ona görə də mən susmağı seçdim. Amma gördüm ki, Mövludun ruhunu çox incidəcəklər, ona görə danışdım. İstəmirəm, incitsinlər. Mövlud özü də o dəyərlərlə yaşayırdı. Onun üçün insani hisslər çox uca idi. Bu qədər incitməyin də onu. Mövlud artıq yoxdur axı həyatda. Kimə nəyi sübut etmək istəyirsiz?
Mövlud Mövludun oğlu Ucalla fotosu
- Sevinc xanım, bəlkə də bu intiharın arxasında suallar çox olduğu üçün bu qədər söz-söhbət yayılır...
- Nəyi bilmək istəyirlər? Bəlkə onları bu suallar yandırır? Bəlkə elə bilirmişlər ki, Mövlud övladını görmürdü? Ona görə yanırlar? Mən də deyirəm ki, yanmayın, o, övladını görürdü. O, bir gün əvvələ qədər uşağını görüb. Son dəfə telefonla danışanda dedi ki, mən bir də Ucalı 18 yaşı olanda görəcəm. Mən də ərklə dedim ki, qələt edəcəksən, sən onun atasısan, sən böyüdəcəksən onu, sən olacaqsan yanında. Mən də, Ucal da səni görəcəyik.
- "Son dəfə telefonla danışanda..." dediz. Onunla son danışığınız necə oldu, nələr dedi sizə?
- Biz martın 14-də, axır çərşənbəni atamgildə, bir yerdə keçirdik. Süfrəyə, uşaqlara başım qarışdı deyə çox danışammadıq. Amma saat 12-ni keçəndən sonra yanına gəldim, danışdım. Soruşdum, necəsən, neynirsən?Kimlərlə görüşürsən? Mən onu hər zaman qoruyurdum. Amma o, həmin gün ancaq mənim suallarıma cavab verdi. Bir də onu dedi ki, çoxdan bəri görmək istədiyi bir iş var idi, ordan artıq müsbət cavab verilib, redaktə yollayıblar, başlayıb çalışmağa. Dedim, nə yaxşı, xeyirli olsun. Sevindim ki, yeni başlanğıclar var, başı qarışacaq işə-gücə. Kimlərlə görüşdüyünü dedi. Facebook-unu bağlamışdı, gmail vasitəsilə dostları ilə yazışırdı. Bizim son günə qədər yazışmalarımız, telefon danışıqlarımız olub. Bunları açmaq nə problemlidir?
- Əhvalı gözəl olub bir gün öncəyə qədər. Yeni başlanğıclara hazır vəziyyətdə... O zaman son gün nəsə baş verib?
- Yox, 15 martda, atamgilə gələndə əhvalı heç də hər zamankı kimi yüksək deyildi. Ha istəyirdik kefini açaq, mümkün olmurdu. Ucal qucağında idi deyə anam uşağı onun qucağından almaq istəyirdi ki, yemək yesin. Sərt şəkildə qayıtdı ki, niyə düşsün ki? Mən yemərəm də. Anam dedi ki, sənə görə deyirəm, yemək ye. Sonra gedib uzandı. Ardınca bizim evə qonaqlar gəldi, Mövlud onlarla da oturdu. Bu son iki ayda bizim heç bir qohumumuz bilməyib ki, biz ayrılmışıq. Çünki nə zaman gəlirdilər, Mövludla məni birgə görürdülər. 5-ci gündən deyirdim ki, gəl, qal bizdə, isti ev, isti yemək...Sadəcə, mən o evdən çıxmışdım, aramızda olan söhbətlər də özəldir, bizə aiddir. Mən noyabr ayının sonunda xəstəxanaya düşdüm, aldığım psixoloji travmalara gücüm yox idi. Mənim də beynim yüklü idi.
Hər zaman mən güclü olurdumsa, həmin vaxt dedim ki, Mövlud, sənin dəstəyinə, təsəllinə ehtiyac var. Bilirsiz, kirayə qaldığımız evdə yanğın oldu, travma aldıq. O evə görə aldığımız təzminatla yeni topraq sahəsi almaq istəyirdik, dələduzlara tuş gəldik. Bir tərəfdən də əsəblərimiz orda tarıma çəkildi. Mən də insanam, elə şeyləri yaşayanda zədələnirdim, qaldıra bilmirdim. Həmin vaxt Mövlud o səbri, o gücü, dəstəyi göstərə bilmədi. İkimiz də özümüzdən çıxırdıq. Hətta bir dəfə dedim ki, Mövlud, elə vəziyyətə gəlmişəm ki, durub özümü eyvandan atmaq, maşının altına atmaq istəyirəm. İstədim, durumun ciddiliyini bilsin də. Mən elə şeyə meylli deyiləm, sadəcə Mövluddan dəstək almaq üçün bunu dedim. Durumun nə qədər ciddi olduğunu anlatmaq üçün. Mən bunu deyəndə özümdə olmamışam, özümdən getmişəm. Təcili yardım çağırılıb, 2 saat məni özümə gətirə bilməmişdilər. Hətta həkim deyib ki, bu qız özünü öldürmək üçün nəsə edib. Mövlud da qayıdıb həkimə deyib ki, Sevinc mənə bu namərdliyi eləməz. İndi deyirəm ki, Mövlud, bu namərdliyi etdin? (ağlayır) O, ən çox özünə etdi.
Mövludun axır çərşənbə günü çəkilmiş son fotosu
"Bizim hadisədən qabaq telefon danışığımız olub. Mənə dedi ki, Ucal da, sən də üzümü görməyəcəksiz. Sonra özündən çıxdı, coşdu..."
Məndən, Ucaldan daha çox özünə etdi. O, körpə kimi saf, təmiz idi. İnsan yanır axı... O, dostlarına, yaşadıqlarına görə bəzən elə təsirlənirdi ki, evə hönkürə-hönkürə girirdi. Mən onu qucaqlayır, yaralarını sarırdım. Zamanında onu yaralayan adamlar isə indi reportaj, status yazır, söz deyirlər... Biri yazır, Sevinci bağışlamaq olmaz. Durub onlara cavab da vermək istəmirsən. Mövlud özü həmişə belə məqamlarda mənə deyirdi ki, sən Sevincsən e, sən hamıya cavab verməməlisən. Mən Mövluda olan sayğımdan, ruhuna olan hörmətimdən susuram. Hamı götürüb yazır ki, Sevincsiz Mövlud tək qaldı. Amma biriniz bir soruşun da, niyə tək qaldı? Siz hardaydız? Niyə Mövlud özünü tək hiss etdi? Gəlib mənə deyirdi ki, Sevinc, evləndiyimiz 3 ildə hamı məndən soruşur ki, sən niyə belə xoşbəxtsən? Mənim xoşbəxtliyimi çəkə bilmirlər e. İstəyirlər ki, küçədə səfil qalım. Deyirdim, sən yenə güclü ol, işində-gücündə ol, bu qədər savadın, istedadın var. Özünü dik tut. Kim ki, həyatından gedib, o sənin yaxşılığınadır. O, dostundan bir acı hərəkət görəndə hönkür-hönkür ağlayırdı. 2 ildi üzünü görmədiyi dostu indi çıxıb elə şeylər yazır ki, yanıb partlayıram.. Nə istəyirsiz o uşaqdan? Heç olmasa ölüsündən əl çəkin.
- Heç kəsin bilməyib də, sizin bildiyiniz o son günün detalları barədə danışa bilərik? İstəmirsizsə, üstündən keçək...
- Yox, danışaq. Mövlud son günə qədər məni geri qaytarmağa çalışırdı. O, həmin gün də dedi ki, Sevinc, mən ailəmi qaytarmaq istəyirəm, qayıt evə. Dedim ki, Mövlud, vallah, bacarmıram.
- Qayıtmaq çox çətin idi, Sevinc xanım?
-Bilirsiz, mən ona bir söz demişdim ki, mən evdən çıxan son günə qədər hər şeyi düzəltmək üçün çabaladım. O, məni qaytarmaq istəsəydi, bunu bacarardı. Amma son gün ki, mən evdən çıxdım, çox sakit, hissiz çıxdım. Mövluda da deyirdim ki, Mövlud, mən Ucal olanda 3 gün xəstəxanada qaldım. Ataları içəri buraxmırdılar. Amma o 3 gündə mənim səni görmək üçün gözümün yaşı qurumadı. Amma indi key kimiyəm, hissizəm. O da bilirdi ki, mən nəyinsə xatirinə belə şeyi davam edə bilmərəm. Mənim zamana ehtiyacım vardı. O da həmin zamanı dayana bilmədi, qala bilmədi, Gözləmədi ki, mən özümü sağaldım. Sadəcə, o, mənim evə qayıtmamağımla barışa bilmirdi. Ondan əvvəl də bir neçə dəfə səsi telefonda pis gəlirdi deyə Təcili Yardımla evə qədər getmişdim. Məlum olmuşdu ki, sadəcə yemək yeməyib deyə halsızdır. Ömür boyu ağlıma gəlməzdi ki, belə şey.
- Mən bilirəm ki, siz indi Qazaxdan qayıdırsız, Mövludun yas yerindən...
- (sözümü kəsir) Mən o xəbəri eşidəndən sonra üstümə bir neçə dəfə Təcili Yardım gəlib. İynə vurublar, özümdə olmamışam. Mənə gec deyilib. Mən biləndə artıq Mövludun nəşini Qazaxa aparmışdılar. Mən ancaq bir gün sonra, yaxınlarımla dava-dalaşdan sonra yola çıxa bilmişəm. Səhhətim pis idi deyə, yola çıxmağıma icazə vermirdilər. Səhər də ailəm çıxıb gedib Qazaxa. Qəbrinin üstünə ancaq indi gedib.
"Mən başa düşürəm ki, hamı yanır. Amma bilin ki, mən hamıdan daha çox yanıram. Siz mənə qarşı çevriləndə Mövlud geri qayıdırsa, hamınız gəlib məni öldürün"
- Sizə son olaraq bir mesaj, bir məktub yazıbmı? Fotolardan görünür ki, qapının üstündə iki ürək şəkli qoyub. Bəlkə onların üstündə yazılanlar?
- Onların üstündə heç nə yazılmayıb. Mən o evə getməmişəm. Bizim hadisədən qabaq telefon danışığımız olub. Mənə dedi ki, Ucal da, sən də üzümü görməyəcəksiz. Sonra özündən çıxdı, coşdu... Onda bir şey vardı. Mələk kimi insan idi, amma birdən-birə, sanki, şeytan girirdi içinə. Coşanda dedim ki, Mövlud, gəl, sağollaşaq, yenə eyni yerə gəlib çıxdıq.
- Axırıncı gün, ölümündən bir neçə saat öncə olub bu danışıq?
- Bəli, hadisə də gecə olub. Mən bir az susqunluq, hörmət istəyirəm Mövludun ruhuna. O adamlar ki, yazırlar Mövludun yanında vicdanları təmizdir, guya mən Mövludun yanında olmamışam və sair. Mən başa düşürəm ki, hamı yanır. Amma bilin ki, mən hamıdan daha çox yanıram. Siz mənə qarşı çevriləndə Mövlud geri qayıdırsa, hamınız gəlib məni öldürün. Amma siz həmişə bizi bir, xoşbəxt görmüsüz. Hamı deyir ki, Mövlud 15 yaşından bəri özünü öldürəcəyini deyirdi. Amma son 3 ildə necə xoşbəxt idi. Nə oldu? Hamı niyə dəyişdi? Kimlər ki, indi yazır, Mövlud onlar barədə mənə çox danışıb, dərdləşib. Mən onları açmaq istəmirəm. Mövludun ruhuna, özümün adıma olan hörmətimdən. Bir daha deyirəm, mən, sadəcə, acılıyam, narahat deyiləm. Amma narahat olanlar da sakitləşsinlər. Mən heç kimi suçlamıram.
Milli.Az
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi