Uzun illərdir Kür çayının bir sahilindən digərinə qayıqla keçərək şagirdlərə bilik verməyə yollanır. Yorulmadan, özü də fədakarcasına çalışır. Söhbət açdığımız müəllim Neftçalanın "Mayaq-2" kəndində yaşayan 47 yaşlı Səidə Qüdrətovadır.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, Səidə Qüdrətova 25 ildir Kür çayını qayıqla keçərək Sübh yaşayış məntəqəsində fəaliyyət göstərən ibtidai məktəbdə şagirdlərə elm öyrədir. Ən təəccüblüsü odur ki, qayığın avarlarını məhz Səidə xanım özü idarə edir. Bu iş qadın üçün nə qədər ağır, çətin olsa da, o, uşaqlara elm öyrətmək, bilik vermək istəyindən əl çəkməyib. Hələ çayı eninə keçməyə mane olan Dəli Kürün şıltaqlığı, yağış, qar, külək, soyuq... Bunları düşündükcə qadının fədakarlığına heyran olursan.
Sübh yaşayış məntəqəsində cəmi 25 ailə yaşayır. Məktəbdə şagirdlərin sayı da o qədər çox deyil. Buna baxmayaraq, Səidə xanım öz işinə məsuliyyətlə yanaşır. Deyir ki, şagirdləri arasında ali və orta ixtisas məktəblərini bitirənlər də var. Onları görəndə fərəhlənir, zəhmətinin hədər getmədiyi üçün özünü xoşbəxt sanır.
Müəllim peşəsinə qəlbən bağlı olan Səidə Qüdrətova öz işini sevə-sevə görür. Üstəlik ev işi, ailə qayğıları... "Vaxtımı elə bölmüşəm ki, biş-düş etməyə, mal-qaraya, toyuq-cücəyə baxmağa da macal tapıram. Bütün bunlar mənim üçün adi həyat tərzidir", - deyə Səidə xanım bildirir.
O, sabah səhərin ala toranlığında yenə şagirdlərin görüşünə gedəcək. Qəlbində havanın soyuqluğu və onu narahat edən problemlərə yer yoxdur. Avar çəkdikcə ancaq sevimli şagirdlərini, yeni dərsi və onun izahını düşünür.
XƏBƏR LENTİ
COVID-19-u keçirənlər də peyvənd olunmalıdır?
Məşhur model tənqid hədəfi oldu-FOTO
Hava haqqında
Yay fəslinin Azərbaycana gəlma vaxtı açıqlandı
Ön xətdə gərginlik qalır - RƏSMİ
Sabah hava yağmursuz olacaq
Kimlər ev tikə bilməzlər?
2015 yaz-yay dəbi çantalar
İnstaqram və reallıq
Norveçin əsrarəngiz görüntüləri
Elçin yeni seriala çəkilir-FOTO
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur - RƏSMİ
"Facebook"dan daha bir YENİLİK
1 həftəyə 5 kiloqram arıqlayın
Krossvord həlli yaddaş zəifliyini aradan qaldırır
Xaricdən gələnlər 14 gün bunları etməlidir
Günün ulduz falı
Sevgidə edilən ən böyük səhvlər
Ərinizi bu cür məcbur edin ki, siqareti tərgitsin
ATƏT Qarabağdan narahatdır
Kimsəsiz uşaqlara mənzil veriləcək?
2014-cü il “Sənaye ili” elan olundu
Türkiyədə bağlanan universitetlərin SİYAHISI
Elvis Presli sağdır - İDDİA
Super qadınlar üçün super qidalar
Evlər bu il ucuzlaşacaq
Ramazan ayının 23-cü gününün duası
Skype-da daha bir yenilik
İsti ciyər salatı (foto resept)
Ramazan bayramında terror həyəcanı
Bir qadının xoşbəxtliyi üçün 229 kilo... – İnanılmaz fotolar
Altı məhbusun tunel qazaraq qaçdığı həbsxananın işçisi həbs edildi
Türkiyə HHQ qırıcıları üçün orta mənzilli raketlər ala bilər
Payızda yaz havası
Putinin gözlənilən Türkiyə qərarı
Sosial şəbəkələr gənc nəsillərə tənhalıq hissini verir
Güclü dövlətlər Azərbaycanla hesablaşmağa başlayıblar
Ərdoğan Bakıya gəlir
Kənd milyonçular məhləsinə çevrildi
Hamiləlikdə zəhərlənmə
Günün ulduz falı
Payızda sağlam qala bilmək üçün nə etməliyik?
Azərbaycanda tariflər ucuzlaşdı
Limonlu ədviyyat hazırlayaq
İspaniya çempionatının ən yaxşıları açıqlandı
Şəhid əsgərin son mesajı
Bayram yeməklərini zibil qutularından çıxarırlar
Klaç çanta modelləri
Səyahət - Yunanıstan
Saç düzümləri
- ŞƏRHLƏR