Fevralın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzerTAc-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında Cənub küləyi əsəcək, gündüz 16 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi 5-10 m/s təşkil edəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 3-8° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli keçəcək. Gecə 5-10 m/s Şərq küləyi, gündüz 5-10 m/s Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə dumanlı keçəcək. Gecə 5-10 m/s Şərq küləyi, gündüz 5-10 m/s Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperatur gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.
Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli keçəcəyi gözlənilir. Gündüz 5-10 m/s Şərq küləyi, axşam 5-10 m/s Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 1-6° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlər dumanlı olacaq, gün ərzində, əsasən, yağmursuz keçəcək. Gündüz 5-10 m/s Şərq küləyi, axşam 5-10 m/s Qərb küləyi əsəcək, arabir güclənəcək.Temperaturun gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Şərq küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Aslı və Murat barışdıqdan sonra ilk dəfə-FOTO
Azərbaycanda şəkərli diabetdən ölüm göstəricisi enib
Ünvanlı dövlət sosial yardımının müddəti uzadıldı
Gözlər
İsti hava bu insanlar üçün xüsusilə TƏHLÜKƏLİDİR
Dayanacaqlara Wi-Fi quraşdırıldı
Aktrisa qırmızı xalçaya taxt üstündə gəldi-FOTO
Bananla hazırlaya biləcəyiniz 3 maska
Neslihan Atagülün geyimini lağa qoydu
Yığcam, lakin möhtəşəm ağac evi (FOTO-lar)
“O səs Türkiyə 2018" - İlk FOTO
“Titanik”in batmasına kiçik buz kütləsi səbəb ola bilərdimi? - TARİXİ FAKTLAR
Azərbaycan tarixindən yüz şəxsiyyət-96
Günün ulduz falı - 20.12.2013
Minimalist dekorasiya
DİN Gəncədə məsciddəki əməliyyatla bağlı açıqlama verdi
Leyla Əliyeva: “2020-ci il möcüzələr ili olacaq!” - FOTO
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
2015-ci ilin martı 135 ilin ən isti mart ayıdır
Ayran şorbası (foto resept)
İnsanlar nə üçün tez məğlub olur?
Qızardılmış toyuq-Gürcü mətbəxindən (foto resept)
Məşhur aktyor səhrada köməksiz vəziyyətdə qaldı - VİDEO
TQDK-dan təhsil sənədi ala bilməyənlərə
Qadın barğamını kəsib boynundan asdı
Qarın bölgəsini əritmək üçün detoks
Çempionlar Liqasının 4 bəxtəvər komandası
“Survivor”un iştikarçıları bəlli oldu - FOTO
Con Kerri: "Bu mənim son dayanacağımdır"
Yer səthinin relyefi
Bu gün Milli Teatr Günüdür
Başdan ayağa qara geyinməyin incə məqamları
"Rusiya Azərbaycan və Türkiyəyə açıq mesaj verir"
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Almaz daşı
Məşhur aktrisa həbs olundu-SƏBƏB
Sonuncu dəfə nə vaxt məktub yazmısınız?
Çində təmiz hava pulla satılır
Uşaqlar niyə yalan danışır?
Melaniya Tramp "millət anası" obrazını sınayır - FOTO
Hamilə qadın dağıntılar altından sağ çıxarıldı - VİDEO
Kəs və yapışdır-29
40 minə başqa biri oldu-FOTO
Çoxobrazlı Aygün Kazımova stili
Bütöv Azərbaycanın dialektoloji atlası hazırlanır
Azərbaycan dili - XV dərs
Oskar almağa ən çox şansı olan filmin adı açıqlandı
Universitetlərin filialları niyə birləşdirilir?
Ebola-nın sonu çatır
"Hercai"nin Reyyanı sirrini açıqladı-FOTO
- ŞƏRHLƏR