Əslində Yer planetində qadın olmaq çox çətindir. Amma bizdə vəziyyət yaşanılmayacaq həddə çatıb. Bunun tək günahkarı əks cins yox, çox vaxt elə həmcinslərimiz olur. Həyatı bizlərə zindan edirlər. Yaşayırsan, nəfəs alırsan, bəlli deyil. Atdığın hər addım olay, hər hərəkət səhv anlaşılır. Bunlar işin ən yüngül tərəfidir. Əsl bəla “ərlik” yaşına çatmış və o yaşı aşmış qızların bəlasıdır. Onlar nə nəfəs alır, nə də yaşayır, demək olar ki, yeriyən ölüdülər.
Hər şeyin inkişaf etdiyi, irəlilədiyi dövrdə tək dəyişməyən böyüklərimizin evlilik anlayışıdır. Valideynlər övladlarının yaxşı ailə qurmasını istədikləri kimi, övladları da gözəl ailəyə sahib olmaq istəyirlər. Amma bu iki istək təsadüf hallarda üst-üstə düşür.
Bizdə yazılmamış, amma hər kəs tərəfindən dəqiqliklə yerinə yetirilən evlilik qanunlarımız var. 18-26 yaş arası qızların evlilik yaşıdır. Bundan sonra da evlənə bilər, amma subay oğlanla yox, mütləq dul olacaq. Bu yazılmamış, amma təsadüf hallarda pozulan “müqəddəs” evlilik qanunumuzdur. Bu yaşı aşan qızların qara günləri bir-birini əvəz edərkən, bir də qohum-əqrəba, dost-tanış qınağı başlayır.
“Sənin tayların nənə oldu, sən hələ yatırsan”, “ Bu vaxta qədər getmədin, bundan sonra da çətin gedəsən, getsən də dula gedəcəksən” , “ Bu qız da qaldı küncdə, belə baxanda pis qız da deyil, amma alan olmadı”, “ buna da getməsən daha heç kim almıyacaq səni”. Bu sözlərlə onsuz da ölü olanların üstünə torpaq atmış olurlar.
Hər kəs həyata bir dəfə gəlir, hər kəs o həyatı özü istədiyi kimi doya-doya yaşamaq istəyir, hər kəsin başqalarından saxladığı gizli bir arzusu var, onun həyata keçməyini gözləyir. Bu arzunun yaşı yoxdur. Hər hansı gündə, ayda, ildə həyata keçsə də, fərq etməz təki sahibinin istədiyi kimi olsun. Xoşbəxt olmağın yaşı yoxdur, həmçinin gözəl ailəyə sahib olmağın da. Valideynlər övladlarını ailə qurmağa tələsdirirlər, amma nə bəlli, bəlkə gecikən arzunun yolunu kəsirlər? Küləyin əsib, ildırımın çaxıb, yağışın yağmasından sonra həmişə parlaq bir günəş üzümüzə şölə saçır. Əgər arzular gecikirsə, mütləq gözəl sonluq hazırlayır. İnsanın arzusunu da aşan gözəl bir sonluq.
İnsanları, xüsusilə də qadınları heç vaxt ümidsizliyə atmayın. Sənin qatarın gedib deyə bir söz yoxdur. Bu dünyaya kimsə boşuna gəlməyib ki, onun qatarı da boş gedə. Ola bilər ki, kimsə həyatını istədiyi kimi yaşamasın. Amma başqaları istədiyi kimi də yaşamamalıdır. Bunu istəyən əzizləri olsa belə, çünki həyatına sən cavabdehsən, qarşılaşacağın uğur da, uğursuzluq da da sənin öz əməyin olmalıdır.
Evlənib valideyn olmaq işin ən asan və heç bir əmək istəməyən tərəfidir. Ailəni bir uşaq kimi təsəvvür edin, onun iməkləməsi, əlindən tutub yeridilməsi, sözləri öyrədib danışmağa alışdırılması var. Sonra cəmiyyətə tanıtmaq gəlir. Hər kəs evlənə bilər, amma nümunəvi və çox şeyin öyrənilməsini istəyəcəyimiz ailələr çox az saydadır. İndi hər kəs evlidir, amma ailə deyil. Bu da sadəcə evlilik yaşına çatmışam, evlənim deyən kütlənin yaratdığı fəsadlardır. Evlənəndən sonra arzuları yadına düşür, ya da onları sonradan qurur və nəticədə nələr baş verir hamımız bilirik.
Mən burada nə valideynlərə qarşı çıxıram, nə də hər hansı pis yolu təbliğ edirəm. Mən deyirəm, heç nəyə tələsməyin, hər şeyin vaxtı var. Səbr insana bəxş edilmiş ən böyük nemətdir. Bu nemətdən nəsibinizi alın. "Qonşudan dala qalma " pirinsipilə yaşayıb insanlıqdan dala qalmayın. Bir şeyin olacağı yoxdursa, onu məcburi oldurmaq fəsadlardan başqa bir şey insana bəxş etməz.
Sonda yenə deyirəm, xoşbəxtliyin yaşı olmur, arzuları yaşamaq üçün hər hansı bir günə ehtiyac yoxdur. İnsanlara yaşamağı öyrədin, onlar ölməyi özləri bilirlər. Hər kəsin xoşbəxt olmaq haqqı var, bu xoşbəxtliyi haqqı olanlarla yaşayın.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Müxalifət Paşinyana istefa üçün vaxt qoydu
MN: Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir
"Facebook"da problem yaranıb
Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur
Rahatlığın yollarını tapan insanlar
Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq
Ata olan şəxslərə 14 günlük məzuniyyət veriləcək
“İki” alanların sayı bəlli oldu
Dərinizə parlaqlıq qazandıracaq maska
Pomidorlu-pendirli toplar (foto-resept)
Modern yataq otaqları
Qəbələ V Beynəlxalq Musiqi Festivalı başa çatıb
Instagram-ın gələcəyi necə olacaq?
Günə 1 milyon qazan qadın
Dünyanın silah nəhəngləri (SİYAHI)
“Ermənilər təxribata davam etsə, onları hələ çox “sürprizlər” gözləyəcək”
Mənzil almaq istəyən müəllimlərə ŞAD XƏBƏR - VİDEO
Kondisioner koronavirusu daha sürətlə yayır
Dərs cədvəllərinin necə qurulacağı açıqlandı
"Android" sahiblərinə xəbərdarlıq: Bu virus...
Emin Ağalarov boşanır - FOTO
Çex kəndində ev - FOTO
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 113 yeni yoluxma - RƏSMİ
Yay aylarına düşən hamiləlik
Nokia tarixə qovuşacaq
Vitaminli xörəklər - 2
Uşaqlarda sümük boşluğunu necə aradan qaldırmaq olar?
Lavrov Azərbaycan XİN rəhbəri ilə Qarabağdakı vəziyyəti müzakirə edib
İlon Mask oğlu ilə bağlı VİDEO paylaşıb
Smartfonun batareyasının tez boşalmasının səbəbi açıqlanıb
Sürətli dırnaq uzadan maska
"Milan" dəyişir
Ceyhun Bayramovla Mövlüt Çavuşoğlu arasında telefon danışığı olub
Peşə məktəblərində bəzi ixtisaslar üzrə qruplarda şagirdlərin sıxlığı azaldılıb
Dünyanın ən nazik noutbuku təqdim edildi
Məktəbli formaları böyüklərin kostyumu qiymətinə...
Məşhur aktyor yaponiyalı qızla evləndi-FOTO
Pencək dəbinin klassik trendləri
Prezident İlham Əliyev 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etdi
Göyərçinləri yemləməyin
Cennifer Lopez Evlilik təklifinə "HƏ" dedi-FOTO
Bu günün hava proqnozu
Məşhur aktyorlar sevgili oldu
Rusiyadan ixrac edilən məhsullarda koronavirus aşkarlanıb
Bu adada bir işçi 130 min dollar MAAŞ alır
Məşhurlar doğuşdan sonra necə arıqlayıblar?
Qaymaqlı-qarağatlı keks (foto resept)
İlham Əliyevin reytinqi
Uşaq sağlamlığı üçün tövsiyələr
DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir
- ŞƏRHLƏR