Azərbaycan Respublikası Prezidentinin 7 may 2020-ci il tarixli 1016 nömrəli Fərmanı ilə “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların mövcud kateqoriyalarından biri genişləndirildi və daha bir yeni kateqoriya əlavə olunub.
Qadin.Net bildirir ki, MİDA-dan publika.az-a verilən məlumata görə, “ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs” adlı mövcud kateqoriya genişləndirilərək “ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxsləri” əhatə edəcək.
Müvafiq dəyişikliklə, gənc ailə (Gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan müəllimlər üçün əmək stajı tələbi 5 ildən 3 ilə endirilməklə yanaşı, yalnız ümumtəhsil məktəbində işləyən deyil, digər ümumi təhsil müəssisələrində çalışan gənc ailə üzvü olan müəllimlər də güzəştli mənzil əldə edə biləcəklər.
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 12.14-cü bəndinə əsasən ümumi təhsil müəssisələrinin aşağıdakı növləri vardır:
• ibtidai ümumtəhsil məktəbi;
• ümumi orta ümumtəhsil məktəbi;
• tam orta ümumtəhsil məktəbi;
• lisey;
• gimnaziya;
• ümumtəhsil internat məktəbi;
• inteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;
• inteqrasiya təlimli ümumi təhsil müəssisəsi;
• xüsusi məktəb;
• xüsusi internat məktəbi;
• inteqrasiya təlimli internat tipli gimnaziya;
• valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi;
• digər məktəblər.
Bununla yanaşı, yeni – “ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs” kateqoriyası da əlavə olundu. Həmin kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcəklər.
Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılmış, həmin kateqoriyalara aid olan vətəndaşlar tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilmişdir. Sənədlərin siyahısı ilə www.mida.gov.az və www.mida.gov.az/mmc/ internet saytlarının ana səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.
Hər iki yeni kateqoriyaya aid şəxslər 12.05.2020-ci il tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər. “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinetə sahib olan şəxslər mənzillərin seçimi zamanı daha öncə elektron kabinetə sahib olmuş digər kateqoriyalara aid vətəndaşlarla bərabər hüquqlara malik olacaqlar.
Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı "ASAN Xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzində "Güzəştli mənzil" pəncərələri vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108 Çağrı” mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.
XƏBƏR LENTİ
Günün ulduz falı - 18.12.2013
İraq Respublikasının dini liderlərindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat
Dəriyə qulluq və makiyaj vasitələrinin ömrü
Gözəl görünüşlü tortlar
Nur Yelitaşın son halı təəccübləndirdi-FOTO
Əhaliyə ŞAD XƏBƏR - Pensiyalar artırılacaq (VİDEO)
Azərbaycan Kuboku: 1/8 final oyunları
Vilayət Eyvazovdan Polis İdarəsində DƏYİŞİKLİK
Sürücülərə xəbərdarlıq edildi
Havanın isinməsi başlayır
Qripdən qorunmaq üçün menyu.
Şahzadənin hər kəsi təəccübləndirən görüntüsünün sirri
Azərbaycanda ictimai nəqliyyatda dəyişiklik
İspanaq salatı (foto resept)
Evinizə bolluq və bərəkət gətirəcək Feng Shui fəlsəfəsi
Ən maraqlı kolleksiya sahibini siz də tanıyın
Fransa mətbuatı Parisdə təşkil olunmuş "Azərbaycan - tolerantlıq məkanı" fotosərgisindən yazır
Qış üçün borş hazırlığı (foto resept)
Bakıda saxta pul çap edənlər tutuldu
Bu peşələr yox olur
Madonnaya video müraciət etdilər
Təmizlik vasitələrini qarışdırmayın!
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Ölkəsinin ən gözəl evli qadını seçildi - FOTO
Saçlarınız çox tökülür?
Ispanaq piroqu(foto-resept)
Pişiklər üçün 5-ulduzlu otel açlldı-FOTO
Uşaqları yemək yeməyən valideynlərə tövsiyələr
Ən çox qazanan futbolçu kimdir?
72-ci Kan film festivalı: Qırmızı xalça (1)
Məşhur "Cirque Du Soir" Bakıda
2012-ci ilin makiyaj çantaları
Ən son gəlinlik modelləri
Kabak detoksu
Bakıda maşınların qiyməti düşdü SİYAHI
Aslı Enverin tək qaşlı üzüyü diqqət çəkdi-FOTO
İdman geyimləri
Yadplanetli qəbirləri tapıldı - Virus yayılma təhlükəsi
Xanımlar üçün ziyafət geyimləri
Ana evdə olmayanda
Rusiyada koronavirusu dəqiq müəyyən edən test hazırlandı
Kristal göz yaşı axıdan qızın SİRRİ AÇILDI
"ABŞ Suriyada əməliyyatı davam etdirməyə hazırdır"
Azərbaycanda iş saatı dəyişdirilir
Dünyada ən az danışılan dillər
Məşhurların kompleksləri
Nurgül Yeşilçay paylaşdığı FOTO ilə diqqət çəkdi
Azərbaycanda daha bir rüsum
Pijama modelləri
Bir qəza ilə həyatı dəyişdi














