Qanunvericilikdə edilmiş dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların mövcud kateqoriyalarından biri genişləndirildi və daha bir yeni kateqoriya əlavə olundu.
Bu barədə Milli.Az-a MİDA-dan məlumat verilib.
"Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs" adlı mövcud kateqoriya yeni redaksiyada həmçinin, "ən azı 15 il dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxsləri" də əhatə edəcək. Bununla yanaşı, yeni - "ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər" kateqoriyası da əlavə olundu. Hər iki kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq, güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcəklər.
MİDA yenilənmiş kateqoriyalara aid bütün vətəndaşların müraciətlərini qəbul etmək məqsədilə "Güzəştli mənzil" elektron sisteminin təkmilləşdirilməsi işini davam etdirir. "Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxlər" adlı yenilənmiş kateqoriyaya aid vətəndaşların müraciətlərinin qəbuluna artıq start verildi. Müraciətlər "Elektron hökumət" portalında (www.e-gov.az) yaradılmış "Güzəştli mənzil" sistemi vasitəsilə və ya Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı "ASAN xidmət" mərkəzlərində və Sumqayıt "ASAN xidmət" mərkəzində qəbul olunur.
"Güzəştli mənzil" elektron sistemində davam edən dəyişikliklər və müvafiq inteqrasiya işləri tamamlandıqdan sonra "ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər" adlı kateqoriyaya aid vətəndaşların da müraciətlərinin qəbulu başlayacaq. Müvafiq texniki işlər başa çatdırıldıqda "ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər" kateqoriyasına aid şəxslərin müraciətlərinin qəbulunun başlanma tarixi barədə əlavə məlumat veriləcək.
Hər iki yeni kateqoriyaya aid şəxslər müraciət edərək "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olduqda MİDA-nın bütün layihələri çərçivəsində inşa olunan güzəştli mənzillərin satışı zamanı artıq qeydiyyatdan keçmiş digər kateqoriyalara aid vətəndaşlarla bərabər hüquqlara malik olacaqlar.
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq