Smartfonun batareyası mobil siqnalın zəif olması da daxil olmaqla bir çox amillərə görə tez tükənə bilər.
Qadin.Net bildirir ki, “Praym”ın məlumatına görə, bu barədə Rusiyada NAFİ-nin (Maliyyə Tədqiqatları üzrə Milli Agentlik) “Rəqəmsal vətəndaş” platformasının eksperti Vladimir Qritsenko bildirib.
Onun sözlərinə görə, batareya həm də arxa planda işləyən proqramlar, fon rejimində işləyən proseslər, batareyanın temperaturunun çox aşağı olması, həmçinin “smart saat” kimi daşına bilən “ağıllı” cihazlarla məlumatların sinxronizasiyasına görə sürətlə boşala bilər.
“Bunun niyə baş verdiyini anlamaq üçün əvvəlcə hansı proqramların arxa planda işlədiyini yoxlamaq lazımdır. Məsələn, bu, proqramların tez-tez “buludla” sinxronizasiya edilməsi, məlumatları istifadəçinin digər cihazlarına göndərilməsinə görə ola bilər. “Android” və “iOS”-da buna “Ayarlar”ın “Batareya” bölümündə baxmaq olar”, - deyə ekspert bildirib.
V.Qritsenko qeyd edib ki, “Android” smartfon istehsalçıları hazırda arxa plandakı proqramların həddindən artıq güc istehlakı ilə mübarizə aparırlar və əksər hallarda hazırda istifadə edilməyən bütün proqramları zorla dayandırırlar. Ancaq o, bu addımı dəstəkləməyərək, belə tədbirlərin buraxılmış mesajlar və zənglər kimi bir sıra narahatlıqlara səbəb olduğunu deyib.
“Smartfon “ağıllı saatla” birlikdə istifadə edilərsə və əldə xarici batareya yoxdursa, ancaq telefonun daha uzun müddət işləməsi lazımdırsa, “Bluetooth”u söndürməyə cəhd edə bilərsiniz. Bu zaman “ağıllı saat” smartfondan ayrı işləyir. Düzdür, “ağıllı saat”ın bildiriş alması dayanır, ancaq bu addım təcili vəziyyətdə batareyanın ömrünü uzatmağa kömək edir”.
Smartfonun akumlyatorunun tez boşalmasına səbəb olan başqa bir amil küçədə soyuq havadır. Belə telefonlarda istifadə olunan litium-ion batareyaların gücü soyuq havalarda azalır.
“Əgər batareya köhnəlibsə və bir neçə dəqiqə olsa belə şaxtalı havada istifadə edilirsə, cihazınız sönə bilər. Onu istiləşdirməyə cəhd edə bilərsiniz, ancaq bunu saç qurutma maşını və ya istilik batareyaları üzərində etməməlisiniz. Həddindən artıq yüksək temperatur batareyaya zərərlidir", - deyə V.Qritsenko sözlərini tamamlayıb.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Donlar
Suqovuşana çəkilən yeni yolun minalardan təmizlənməsi davam edir
Demet Akalının qızı seriala çəkiləcək
Telekanallarda monitorinqlər başlanıldı
Qadin.Net - 4 il Sizlərlə!
Handenin FOTOsunu 1 milyondan çox adam bəyəndi
Cəbhədə ağır gecə: Şəhidimiz var
Eşq beyinlə başlayır, ürəklə bir əlaqəsi yoxdur!
Konqresmen Ed Roys Azərbayacana gəlir
Ən gənc tələbə
Məşhur tərzi: İzabel Goulart
"Muska" börəyi (foto resept)
Bakı-2015 Ərəb mətbuatında
Bu günün hava proqnozu
Övladlarının ömrünü uzatmaq valideynlərin əlindədir
Tanınmış aparıcıya AĞIR İTKİ - İki övladını da...
Qadın.Netlilərin son zəng xatirələri (1)
Hadise geyimi barədə AÇIQLAMA verdi-FOTO
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Azərbaycanda ət ucuzlaşdı
Samsung Vyetnama köçür
Azərbaycanın Avropa hüdudlarına daxil olan əraziləri açıqlanıb
Valideynlər, DİQQƏTli olun, uşaqlar arasında virus yayılıb
Putindən nüvə savaşı təlaşı
Zaqatalada güclü zəlzələ olub
"Sürücülər sükan arxasında telefonla danışır, bazarlıq və digər problemlərini həll edirlər"
Dünyanın ən məşhur köpəyi öldü
ABŞ 11 sentyabra görə İranı cərimə etdi
Marsdan gələn “cəhənnəm səsləri” – NASA-dan sensasion kəşf
Müdrik qadın ağıllı qadından nə ilə fərqlənir?
İşsizlərə xoş xəbər
Azərbaycanlı iş adamı kosmosda dövlət yaratmaq istəyir
Kino-kino oynamaq
Günün qoroskopu: başladığınız işləri başa vurun
Beren Saatın tərəf müqavili o olacaq_FOTO
Avropa birinciliyində ilk medalımız xanımımızdan gəldi
"Google" "Fənərbağça" ilə bağlı səhvini düzəltdi
Qrant Baqratyan: “Ermənistanda nüvə bombası 70-ci illərdən var”
Məktəblilər susuzlaşma həddindədirlər
Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinin sürətləndirilməsi məqsədilə yeni agentlik fəaliyyətə başlayacaq
Rusiya Müdafiə Nazirliyi Xankəndi aeroportunda hərbi hospital qurub - FOTO
Pandemiya mövzusunda ilk dərslər keçirilib
Aleksey Naumov: “Azərbaycanlılar ermənilərdən fərqli olaraq Kəlbəcərdən ayaqyalın köçürdü” - VİDEO
Nə yeyək ki, kökəlməyək, sağlam və çox yaşayaq?
Ən çox qazanan futbolçu kimdir?
İki Avropa ölkəsində koronavirusun ikinci dalğa təhlükəsi
“Ağıllı” saatlar üçün antivirus
Tarkan qızının üzünü ilk dəfə göstərdi - FOTO
Yayın dəbli geyimləri
Ateist alim o dünyanın olduğunu təsdiqlədi - MARAQLI SƏBƏB














