Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin Bakı Regional Peşə Tədris Mərkəzində aparılmış yenidənqurma işlərindən sonra burada yaradılmış şəraitə, peşə təlimi üzrə yaradılmış yeni sinif otaqları və emalatxanalara baxış olub.Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə əmək potensialının iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmasının Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf konsepsiyasının vacib elementlərindən olduğunu diqqətə çatdırıb: “Dövlət məşğulluq strategiyasında, ayrı-ayrı dövlət proqramlarında peşə-ixtisas təlimi sisteminin iqtisadi inkişafa uyğun təşkili prioritetlərdən biri kimi müəyyən olunub. Nazirlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqaməti də məhz mövcud işçi qüvvəsinin əmək qabiliyyətlərinin iqtisadiyyatın tələblərinə uyğun formalaşdırılmasına yönəlib”.
S.Müslümov bildirib ki, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən son bir il ərzində 3786 nəfər işsiz və işaxtaran vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunub. Onlardan 2 min nəfərə yaxını məhz nazirliyin Bakı, Naxçıvan şəhərlərində və Göyçay rayonundakı Regional Peşə Tədris Mərkəzlərində peşə təlimi keçib: “Dünya Bankı ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində Bakı və Göyçaydakı həmin mərkəzlərin maddi-texniki bazasının gücləndirilməsi işləri aparılıb. Bu işlər çərçivəsində Bakı Regional Peşə Tədris Mərkəzində də yenidənqurma işləri aparılmaqla, əlavə olaraq daha 7 sinif otağı və emalatxana yaradılıb. Beləliklə, mərkəzdə müxtəlif peşələrin təlimi üçün sinif otaqları və emalatxanaların sayı artıq 23-ə çatıb. Əgər ötən il mərkəzdə 1228 nəfər peşə hazırlığına cəlb edilibsə, bundan sonra burada ildə 2 minədək şəxsin peşə hazırlığı mümkün olacaq”. Nazir qeyd edib ki, mərkəzdəki sinif otaqları və emalatxanalar peşə təlimi, peşələrin praktik şəkildə öyrədilməsi üçün lazımi texniki və tədris vəsaitləri ilə təmin olunub. Mərkəzdə ənənəvi təlim üsulları ilə yanaşı, modul təlim texnologiyası da tətbiq olunur ki, bu da işaxtaran şəxslərin daha müasir üsulla və qısa zamanda yeni peşələrə yiyələnməsinə və əmək bazarına daxil olmasına imkan verir. Ümumiyyətlə, hazırda Dövlət Məşğulluq Xidməti tərəfindən 86 ənənəvi və 58 modul təlim proqramları üzrə peşə hazırlığı kursları təşkil olunur. “Ölkədə peşə hazırlığı sisteminin regionlar üzrə genişləndirilməsi, həmçinin bölgələrdə kadr hazırlığının çevik və daha səmərəli proqramlar əsasında təşkili məqsədilə “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində Gəncə şəhərində də müasir tipli Peşə Tədris Mərkəzinin yaradılması nəzərdə tutulur”.Tədbirdə çıxış edənlər işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının təmin olunmasında peşə hazırlığının önəmini qeyd edərək, Bakı Regional Peşə Tədris Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində aparılmış işlərin nəticələrinin təqdirəlayiq olduğunu vurğulayıblar.
Sonra tədbir iştirakçıları mərkəzdə kompyuter mühasibatlığı (1C proqramı üzrə), əməliyyatçı mühasib, kompüter texnikasının təmiri, ingilis dili, elektrik, qaynaqçı, avtomobillərin təmiri üzrə çilingər, quraşdırıcı çilingər, plastik materiallardan məmulatların hazırlanması, bərbər, qənnadçı, aşbaz və digər peşələr üzrə yeni sinif otaqlarına, emalatxanalara və tədris ləvazimatlarına, mərkəzdəki yardımçı xidmət otaqlarına (həkim otağı, akt zalı, kitabxana, server otağı, bufet və s.), ayrı-ayrı peşələr üzrə təlim prosesinə baxış keçiriblər.
Mənbə: ANS PRESS
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Emin Ağalarov “Jara-2020”nin taleyinə aydınlıq gətirdi
Orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başladı
Ziyillər və onların müalicəsi
Kabaklı salat (foto resept)
Bu gün Ümümdünya Kosmonavtika günüdür
Qadın boksçularımız Almatı turnirində yarımfinalda
200 milyonluq mirası pişiyinə qalacaq
Uğurlu insanları fərqləndirən 45 xüsusiyyət(1)
Ərdoğan yeni Konstitusiya istəyir
Fərqli divar dekorasiyası
Azərbaycanlıların Ermənistana qarşı Avropa məhkəməsi
Uşaqlarla düzgün və təsirli ünsiyyət
Dünyada bir İLK: Gediş haqqını ləğv edən ölkə-FOTO
Google Chrome-da səslə axtarmaq mümkün olacaq
Qulağımıza qoyduğumuz BOMBA
Love you forever
Mürəbbəli şirniyyat (foto-resept)
Marsdan gələn “cəhənnəm səsləri” – NASA-dan sensasion kəşf
Səyahət etməyi sevənlər üçün maraqlı hobbi
Cennifer və Kendall məşhur brendin siması oldular-FOTO
Gürcüstandan gətirilən avtomobillərlə bağlı şok faktlar
Qızının ad gününə taxtadan avtomobil düzəltdi - FOTO
Yaşıl qəhvə nəyə görə xeyirlidir?
Bakıda müəllimlərin əzabı bitdi
Ziyafət donları
Azərbaycana yay gəlib?
Çərəzlər
Premyer Liqada qəsdən öskürənlər oyundan çıxarılacaq
Bəhram Bağırzadə komadan ayıldı
Aztəminatlı ailələrə şad xəbər - mənzil veriləcək
Dünyanın ən çox qazanan futbolçusu "Forbes" açıqladı
Arıqlamağa kömək edən salat
Arıqlamaq istəyənlərin yol verdiyi 4 xəta
HAVA necə olacaq? 18 MAY
Belə evdə yaşamaq asan deyil
Adnan Oktara 1075 il həbs cəzası verilib
Şəmistan Əlizamanlı AzTV-də “Cəbhədən xəbər” verəcək
Dollarla krediti olanlara GÜZƏŞT
Abort qadağan olunsunmu?
Qar qızlar parad keçirdilər
Ev şəraitində kimlərin müalicə olunacağı bilindi - AÇIQLAMA
Üz dərisini ağardan 3 maska
Cessika Alba 18 ildən sonra qayıdır
Azərbaycanlı girovlarla bağlı bəyanat yayıldı
Yeni rekord vuruldu
Hər şey cəmi 9 gündə oldu... - FOTO
Pompeo Çinə səsləndi: “Vəhşi heyvanların satıldığı bazarları birdəfəlik bağlayın”
Gəncə şəhəri Ermənistan ərazisindən atəşə tutulur - RƏSMİ
Saç tökülməsinin səbəbləri
Duaların axırında deyilən "amin" sözünün mənası nədir?















- ŞƏRHLƏR