Mövzu ilə bağlı aparılan araşdırmalardan biri kimi 2 min 163 insan arasında sorğu keçirilib. Nəticələrə görə, kişilər evliliyin iş performansına müsbət təsir etdiyini düşündükləri halda, qadınlar bunun tam tərsinə inanırlar. Psixoloqlar isə bu nəticələri ənənəvi ailə quruluşuna bağlayırlar. Kişi yeni bir ailə qurduqda əvvəlki ailəsində sahib olduğu nizamı davam etdirir. Tək bir fərq isə məktəbin yerini iş həyatının almasıdır. Ancaq qadın daha çox dəyişiklik etmək məcburiyyətindədir. Qadının da məktəb həyatının yerini iş həyatı tutur. Amma bir də evlə bağlı anasının rolunu, vəzifələrini və məsuliyyətini də üzərinə götürür. Beləliklə, yük daha da artır. Uğurlu bir karyera və sevgi dolu bir evlilik sahibi olmaq çox gözəldir. Bunun üçün iş yerində fikrinizi işinizə yönəltmək məsləhət görülür. Nəticədə isə sonra həyat yoldaşınızla daha çox və maraqlı zaman keçirə bilərsiniz. Eləcə də işin şəxsi həyatınıza mane olmasına imkan verməyin. Ofisdə olarkən 5 dəqiqə vaxt ayıraraq həyat yoldaşınıza özəl bir mesaj yaza bilərsiniz. Bunun bir roman olmasına ehtiyac yoxdur. Eyni zamanda evli olan şəxslərin çalışma müddətini əvvəldən danışması lazımdır ki, sonradan problem yaranmasın.
Məişət zorakılığının baş verməsi iş performansına təsir edir
“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynovanın Milli.Az-a bildirdiyinə görə, evlilik iş performansına təsir edir: “Ona görə ki, indi iqtisadi çətinliklərlə bağlı bir çox insanlar ailə qurduqda şərt qoyurlar. Yəni deyirlər ki, ailə qurduqsa, ali təhsilli olmağına baxmayaraq sənin işləməyinə icazə vermirəm. Yaxud ailədə uşaq dünyaya gəldikdən sonra evdə vəziyyət ağır olsa da, ailə tərəfindən müəyyən məhdudiyyətlər qoyulur. Bəzi kişilər var ki, sanki qadını bir qul hesab edirlər. Fikirləşməlidirlər ki, qadın neçə illərdir təhsil alıb, əgər peşə təhsili varsa, işləmək qabiliyyətinə malikdirsə, çalışıb xeyirli bir iş qura bilər”.
M.Əmirhüseynova deyir ki, hazırda bu istiqamətdə onlara müraciət edənlər də var. Məsələn, müraciətlərdən biri odur ki, ailə qurarkən belə razılığa gəlinib ki, qadın işləyəcək. Lakin evdə məişət zorakılığına məruz qalıb, çalışmağa qoymayıblar. Həmsöhbətimiz bildirdi ki, hazırda bu kimi proseslərin, məişət zorakılığının baş verməsi iş performansına təsir edir: “Qadın ali təhsillidirsə, çalışırsa, yoldaşı tərəfindən qısqanclıq yaranır. Ailəyə, ona diqqət yetirmədiyini düşünür”.
O da vurğulandı ki, indiki zamanda daha çox qadınlar üçün iş yeri olduğu üçün kişilərə təsir qüvvəsi böyükdür. Qadın evə gəldikdə “mən işləyirəm, sən işləmirsən” deyir ki, bu da onların mübahisəsinə səbəb olur, münaqişələr baş verir. Artıq kişi işləmək qabiliyyətinə malik olsa da, işləmək istəmir. Tüfeyli həyat sürməyə, günlərini çayxanalarda keçirməyə başlayırlar.
Qadının karyera qurmasını kişilərin qəlib təsəvvürləri əngəlləyir
Fəlsəfə üzrə doktor, dosent Rəşad Əsgərov isə Milli.Az-a açıqlamasında bildirdi ki, Azərbaycan cəmiyyətində bəzi hallarda qız uşaqlarının təhsilinə birmənalı yanaşılmır: “Müxtəlif bölgələrdə qızların erkən nikahına üstünlük verilir. Bu hal onunla əlaqələndirilir ki, əgər onlar erkən nikaha girməsələr, gələcəkdə ailə həyatı qurmaqda müxtəlif çətinliklərlə üzləşəcəklər. Bu isə öz növbəsində qızların kütləvi surətdə təhsilə yönlənməsinə mənfi təsir göstərir. Əksər hallarda qızlar natamam orta təhsilli və ya orta təhsilli olurlar. Bunun nəticəsindədir ki, bölgələrdə nikaha girənlərin yaş səviyyəsində 17-23 yaş arası xüsusilə üstünlük təşkil edir. Bu yaşı ötüb keçənlər isə el sözü ilə desək, “evdə qalmış” kimi qəbul edilirlər. Regionlardan fərqli olaraq Bakı və digər iri şəhərlərdə isə qızların təhsilə (xüsusilə ali təhsilə) meylli olması onların nikah yaşını bir az artırır. Bu təhsillilərin içərisində karyera dalınca gedənlərin kifayət qədər çox olmasını da nəzərə alsaq, nəticədə nikah yaşı 25-30 və daha artıq həddə gəlib çatır. Bu isə digər bir problemin meydana gəlməsinə səbəb olur. Belə ki, müasir təhsilli, karyera qurmuş bu təbəqə artıq özünə nikaha girmək üçün əks cinsdən olan insanları tapa bilmir. Çox vaxt belə əks cinsin nümayəndələrinin dünyagörüşü, təhsili və s. onların tələblərinə cavab vermir və ya tamamilə zidd olur. Bu hal isə həyatda uğur qazanmış qızlarımızın şəxsi həyatında uğursuzluğa səbəb olur”.
Həmsöhbətimiz deyir ki, bununla belə, respublikada təhsil, karyera və şəxsi həyatı birlikdə inkişaf etdirən ailələr də mövcuddur: “Bu tip ailələr sistemli şəkildə sadaladığımız hər bir hala xüsusi diqqət yetirir və onları inkişaf etdirirlər. Belə ailələri uğurlu ailələr hesab etmək olar”.
O da vurğulandı ki, Azərbaycanda qəbul olunmuş stereotiplərə görə, qadınlar cəmiyyətdə daha çox müəllim və həkim kimi qəbul olunurlar: “Bizdə qadının karyera qurmasına tək-tək hallarda rast gəlmək olur. Bunu kişilərin qəlib təsəvvürləri əngəlləyir. Düşünürlər ki, qadına yüksək vəzifə vermək olmaz.
Ekspert deyir ki, cəmiyyətimizdə maddi cəhətdən imkanlı ailələr qadının işləməməyini, cəmiyyətdə fəallıq göstərməməyini əsas sayırlar: “Axı yoxsul ailələrdə çox vaxt ailəni saxlamaq üçün qadının da çalışmasına ehtiyac yaranır. Azərbaycanda aztəminatlı ailələr var və stereotiplərə baxmayaraq, evin kişisi istəyər ki, evin qadını da işləyib evə pul gətirsin. Belə halda, fikrimcə, iqtisadi vəziyyət stereotiplərin gücünü azaldar. Amma Azərbaycan cəmiyyəti hələ qəbul edə bilmir ki, qadınlar da uğur qazana, özlərini doğrulda bilərlər. Bunun üçün isə onlara karyera qurmaqda köməklik göstərmək lazımdır”.
Ailə və karyera yalnız təhsildən sonra formalaşmalıdır
O da vurğulandı ki, cəmiyyətimizdə normal məntiqə malik olan yüksək əksəriyyət qızların karyeranı ailədən daha üstün tutmalarına inanmır: “Hər bir qadın ilk növbədə bu dünyaya ana olmaq üçün gəlir və analıq missiyası təmin olunmalıdır. Heç bir qadın deyə bilməz ki, mən ana olmaq istəmirəm. Lakin müxtəlif səbəblərə görə, bu alınmaya bilər, onda qadın öz potensialını karyeraya yönəldir. Yaxud cəmiyyətimizdə elə qadınlar da var ki, çox böyük potensiala sahibdirlər. Həm ana, həm ailə sahibi ola bilir və eyni zamanda karyera da qura bilirlər”.R.Əsgərov bu məsələ ilə bağlı keçirilən sorğunun çox ciddi problemləri ortaya çıxardığını deyir: “Müxtəlif yaş qrupları arasında aparılan sorğuda iştirak edən respondent Aynurə (adı şərtidir) universiteti bitirdikdən sonra iş axtarmağa başlayır, ailə haqda heç fikirləşmir. Elçilərin çoxluğu və onların işi, təhsili və xarici görünüşünə görə bəyənilməməsi onun ailə qurmasını ikinci plana atıb. İndi 43 yaşı var. Bu illər ərzində o, şəxsi biznesini qurub, fərdi avtomobil və ev alıb. Amma həyatda nəsə çatmır, daha doğrusu, ömür-gün yoldaşı. Digər bir respondent Fatimə xanım isə (adı şərtidir) elm sahəsində kifayət qədər uğurlara imza atıb. O artıq elmlər doktoru, professordur. 36 yaşı adlayan bu xanım isə şəxsi həyatından başqa bütün təminatlarla təmin olunub. Üçüncü respondentim Arzu xanım (ad şərtidir) 32 yaşında dövlət qulluqçusudur. Poliqlot olan bu xanım təhsili və çatdığı karyerası ilə hamının diqqət mərkəzindədir. Maddi cəhətdən çox yaxşı təmin olunmuş Arzu xanım da şəxsi ailəyə malik deyil”.17-21 yaş arası qızlar arasında keçirilən sorğuda iştirak edən respondentlərin 90%-i ailəni təhsil və karyeradan üstün tutub, yalnız sorğuda iştirak edən qızların 10%-i karyeranı ailədən əsas hesab ediblər. Bu yaş qrupunda olan oğlanların isə tam əksəriyyəti karyeranı ailədən üstün hesab edib. 30-35 yaş qrupunda sorğuda iştirak edən qız respondentlərin əksəriyyəti isə ailəni karyera və təhsildən üstün və əsas hesab edir. Bu yaş qrupunda olan sorğuda iştirak edən oğlan respondentlərin isə 50%-i ailəni, 50%-i karyeranı əsas hesab edir.Ekspertin fikrincə, Azərbaycanda ailə institutu möhkəm dayaqlar üzərində qurulduğundan, digər ölkələrdən fərqli olaraq bu məsələyə xüsusilə yüksək önəm verilir. Həm də respublikada Qərbi Avropa ölkələrindən fərqli olaraq vətəndaş nikahı institutunun olmaması, insanların öz təbii istəklərini yalnız ailə-nikah münasibətləri zəminində təmin etməsi vətəndaşlarımızın bu məsələyə daha həssas yanaşmasını zəruri edir: “İnsan maddi təminatı olmadan yaşaya bilməz, onun qidalanmaq, geyinib-keçinmək və s. kimi ehtiyacları var. Ənənəvi ailə anlayışında qadın evin daxili, kişi isə xarici idarəçisi olduğundan ailənin maddi cəhətdən təminatı kişinin üzərinə düşür. Hələ uşaq yaşlarından bizə mənimsədilib ki, kişi, yəni ata işdə, ana isə evdə olmalıdır. Hətta atası işləməyən yenicə dil açmış uşaq belə “atan haradadır?” sualına “işdə” cavabı verir. Məhz elə ən ideal ailə modeli də qadının evinin xanımı, kişinin isə işdə olması halıdır. Sanılmasın ki, evdar xanım olmaq asandır, çünki kişi 7-8 saat işləyirsə, qadın 24 saat öz şərəfli vəzifəsi başındadır. Bununla belə, işləyən qadınlar da kifayət qədərdir. Bunlar ya övladını tək böyüdən və onu maddi cəhətdən də təmin etməyə məcbur olan analardır, ya da, sadəcə, faydalı olmaq məqsədilə işləyən qadınlardır”.Mütəxəssis deyir ki, həyatda daha çox gəlir əldə etməyə çalışmaqdansa, xoşbəxt olmağa, hüzurlu, mənəviyyatlı olmağa çalışmaq lazımdır: “Beləliklə, Azərbaycanda qızların və oğlanların təhsil, karyera və ailə haqqında təsəvvürlərində inqilabi dəyişikliklər etmək lazımdır. Fikrimcə, bu məsələdə təhsil birinci dərəcəli əhəmiyyətə malik amil kimi əsas götürülməlidir. Ailə və karyera isə yalnız təhsildən sonra formalaşmalıdır”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Fatih Terim mətbuat konfransı keçirir - CANLI YAYIM
Günün qorodskopu:Əhvalınızı yüksək tutun!
Ən çox səyahət edilən yerlər
Azərbaycanda hərbi liseylərə sənəd qəbulu başladı
“Mövcud vəziyyət davam etsə, iki həftə sonra tədris prosesi yenidən dayandırılacaq” - ŞƏRH
Turşu qoxusunu yox etmək üçün...
Murat Boz Survivorda
NASA kosmosa sualtı qayıq göndərmək istəyir
"Rusiyada müəyyən qüvvələr Azərbaycanın maraqlarını tanımaq istəmir"
Azərbaycanın ən zəif məktəbləri buradadır
Azərbaycanda internetə qoyulan məhdudiyyət nə zaman aradan qaldırılacaq? -RƏSMİ
Tort bəzəyi olan şəkər xəmiri (foto resept)
Koronavirusun gec sağalmasına təsir edən amil
DİN-dən Yeni il bayramı ilə bağlı XƏBƏRDARLIQ
Dell-də yenə ixtisarlar olacaq
2018-də hər şey düzələcək
Ölümün bir addımlığında: Beyin travması
Ərdoğan Putinə: “Dedim ki, Qafqazda bu işə son qoyaq”
Sabah hava necə olacaq?
Qurban Qurbanov koronavirusa yoluxub
Məktəbli ailələrinə mütəxəssis məsləhəti
Metroda tabut aparan gənclər tənqid edildilər-VİDEO
Yaş maya maskası və faydaları
Buse Varolun xına gecəsindən FOTO
Leyla Əliyevadan yeni şeir
Azərbaycanda vərəmə yoluxma ilə coğrafi amillər arasında olan bağlılıq araşdırılacaq
Estoniya Prezidenti İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib
Cim Kerri bu dəfə tam fərqli obrazda - VİDEO
Ancelina Coli ərə gedir
Kıvanç Tatlıtuğ xanımına xəyanət edib?
Çərəzli konfetlər (foto resept)
Aydan Şener hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Boyat çörəkdə pizza (foto-resept)
Daşların şəfalı gücü
Gavalılı piroq (foto resept)
Ayrılıq xəbəri yalan çıxdı
Uşağın xasiyyəti yataqdan başlayır
Kəskin soyuqlara cəld reaksiya
Onda nəyi bəyənmirsiniz?
Bu ölkədə qadın çimərlik geyimləri qadağan edildi
Zövqümüzü oxşayan üzüklər
Amerikada görüşən Ancelina Coli ilə Tuba Büyüküstünü nə birləşdirir? - FOTO
Sabah şaxta olacaq
"Facebook" və "İnstagram"ın işində problemlər yaranıb
Fəlakət robotu ən güclü oldu
Naxçıvandan Batumiyə marşrut fəaliyyətə başlayacaq
İnsanlığın necə məhv olacağı bilindi
Alman futbolçular Braziliyada soyuqladılar
TƏBİB sədri özəl xəstəxanalara səsləndi
Madonna karantin günlərindən danışdı