Qadın anlayışı Şərq aləmində "bir od" olmuşdur ki, ona əl vurmaq barıta əl vurmaq kimi xətalı hesab edilmişdir.
Məqalələrin birində deyilir ki, guya sovet hakimiyyəti qurulana kimi cəmiyyətdə və ailədə qadınların rolu adi bir qul,bir kölə rolundan qabağa getmirdi.Qızın doğulması ailə ücün bədbəxtlik hesab olunurdu,cünki "qız yükü - duz yükü" idi, "qız özgə çırağl yandırırdı", "qız qazanc itirir,qazanc gətirimirdi" "saçı uzun,ağlı gödək" idi.Buna görə də Qızbəs,Bəsdi,Oğlangərək, Qıztamam kimi adlar qoymaq çox qız doğulan ailələrdə adət şəklini almışdı.Ailə başçısı, ər həyat yoldaşını öz adı ilə çağırmağa utanır ,yalnız başqalarının yanında deyil,həmçinin dar ailə çərçivəsində də belə onu "ayə, ay adam" deyə səsləyir, "uşaqların anası","külfət" ,"ev adamı" və s. adlandırırdılar. Qadına mənliyi belə unutdurulur,ata evində ixtiyarı atada,ər evində ərinə çatırdı.Onun "mən" kəlməsi ilə doğulduğu gündən əlaqəsi kəsilirdi, onun əvəzində düşünür, onun əvəzində qərar verirdilər. Rəyi soruşulmadan ərə verilir,onun üçün "ər bir,Allah da birdir", "ər başının sahibi" idi. Hər bir şeyin, malın sahibi olduğu kimi, qadının da sahibi əri idi. Ona "filankəsin qızı" , "filankəsin arvadı" deyilirdi.
Amma mənim fikrimcə, bütün bunlar hər hansı hakimiyyət qurulana kimi deyil, ondan sonra da var idi, qismən də olsa qalmışdır.Qadın zəif olduğu üçün özünü qoruya, dolandıra bilməzdi ,yaşadana, müdafiəçiyə ehtiyacı var idi.Bu anlayışa gorə qadın həmişə bir idarə edənə möhtacdır.Onu ata evində ata,ər evındə ər idarə etməlidir.Hələ dahi şairimiz Füzuli qız-qadın tərbiyəsini Leylinin anasının dili ilə canlandirmişdir.
Gözdən gərək olasan nəhan sən
Ta demək ola sənə ki,cansan
Oğlan əcəb olmaz, olsa aşiq!
Aşiqlik işi qiza nə layiq?
Qadının elmə,maarifə olan həvəsini öldürmək üçün ona yazmaq,oxumaq yasaq edilirdi.Əlbəttə, yaxşı ki, bu çürük fəlsəfə öz mahiyyətini itirdi.Bütün bu geridə qalmış fikirlərin hamısının arxasında İslam dininin olduğunu deyirdilər və bizi dinimizə qarşı çıxmağa təhrik edirdilər.Amma əksinə, müqəddəs kitabımız olan Qurani-Kərimdə də qadın azadlığından və qadınla kişinin eyni hüquqa malik olmalarından danışılır.Hələ C.Məmmədquluzadə "Şərq qadını" məcmuəsində qadının ictimai həyatda özünə ləyaqətli mövqe tuta biləcəyinə inanmış,ona tərbiyə verməyi ,onu işıqlı dünyaya çıxarmağı tələb etmişdir.Azərbaycan ziyalılarindan birisi Rəşidbəy Əfəndiyev yazırdı ki,qadını qul kim tərbiyə etmək və elmdən bixəbər saxlamaq gələcək nəsli fəakətə sürükləyir, hər bir millətin xoşbəxtliyi və səadəti qadınlarının savadlanmasından asılıdır.
Rus yazarı Çernışevski demişdir: "Qadın təbiətən nə qədər sadiq, güclü zəkalı olmuşdur.Lakin cəmiyyət bu zəkadan istifadə etmir,onu rədd edir,onu boğur,halbuki, bu zəka rədd edilməsəydi, əzilməsəydi, fəaliyyət göstərərdi.Bəşər tarixi onda qat-qat artıq sürətlə inkişaf edərdi.Yaxşı ki, cəmiyyətimizdə belə məntiqli,geniş düşüncəli insanlar olub və mərhələ-mərhələ qadına qarşı baxışlar, düşüncələr dəyişib.Azərbaycan qadını sübut etdi ki, heç də qadın zəif,aciz bir məxluq deyil.Müdrik babalardan qalan bir deyim gerçək oldu: "Aslanın erkəyi ,dişisi olmaz". Kəndlərdə ana ağbirçək sayılmışdır, onun məsləhətini dinləmiş, o içəri girəndə ayağa qalxmışlar, ana "qan qaytaran" olmuşdur.İndiki zamanda qadınlar nəinki öz sözlərini evdə,ailədə, hətta tribunalardan da deyə bilir. Bu, böyük qələbə,dirçəliş deyilmi? Şükürlər olsun ki, qadınlarımız ana olmaları ilə yanaşı, yazıçıdırlar,şairdirlər,həkimdirlər,jurnalistdirlər,ən nəhayət, xalqı təmsil edən millət vəkilidirlər. Hətta məktəbdə müəllimlərin çoxu da qadınlardır! Vaxtı ilə zəif hesab olunan qadın indi məhkəmə salonlarında hakimlik edir və qanunlar qəbul edir. Güclü nəslin nümayəndəsi olan bəzi kişilər həyatın keşməkeşli yollarında zəiflik və acizlik göstərib, cinayətkarlığa əl atır.Bax, onda qadın ona hökm oxuyur.Yaxşı ki, bizlərin taleyinə belə azad,qadın-kişi hüquqlarının bərabər olduğu bir zamanda yaşamaq qismət olub.Ailəni dolandırmaq üçün kişi əgər zəhmət çəkirsə, səhər gedib, axşam gəlirsə, sizlər də (işləməyən evdar xanımlar) onun övladının qayğısını çəkirsiniz və evə gələndən sonra onun istirahətinə şərait yaradırsınız. Ona görə də özünüzü onlardan asılı və "hazıryeyən" hesab etməyin!
XƏBƏR LENTİ
Azərbaycana qar yağdı
Sobada qızarmış tərəvəzlər (foto resept)
Natavan: "Qürura görə sevgidən vaz keçməyin"
Kişinin qanı süd kimi ağardı-SƏBƏB
Həqiqəti ailəsindən makyajla 7 il gizlətdi
Uşaqların maraqlı cavabları
Ermənilərin Bakı qorxusu
Geni dəyişdirilmiş milçəklər
Gözləmək də bir sənətdir...
Arıqlamaq üçün ideal bitki-Razyana
Qara dəliklər
Maraqlı uşaq otaqları
Körpələr bunları ana qarnında öyrənir
Yaz saç düzümü üçün 15 ideya
6 ölkənin lideri Dağlıq Qarabağ münaqişəsi barədə yekdil fikrə gəlib
Maaş kartları ilə gediş haqqını ödəmək olacaq
Sudanda dövlət çevrilişi baş tutmadı
100 minlik təzminata qane olmadı-FOTO
Ağlamağın sağlamlığa təsiri
Yaralıyam, dəymə…
Demi Rouz ideal bədəninin sirrini bölüşdü-FOTO
Azər Mirzəyev vəfat etdi
Pendirli, göyərtili lavaş (foto resept)
Bakıya qar yağacaq
Saçın tez yağlanmasına səbəb olan hallar
Kağızdan əl işləri
Çox yaşamaq istəyirsən? Ətdən uzaq dur
Xocalı vəhşilikləri amerikalı jurnalisti dəhşətə gətirdi
Cəlbedici görünmək üçün nə etməli?
Tanınmış azərbaycanlı tarixçi vəfat edib
Sevgililər günü 14 fevralda qeyd olunmalı, yoxsa 30 iyunda?
"Kobra" Pərvizdən xəbər var
2018-in şəhər üzükləri
Azərbaycanda karantin rejimi yumşaldılır - RƏSMİ + VİDEO
Ermənilərin əsir götürdüyü Bayramın anası: “Övladımın həsrətinə dözə bilmirəm” - VİDEO
1 sms yaz, 1000 dəqiqə danış! - FİNAL - QALİB SEÇİLDİ!
Neftdə kəskin bahalaşma
Şahmar Mövsümov ölkədəki karantin rejimindən danışdı: “Əsassız iddialar var ki...”
İlk hicablı "Barbie" satılacaq
Selena Gomez artıq çəkiləri ilə gündəm olub-FOTO
Kristina Bazan
Həcc savabına bərabər namaz
Avtobuslarla bağlı yeni qadağa
Hörmət görmək istəyən hörmət eləsin
Körpələr üçün yataq otağı modelləri
Xoşbəxtlik üçün neçə otaq lazımdır?
Demet Akalın İremle barışdı_FOTO
Beren Saat Kənan Doğulunun sözünü yerə saldı-FOTO
Soyuqdan donmalara diqqət!
Uşaqlara ölümü izah edərkən diqqətli olun!
- ŞƏRHLƏR