Ət və ət məhsullarından olan qidalar xüsusən Qafqaz xalqlarının sevimli qidalarıdır. Fərqli yeməklərə fərqli heyvanların ətləri, yumurtaları qatıldıqda qidaların da dadı tamamilə dəyişir. Ümumiyyətlə, ətlə qidalanmayan ölkə yoxdur. Maraqlısı budur ki, ətə meylli olan ölkələrdən ət sevməyən insanlar da çıxa bilir.
Ətlə qidalanmayan, heyvana məxsus olan heç bir məhsuldan istifadə etməyən, yumurta yeməyi qatı düşmənçilik kimi qəbul edən insanlar da var. Həm də dünyanın hər yerində. Elə Azərbaycanda da belə insanlar az deyil. Veqanlar və vegeterianlar olaraq ikiyə bölünən insanların normal insanlardan tək fərqi sadəcə ət və ət məhsullarından imtina etmələridir. Vegeterianlar, ümumiyyətlə, ətdən istifadə etmirlər. Onlar üçün hər hansı bir heyvan ətini yemək insan ətini yeməyə bənzəyir. Ruhu olan canlını kəsmək isə, ümumiyyətlə, onlar üçün yolverilməzdir. Vegeterianlar sadəcə, ətdən imtina etdiyi halda veqanların vəziyyəti daha fərqlidir. Veqanlar nəinki ətdən, heyvana məxsus olan süddən, yumurtadan, heyvanın dəri və tükündən də imtina edirlər. Bu cür həyatı yaşamaq, əlbəttə, asan deyil. Amma veqan olmaq istək deyil, insan orqanizminin demək olar ki, tələbidir. Ətlə qidalanan insanın bir gündə ətdən imtina edib veqan və ya vegeterian olması mümkünsüz bir şeydir.
Bir veqan il ərzində 100-dən çox heyvanın şiddət görməsi, kəsilməsi və ətlərinin ərzaq olaraq satılmasının qarşısını almış olur. Bu qədər heyvanın sağ qalması üçün bir insanın ət, süd, dəri və yumurtadan imtina etməsi mütləqdir. Eyni zamanda, veqan insanların artması da qida məshulları istehsal edən şirkətlərin bu sahəyə maraq göstərməsi və məhz bu cür qidalar hazırlamağa meyl etməsinə səbəb ola bilər. Veqan olmaq isə əzm tələb edir.
Emilya Əliyeva vegeteriandır. Veqan olmağı isə düşünmür. Onun fikrincə, daim ət yeməyi yeyilən bir ailədə veqan olmaq olduqca çətin bir məsələdir. Sağlamlıq üçün isə ən yaxşı yaşam tərzi vegeterianlıqdır: "4 ildir vegeterianam. Toyuq, mal və qoyun əti, balıq, quş ətlərindən imtina etmişəm. Özümü sağlam və gümrah hiss edirəm. Yemək üçün isə kifayət qədər qida var. Veqan olmaq üçün ya ailə də veqan olmalıdır, ya da tək yaşamalısan. Yəqin ki, evdəkilər məni dəli kimi qəbul edər. Əslində bütün dünya veqan olsa, hər şey daha fərqli olar kimi hiss edirəm".
Psixoloq Emil Behrudi vegeterian və veqanların psixoloji olaraq təsirlənib bu yola getdiklərini deyir. Çünki normal şəraitdə bir insanın vegeterian olması bir az çətindir. İnsanda nəfis varsa, istək ilə 20 yaşında bir gəncin veqan və vegeterian olması o insanın kəskin iradəli olmasının göstəricisidir: "Əksər vegeterianlardan nə üçün vegeterian olduğunu soruşduqda, o, heyvanın kəsilməsindən, başı kəsildiyi halda tərpənməsindən və bu kimi hallardan təsirləndiyini deyəcək. Yəni, insanın vegeterian olmasına psixoloji bir travma təsir etmiş olur. İnsan şuür altına yeridir ki, mən bunu yesəm, onu mədəmdə öldürmüş oluram. Əksər insanlar bu travma müddətində ətdən imtina edir. Kimisi zaman keçdikcə düzəlir, kimisi isə birdəfəlik ətdən uzaqlaşır. Bu o demək deyil ki, bu insan artıq vegeteriandır. Vegeterian olmaq üçün bunu beyinlə, ürəklə istəmək lazımdır".
Psixoloq deyir ki, Avropa ölkələrində veqan və vegeterianların ətdən iyrənib imtina etməsi kimi halla qarşılaşmaq mümkün deyil. Çünki onlar dərk edərək veqan və vegeterianlığı qəbul edirlər. Məsələn, əksər insanlar elə düşünür ki, toyuq, inək və bu kimi heyvanların it, pişik qədər düşüncəsi yoxdur və onların kəsilməsini özləri dərk etmir. Bu, tamamilə yanlışdır: "Sübut olunub ki, toyuqlar ən az meymunlar qədər zehinlidir və qoyunlar da ev heyvanları qədər nəvaziş və kobudluğu hiss edir. Sadəcə, yaradılış etibarı ilə elə yaradılıblar ki, onlar bunu ev heyvanları kimi göstərə bilmirlər. Əsl veqan və vegeterianlar bunu bilir və buna görə imtina edir. Onlar üçün bu, artıq əsl mübarizədir. Ətdən iyrənərək imtina isə qətiyyən vegeterianlıq deyil, bu, sadəcə bədənin bir müddətlik verdiyi siqnaldır və bərpa oluna biləndir".
Həyatı sadəcə, ət və süd üzərində qurmaq da düzgün deyil. Doğrudur, bu cür qidalarda E və C vitaminləri olduqca yüksəkdir, lakin ən çox ölümə səbəb olan ürək-damar xəstəlikləri baxımından vegeterian olmaq böyük bir üstünlükdür. Bundan əlavə, vegeterianlarda köklük və diş çürümələri az-az baş verən hallardır. Dietoloqlar vegeterianlığı müsbət qəbul etsələr də veqan olmağı məsləhət görmürlər. Çünki vegeterianlar bədəndə çatışmayan az miqdarda fermentləri kənardan bərpa edə bilirlər. Veqanlarda isə bərpa etmək olduqca çətin olur. Aparılan araşdırmalar göstərir ki, alkoqolizm və siqaret çəkmədən sonra ölümün əsas səbəblərindən biri də ət məhsulları ilə qidalanmadır. Ət vasitəsilə insan bədəninə daxil olan xolesterin qan damarlarının divarlarında yığılaraq ürəyə qan axınını azaldır ki, bu da öz növbəsində yüksək qan təzyiqinə, ürək çatışmazlığına və insulta gətirib çıxarır. Araşdırmalara görə, ət məhsulları ilə daha çox qidalanan 25 ölkənin 19-da xərçəng xəstəliyinə tutulma faizi çox yüksəkdir. Eyni zamanda, ətlə az qidalanan və ya ümumiyyətlə, ət yeməyən 35 ölkənin əhalisində xərçənglə xəstələnmə faizi çox aşağıdır. Adi müşahidələr də göstərir ki, vegeterianlar fiziki və mənəvi cəhətdən tam sağlam, sülhpərvər və şən olurlar.
XƏBƏR LENTİ
Aybaşı gününü hesablama
Yer kürəsi üçün təhlükə
Erkən yaşlarda qeydə alınan abortlar
İki gün toz-duman olacaq
Bakının mərkəzi yolları bağlanır - SİYAHI
Bakıda mənzil bahalaşıb
Daraqları tanıyaq
Neft yenidən ucuzlaşdı
Sarı saç modelləri kimlərə yaraşır?
Multivarkanın hansı növünü seçək?
Avropa birinciliyindən 6 medalla!
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Bakıda qırmızıyaylıq kişilərin parkomat kələyi
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
Cansu Dere 10 milyona ev aldı
Şakiranın konsertinə ulduzlar toplaşdı-FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: "Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib"
Dünyanını "lənətləyən" rəssam
Günün ulduz falı
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Gülməli heyvan şəkilləri
Alimlər koronavirusdan qoruyan ən yaxşı parça növünü tapdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Həftənin ilk iş günü hava necə olacaq?
Tək-tənha
Zövqlü ziyafət çantaları
Edamdan 18 il sonra bəraət aldı
Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb
Kəs və yapışdır-34
Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
Rəqəmləri birləşdir-1
Saç tökülməsinə qarşı maska
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
Arda millidən çıxarıldı
Azərbaycanda 345,6 min nəfər əlilliyə görə əmək pensiyası alır
Gözlənildiyi kimi çıxmayan sifarişlər
Uşaqlarla əylənməyin yolları-1
İstilər gəlir
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Dənizləri gəzən mesaj: "O adam mənimlə əlaqə saxlasın"
Məşhur model 1,4 milyon dollar ödəyəcək
- ŞƏRHLƏR